Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD MƏĞRUR İSGƏNDƏR OĞLU ŞİRİNOVUN ANIM GÜNÜ İLƏ ƏLAQDAR MƏZARI ZİYARƏT OLUNDU

19 mart 2026 | 17:55

  Bu gün, Qubadlı rayonunun Saray kəndindən olan, I Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Şirinov Məğrur İsgəndər oğlunun anım günüdür. Bununla əlaqədar , 19 mart 2026-cı il tarixdə, Sumqayıt şəhər “Şəhidlər Xiyabanı”nda, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, döyüş yoldaşları, kənd sakinləri, ailə üzvlərinin iştirakı ilə şəhidimiz Məğrur Şirinovun məzarı ziyarət olundu.

Əvvəlcə “Şəhidlər Xiyabanı”nda Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.

Tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşərək döyüş yolundan bəhs etdilər.

 Şair Elbrus Qayalı şəhidlərimizin xatirəsinə həsr etdiyi şeirlərini səsləndirdi.

 Şəhidimizin qardaşı Zaur Şirinov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, tədbirin təşkilinə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlığını bildirdi.

   Məğrur İsgəndər oğlu Şirinov 1 yanvar 1970-ci ildə Qubadlı rayonunun Saray kəndində anadan olmuşdur.1987-ci ildə Dondarlı kənd orta məktəbini bitirmiş,həmin ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olmuşdur.1990-cı ildə hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmiş,təhsilini bitirdikdən sonra "Antenna" kiçik müəssisəsində əmək fəaliyyətinə başlamışdır.1993-cü ildə Milli Ordu sıralarına,Əliyar Əliyev adına tabora daxil olmuşdur.Rayonun Məlikəhmədli kəndində,Yazı düzündə gedən şiddətlli döyüşlərdə yaralanmış,Xanlıq kəndindəki Hərbi hospitalda müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdaraq, Ağdam və Fizuli rayonları uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdur.

1994-cü il mart ayının 19-da Horadiz uğrunda gedən döyüşdə xalqımızın bu məğrur və qeyrətli oğlu, Məğrur İsgəndər oğlu Şirinov qəhrəmanlıqla şəhid olmuşdur.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !

Keçidlər