Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib

13 iyun 2026 | 08:10

  Bu gün Qubadlı rayonunun ümumtəhsil məktəblərində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə "Son zəng" tədbirləri böyük təntənə və qürur hissi ilə keçirilib.

  Tədbirlərdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təhsil işçiləri, məktəb kollektivləri, valideynlər və geniş ictimaiyyət nümayəndələri iştirak edərək məzunların bu sevincli və həyəcanlı gününə şərik olublar.

  Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamı hər zaman Azərbaycan təhsilinin inkişaf yoluna işıq salmışdır. Ümummilli Liderin əsasını qoyduğu bu dövlət siyasəti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təhsil sahəsinə göstərdiyi ali diqqət və qayğı, eyni zamanda rayon rəhbərliyinin təhsil müəssisələrinə, müəllim və şagird kollektivinə verdiyi davamlı dəstək və xüsusi diqqət Qubadlıda təhsilin keyfiyyətinin yüksəlməsinə, gənclərimizin daha savadlı və vətənpərvər ruhda yetişməsinə böyük zəmin yaradır.

 Bu əlamətdar gündə müstəqil həyata ilk qədəmlərini qoyan ölkəmizin bütün məzunlarını, o cümlədən Qubadlı gənclərini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində və ali məktəb imtahanlarında böyük uğurlar arzulayırıq!

Zəfər qazanmış ölkənin rəşadətli gəncləri, yolunuz açıq olsun!

Keçidlər