“Sağlam ətraf mühit” devizi altında iməclik
07 iyun 2024 | 10:18
07 iyun 2024-cü il tarixində, Abşeronrayonu, st. Sumqayıt ərazisində yerləşən, məcburi köçkünlər üçün salınmış şəhərcikdə, “Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Təhsil və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarələrinin Qubadlı rayon sektorlarının birgə təşkilatçılığı ilə “Sağlam ətraf mühit” devizi altında iməclik təşkil olunub. İməclik keçirilən ərazilərdə müxtəlif növ gül kolları əkilib, təmizlik işləri həyata keçirilib. Eyni zamanda aksiya iştirakçıları əraziləri tullantılardan təmizləyərək, yaşıllıqlara qulluq göstəriblər.