Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Balakişi Rəhman oğlunun doğum günü

11 mart 2023 | 10:57

11 mart 2023-cü il tarixdəQubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə24.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində şəhid olmuş Hüseynov Balakişi Rəhman oğlunun doğum günü münasibətilə Sumqayıt şəhər Şəhidlər Xiyabanına ziyarət olundu.

Şəhidlər Xiyabanında Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev,YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri,AVMVİB-nin Qubadlı rayon şöbəsi, AYB-nin Qubadlı rayon regional bölməsinin sədri Namiq Məna, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.

  Daha sonra tədbir Abşeron rayon St.Sumqayıtda yerləşən Əbülfəz Mehdiyev adına Qubadlı rayon Uşaq Musiqi məktəbində davam etdirildi.

Şair Elbrus Qayalı, Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və Dəmirçilər kənd tam orta məktəbinin şagirdləritərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər deyildi, respublikanın tanınmış muğam ustalarının ifasında muğam parçaları səsləndirildi.

Şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

         Digər çıxış edənlərŞəhidin döyüş yoldaşları Sadiq Paşayev, Azad Allahverdiyevvə Qiyas BabayevŞəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Çıxış edənlər eyni zamanda göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Çıxış edən Şəhidin qardaşı Hüseyn Hüseynov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Hüseynov Balakişi Rəhman oğlu 11 mart 1968-ci ildə Dəmirçilər kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanan günlərdən Əliyar Əliyevin çağırışına qoşulmuş və onun taboruna daxil olmuşdu. Balakişi Hüseynov rayonun Seytas, Aşağı və Yuxarı Cibikli, Novlu, Çardaxlı, Tarovlu, Əliquluuşağı və başqa sərhəd kəndlərinin qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdir. 1992-ci ilin  dekabr ayında erməni quldurları Seytas kəndinə böyük qüvvə ilə hücuma keçmişdilər. Balakişinin komandirlik etdiyi kiçik bir dəstə özünü itirməmiş, qeyri-bərabər döyüşə girərək düşmən üzərində parlaq qələbə çalmışdı. Bu döyüşdə düşmənin xeyli hərbi texnikası, 50 nəfərdən çox canlı qüvvəsi məhv edilmiş, bir tank qənimət kimi ələ keçirilmişdi.

1992-ci ilin sentyabr ayında Laçın torpaqlarının, xüsusilə Səfiyan, Aşağı və Yuxarı Fərəcan, Suarası, Mığıdərəsi, Mazutlu, Türklər kəndlərinin azad edilməsində Əliyar Əliyevin rəhbərlik etdiyi taborun tərkibində olan, Balakişi Hüseynovun başçılıq etdiyi bölüyün döyüşçüləri bu qələbələrin qazanılmasında əsl fədakarlıq nümunələri göstərmişdilər.

Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur. İgid döyüşçü 6 yanvar 1994-cü ildə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş və ağır yaralanmışdı. Balakişi Hüseynov 1994-cü ilin yanvarın 24-də qospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə o, (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbi Şəhidin adını daşıyır.

Subay idi.

Allah rəhmət eləsin!

Keçidlər