Qubadlı rayon məktəblərində Bilik Günü qeyd olundu.
Bilik Günü ilə əlaqədar Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Bu tədbirlərdən biri də 16 sentyabr 2024-cü il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd və Əliquluuşağı kənd tam orta məktəblərində keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı Rayon Təhsil sektorunun müdiri Müşfiq Hüseynov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbin direktoru Alimə Bayramova və Əliquluuşağı kənd tam orta məktəbindirektoru Səma Rzayeva əvvəlcə qonaqları salamladılar, yeni dərs ili münasibətilə bütün müəllimləri və şagirdləri təbrik etdilər,yeni tədris ilində onlara uğurlar arzuladılar.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov“Bilik Günü” münasibətilə şagirdləri, müəllimləri və valideynləri, xüsusilə də bu il məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etdi,onlara uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Bu gün də təhsil sahəsi Prezident İlham Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
Bildirildi ki, rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 18-iəsaslı təmir olunmuşdur.Bu il rayonumuzun H.Quliyev adına Çaytumas kənd məktəb-liseyi, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, A.Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbi, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbi qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 44 məzunun hamısı, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 31 məzun, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 11 məzun, A.Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 22 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanmışdır.
Cari ildə 738 məzundan 626 nəfəri sənəd vermiş, onlardan 484 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 55 nəfər məzun 500-600 arası, 34 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 77.31% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isə M.Əliyev adına Hal kənd tam orta məktəbinin məzunu Əlirzayev Ömər Tərənnüm oğlu göstərmiş, 671 bal toplayaraq uğur əldə etmişdir.
Bu il rayonumuz üzrə çox qürurverici haldır ki, məzunlarımızdan 7 nəfər Qarabağ Universitetinə yüksək balla qəbul olmuşdur.
Butün bunlar Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonda məktəblərin şagirdləri tərəfindən şeirlər səsləndirildi, mahnılar ifa olundu və rəqs nömrələri nümayiş olundu.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlandı.