Şəhid Ələkbərov Arif Ələsgər oğlunun anım günü
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə14 avqust 2023-cü il tarixindəAbşeron rayon St.Sumqayıt ərazisində yerləşən Əbülfəz Mehdiyev adına Qubadlı rayon Musiqi məktəbində Şəhid Ələkbərov Arif Ələsgər oğlununanım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Qubadlı rayon nümayəndəliyi, Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri, şair Elbrus Qayalı və Şəhidin nəvələri tərəfindən Vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edənRayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuşdur. I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Allahverdi Haxverdiyev Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər.
Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək Müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirmişdir.
Qeyd olundu ki, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Çıxış edənlər Şəhidin komandiri Asif Talıbov, Şəhidin döyüş yoldaşı İmadəddin Səlimov, Şəhidin qonşusu Zümrüd Cəfərova Şəhidlə bağlı öz xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Şəhidin oğlu Ələkbər Ələkbərovgöstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Şəhid Ələkbərov Arif Ələsgər oğlu 1 iyun 1961-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qubadlı şəhər orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra təhsilini Sumqayıt şəhərindəki 7 saylı Texniki-Peşə məktəbində davam etdirmişdir. Məktəbi qutardıqdan sonra doğma Qubadlıya qayıtmışdır. 1980-1990-cı illərdə Rayon Yanğından Mühafizə bölməsində yanğınsöndürən və sürücü işləyib. Qarabağ hadisələri, ermənilərin haqsız hərəkətləri bütün qeyrətli vətən övladları kimi Arifi də qəzəbləndirirdi. Buna görə də o, könüllü olaraq özünümüdafiə dəstələrinə qoşulur, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıqla vuruşurdu. Milli Ordu yarandıqdan sonra Arif Ələkbərov 7 avqust 1992-ci ildə ordu sıralarına qəbul edilmişdi. O. Qubadlı, Laçın, Zəngilan torpaqları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdi. Son döyüşü 21 avqust 1993-cü ildə Laçın rayonunun Səfiyan kəndində olmuşdu. Arif 3 nəfər döyüşçü yoldaşı ilə Güləbird kəndindən ön xəttə hərbi sursat daşıyırdı. Komandiri Arifə tez-tez tapşırırdı ki, yollar təhlükəlidir, ehtiyatlı olun. Lakin cəsur sürücü döyüş tapşırığını qorxu bilmədən, böyük ürəklə yerinə yetirirdi. Həmin gün Arifin idarə etdiyi maşın Güləbird kəndindən çıxıb ön xəttə yola düşərkən düşmənin atdığı qrad mərmisinə tuş gəlmişdi. Arif və onun döyüş yoldaşları vətən torpaqları uğrunda qəhrəmancasına şəhid olmuşdular. Arif Ələkbərov ailəli idi, iki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!