Şəhid Hüseynov Balakişi Rəhman oğlunun anım günü
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə24 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında 24.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində şəhid olmuş Hüseynov Balakişi Rəhman oğlununanım günü tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi,AVMVİB-nin Qubadlı rayon şöbəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Şəhidimizin ruhuna dualar oxundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Çıxış edənYAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Çıxış edənŞəhidin döyüş yoldaşları Sadiq Paşayev, Azad Allahverdiyev, Qiyas Babayev, Dağbəyi Məhyəddinovvə başqaları Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Çıxış edənlər eyni zamanda göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Çıxış edən Şəhidin qardaşı Hüseyn Hüseynov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və Dəmirçilər kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda və şəhidimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Hüseynov Balakişi Rəhman oğlu 11 mart 1968-ci ildə Dəmirçilər kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanan günlərdən Əliyar Əliyevin çağırışına qoşulmuş və onun taboruna daxil olmuşdu. Balakişi Hüseynov rayonun Seytas, Aşağı və Yuxarı Cibikli, Novlu, Çardaxlı, Tarovlu, Əliquluuşağı və başqa sərhəd kəndlərinin qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdir. 1992-ci ilin dekabr ayında erməni quldurları Seytas kəndinə böyük qüvvə ilə hücuma keçmişdilər. Balakişinin komandirlik etdiyi kiçik bir dəstə özünü itirməmiş, qeyri-bərabər döyüşə girərək düşmən üzərində parlaq qələbə çalmışdı. Bu döyüşdə düşmənin xeyli hərbi texnikası, 50 nəfərdən çox canlı qüvvəsi məhv edilmiş, bir tank qənimət kimi ələ keçirilmişdi.
1992-ci ilin sentyabr ayında Laçın torpaqlarının, xüsusilə Səfiyan, Aşağı və Yuxarı Fərəcan, Suarası, Mığıdərəsi, Mazutlu, Türklər kəndlərinin azad edilməsində Əliyar Əliyevin rəhbərlik etdiyi taborun tərkibində olan, Balakişi Hüseynovun başçılıq etdiyi bölüyün döyüşçüləri bu qələbələrin qazanılmasında əsl fədakarlıq nümunələri göstərmişdilər.
Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur. İgid döyüşçü 6 yanvar 1994-cü ildə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş və ağır yaralanmışdı. Balakişi Hüseynov 1994-cü ilin yanvarın 24-də qospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə o, (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!