Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Alıyev Mübariz Əbdül oğlunun doğum günü

10 dekabr 2024 | 12:58

10 dekabr2024-cü il tarixdəQubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Bakı şəhərŞəhidIər Xiyabanında 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Azərbaycan Bayrağı ordenli Alıyev Mübariz Əbdül oğlunun doğum günü (60 illik yubleyi) ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev,YAP-nın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qubadlı rayon Ş.Kərimov adına Çərəli kənd tam orta məktəbin kollektivi, Çərəli kənd sakinləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

   Şair Elbrus Qayalı,Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyivə Çərəli kənd tam orta məktəbin şagirdləritərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər  səsləndirildi.  

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuş, 274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı.

YAP-nın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxış edərək qeyd etdi ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.

44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlərqeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. 

SondaŞəhidimizin qardaşı Alıyev Fəxrəddin Əbdül oğlu, bacısı Alıyeva Xəzəngül Əbdül qızı, həyat yoldaşı Həziyeva Şirmahı Həbibullah qızı göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

 Qeyd edək ki, Alıyev Mübariz Əbdül oğlu 10 dekabr 1964-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1978-ci ildə Çərəli kənd tam orta məktəbinin 8-ci sinifini, 1982-ci ildən - 1984-cü ilə qədər isə Sumqayıt şəhər Politexnik Texnikumunu bitirmişdir. 1984-1986-cü illərdə Sovet Ordusunda xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra doğma vətəninə qayıdan Mübariz Alıyev Qubadlı rayonunun tikinti idarəsində iş icraçısı işləmişdir. Vətənpərvər Mübariz Əbdül oğlu Alıyev erməni təcavüzkarlarının haqsız hərəkətlərinə dözə bilməyərək 1993-cüil mart ayının 2-də Milli Ordu sıralarına daxil olub, erməni quldurlarına qarşı döyüşlərə qatılmışdır. Rayonun Ermənistanla sərhəd kəndlərinin müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə cəsurluq nümunəsi göstərmişdir.

Qubadlının işğalından sonra Mübariz Alıyev Zəngilan, Füzuli, Cəbrayıl,Ağdamrayonlarında gedən qanlı döyüşlərdə də həmişə öndə olmuşdur. Mübariz Alıyev bütün döyüşlərdə həyatını təhlükədə qoyaraq, yaralı yoldaşlarını arxa xəttə çıxarır, erməni silahlı quldur dəstələrinə ağır zərbələr vururdu. Son döyüşü04 yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndinin geri qaytarılması zamanı olmuşdur. O, düşmənin 50 nəfərdən çox canlı qüvvəsini məhv edərək, düşmənin atəşi altında döyüş meydanından düşmən tərəfindən vurulmuş texnika və şəhidləri qorxmadan çıxarmış, son nəfəsinədək döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhərində yerləşən“Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2012-ci il tarixli, 2305 nömrəli Sərəncamı ilə “Azərbaycan Bayrağı”ordeni ilə təltif edilib.

Ailəli idi, bir qız övladı yadigar qalıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər