Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kərimov Şahbaz Canbaxış oğlunun 55 yaşı tamam olur

19 yanvar 2024 | 12:27

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə19 yanvar 2024-cü il tarixdə Birinci Qarabağ Müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş, Kərimov Şahbaz Canbaxış oğlunun 55illik yubileyi münasibətilətədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələriiştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanında yerləşən məzarına ziyarət etdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi.Sonra tədbir Şahbaz Kərimov adınaQubadlı rayon Çərəli kənd tam orta məktəbində davam etdirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidimizinhəyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.

Daha sonra şair Elbrus Qayalı və Çərəli kənd tam orta məktəbin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyevaqeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. I Qarabağ müharibəsi zamanı 274 nəfər əlil olmuş, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

        Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü, şəhid Əlisadət Ağayevin və Azərbaycan Bayrağı ordenli, şəhid Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Vətən müharibəsi şəhidlərinin eləcə də I Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Bildirildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Qeyd olundu ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı.

Çıxış edən Şəhidin sinif yoldaşı Səfa Alıyev və Şəhidin döyüş yoldaşı, Çərəli kənd tam orta məktəbinin hərbi rəhbəri Nizami Allahverdiyev Şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

SondaŞəhidin qardaşı Rahid Kərimov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Şəhid Kərimov Şahbaz Canbaxış oğlu 1969-cu ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1985-ci ildə doğma kəndindəki məktəbi bitirərək,Tovuz rayonu Kənd Təssərüfatı Texnikomuna daxil olmuşdur. 1988-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır.Daha sonra Çərəli kənd Sovetində ixtisası üzrə işə qəbul olumuşdur. Qarabağ hadisələri başlayan gündən Şahbazın üzü gülmürdü.1991-ci idə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmışdı.Şahbaz gecə-gündüz torpaqlarımızın müdafiəsində dayanmışdı.Şahbaz qrantamiyotdan çox yaxşı istifadə edirdi.Hədəfi çox gözəl nişan alırdı.O,Laçın,Zəngilan,Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir.1994-cü ilin yanvar ayının 6-da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Məzarı Sumqayıt şəhəri “Şəhidlər xiyabanı”ndadır.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər