Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Sabirabad rayonunda rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi

20 oktyabr 2023 | 10:23

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 20 oktyabr 2023-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl rayon 12 saylı tam orta məktəbdə keçirilmişdir. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sabirabad rayon Mənzil İstismar idarəsinin əməkdaşı, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.

Qəbulda sakinlər tərəfindən qaldırılan 12 məsələdən 4-ü yerində həll olunmuş, 5-i baxılması üçün nəzarətə götürülmüşdür. 3 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Keçidlər