Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun işğaldan azad olunması və şəhid İsgəndərov İlkin Camal oğlunun Anım günü

25 oktyabr 2022 | 16:28

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il 25 oktyabr tarixində  Sumqayıt şəhər Şəhidlər Xiyabanında Qubadlı rayonunun işğaldan azad olunması və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş İsgəndərov İlkin Camal oğlunun Anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin yaxınları, ailə üzvləri vəeyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri qoydular. Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidlərimizin ruhuna dualar oxudu. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə qeyd edildi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir.44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Rayonumuzdan olan hərbiçilərimiz Prezident İlham Əliyevin Sərəncamı ilə 200-dən yuxarı müxtəlif orden və medallarla təltif olunmuşdur.

25 oktyabr 2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmış Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu 18  mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbinibitimişdir.2018-2019-cu illərdə  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 

Vətən müharibəsi  başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.

Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.

25 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilmişdir. Subay idi.

Şəhidimizin atası Camal İsgəndərovbütün Şəhid ailələrinin adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

 

Allah rəhməteləsin!

Keçidlər