Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ziyarət olunub

27 sentyabr 2023 | 11:14

    “27 Sentyabr Anım Günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili üzrə şöbənin əməkdaşı SənanHəsənov, icra Hakimiyyətinin məsul işçiləri və idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən ziyarət olunub.

Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb.Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsini və adını ucatutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqətvə qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Həmçinin bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.

Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər