Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon məktəblərində Bilik Günü qeyd olundu

15 sentyabr 2025 | 10:33

15 sentyabr 2025-cü il tarixdə Bilik Günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Tədbirlərdə RİH-nin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəblərin müəllim və şagird kollektivləri, valideynlər  iştirak edirdilər.

Tədbirlərdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirlərdə iştrak edənlər yeni dərs ili münasibətilə bütün müəllimləri və şagirdləri təbrik etdilər,yeni tədris ilində onlara uğurar arzuladılar.

“Bilik Günü” münasibətilə şagirdləri, müəllimləri və valideynləri, xüsusilə də bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək onlara hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq  yetişmələrini arzuladılar.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etmişdir. Bu gün də təhsil sahəsi Prezident İlham Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.

Bildirildi ki, cari ildə rayonumuzun məktəblərini bitirən 788 məzundan 674 nəfəri sənəd vermiş, onlardan 482 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 60 nəfər məzun 500-600 arası, 33 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 71.51% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isə Ə.Əliyev  adına Qəzyan  kənd tam orta məktəbinin məzunu İsgəndərova Şəbnəm Vüqar qızı göstərmiş, 662 bal toplayaraq uğur əldə etmişdir.

Bu il rayonumuzun  F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbini bitirən 8 məzundan hər biri, F.Mehdiyev adına Qaralar kənd orta məktəbində ali məktəblərə sənəd verən 34 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 11 məzunun hər biri tələbə adınıqazanmışdır.Məzunlarımızdan 5 nəfər Qarabağ Universitetinə yüksək balla qəbul olmuşdur.

 Bütün bunlar Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Sonda məktəblərin şagirdləri və birincilər tərəfinfənşeirlər söylənildi.

“İLK ZƏNG”insəslənməsi ilə yeni dərs ili başlandı.

Keçidlər