Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən olan 25 nəfər şəhidimizin anım mərasimi keçirildi.

06 avqust 2024 | 10:34

2024-cü il 6 avqust tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə, 1992-93-cü illərdə Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən şəhid olmuş 25 nəfər şəhidimizin ( Milli Qəhrəman Bəylər Ağayev, Şirin Ağayev,Vidadi İsmayılov, Savalan Eminov, Şirin Şirinov, İlham Əliyev, Aslan İsmayıov, Vahid Həsənov, Nahid Əhmədov, Məhyəddin Hümbətov, Mehman Əliyev, Qabil Quliyev, Babək Cəfərov, Köçəri Abdullayev, Roza Abdullayeva, Zahid Abdullayev, Zülfünaz İbrahimova, Minayə Əliyeva, İsmayıl Rüstəmov, Yəhya İbrahimov, Həşim Şirinov, Şüşə Qasımova, Həsənxan Məmmədov, Xeyrənsə Məmmədova, Telman Əliyev) anım mərasimi keçirildi.

Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Abidə kompleksinin qarşısına gül dəstələri və əklillər qoyuldu, şəhidlərimizin ruhuna dualar oxundu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi işçiləri və şair Elbrus Qayalı Vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları, şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, I Qarabağ müharibəsində Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuz 11-i Milli qəhrəman olmaqla 238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur. 9 Şəhidimiz, həmçinin Azərbaycanın Milli Qəhrəmanları Qubadlı şəhər sakini Məmmədov Aqil Səməd oğlu, İşıqlı kəndindən Əliyev Ələkbər Həsən oğlu, Muradxanlı kəndindən Atakişiyev Aslan Qabil oğlu da eyni gündə 1992-ci il avqustun 6-sı Qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Onlar Laçının azad olması uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Qaracallı kənd Nümayəndəliyindən olan doqquz şəhidimizin səkkizi Qarağac kəndində, biri isə Qarakişilər kəndində dəfn olunmuşdur.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə mədəniyyət və təhsil müəssisələrinə onların adları verilir, xatirə lövhələri, baralyeflər hazırlanır, abidələr ucaldılır, anım və doğum günləri qeyd olunur.

Elə bu günkü tədbir də həmin qayğının bariz nümunəsidir.

Şəhidlərimizin müəllimləri Adıgözəl Adıgözəlov, Kamil Təhməzov, Qərargah rəisi vəzifəsində çalışmış Novruz Məmmədov və digər çıxış edənlər şəhidlərimizlə bağlı xatirələrini bölüşərək, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərini daim diqqətdə saxlayan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və sərəncamlarını sözsüz yerinə yetirməyə hər zaman hazır olduqlarını vurğuladılar. Çıxış edənlər bildirdilər ki, insanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq vətən uğrunda ölmək daha böyük xoşbəxtlikdir. Elə bir xoşbəxtlikdir ki, o hər kəsin qismətinə düşmür. Ancaq vətən uğrunda ölənlərin qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayır. Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət edirlər. Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də onu etməyin hər hansı bir forması və mexanizmi yoxdur. O, tarixi şərait yetişəndə üzə çıxır. Ancaq ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz.

Sonda, şəhidlərimizin ailə üzvləri və yaxınları, onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, respublikamızda şəhid ailələri, Qarabağ əlilləri, onların problemləri daim diqqət mərkəzindədir. Azərbaycanda son 30 ildə olduğu kimi Vətən Müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər