Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda qida təhlükəsizliyinin təmin edilməsi mövzusunda maarifləndirici tədbir keçirildi

03 mart 2023 | 16:24

03.03.2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində Qubadlı rayonunda qida təhlükəsizliyinin təmin edilməsi mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional bölməsinin əməkdaşı Yunis Allahverdiyev, Qubadlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Ənvər Quliyev, Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçisi Cabir Rzayev, Qubadlı rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkimi Vaqif İsmayılov, məktəbin müəllim və şagird kollektivləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Qubadlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Ənvər Quliyev bildirdi ki, tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində şagirdlər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

Çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional bölməsinin əməkdaşı Yunis Allahverdiyev süd və süd məhsullarınnı xüsusi risk qrupuna daxil olmasından, spirtli içkilərin zərərlərindən, dönər istehsalı zamanı insan sağlamlığı üçün təhlükəli mikrobioloji risklərin meydana gəlməsindən bəhs edərək vacib məqamları diqqətə çatdırdı.

Sonra çıxış edənQubadlı rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkimi Vaqif İsmayılov bakteriya mənşəli qida zəhərlənmələrindən bəhs edərək son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş istifadəyə yararsız qidalar haqqında məlumat verdi.

Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçisi Cabir Rzayev də “qida məhsullarında istifadə edilən əlavələr təhlükəlidir mi” mövzusundan bəhs edərək bildirdi ki, hal-hazırda da qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə olunur, bu əlavələrə də aromatizatorlar, rəngləyici maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s aiddir. Qeyd edildi ki, qida əlavələrindən normadan artıq istifadə edilməsi insanlarda xərçəng kimi ağır xəstəliklərin yaranmasına səbəb ola bilər. Qida əlavələrin əksəriyyəti insan orqanizmində toplanır və ciddi fəsadlar törətdiyindən həmin növ qidalardan mümkün qədər məhdud istifadə edilməsi tövsiyyə edildi.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və AQTA-nın “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı bukletləri paylanıldı.

Keçidlər