Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Mirzə Bayram oğlunun 50 yaşı tamam olur

28 noyabr 2024 | 12:30

28 noyabr2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə itkin düşmüş şəhid Məhərrəmov Mirzə Bayram oğlunun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Sarıyataq kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhid Mirzə Məhərrəmovun qardaşı oğlu Vətən Müharibəsi şəhidiÜlvi Məhərrəmovun məzarı ziyarət olundu, əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.

Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyivə Xələc kənd tam orta məktəbin şagirdləritərəfindənvətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuş,274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsindəqəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlərşəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Sonda Şəhidin qardaşı, Vətən Müharibəsi şəhidi Ülvi Məhərrəmovun atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Daha sonra tədbir  “Mirvari” mərasim evində  davam etdirildi.

Məhərrəmov Mirzə Bayram oğlu 1974-cü il noyabr ayının 28-də Zəngəzur mahalı Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdur. 1991-ci ildə Qaracallı kənd orta məktəbini bitirmiş, 1992-ci ilin dekabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. Ağdərə rayonu ərazisində gedən döyüşlərdə fədakarlıq göstərmişdir. Son döyüşü 1993-cü il fevral ayının 17-də Ağdərə rayonunun Çıldıran kəndində olmuşdur.

Cəsur döyüşçü həmin gün qanlı döyüşdə əsl igidlik nümunələri göstərmiş və qəhrəmancasına şəhidolmuşdur.
19 yaşlı şəhid Mirzə Məhərrəmov subay idi.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər