Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Müşfiq Xalıqverdi oğlu Mustafayevin 50 yaşı tamam olur.

15 iyul 2024 | 10:57

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyul 2024-cü iltarixdə, Sumqayıt şəhəri, 12-ci mikrorayonərazisindəyerləşən, rayonun Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində Qarabağ müharibəsi zamanı Qubadlının Novlu kəndi ətrafında gedən döyüşlərdə şəhid olan Müşfiq Xalıqverdi oğlu Mustafayevin anadan olmasının 50 illiyi  ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə Qubadlı RİH-ninməsulişçiləri, RİHB-in inzibati-ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, məktəb direktorları, müəllimlər, Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin direktoru Şamama Həsənova açaraq iştirakçıları salamladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi. Şərqi Zəngəzur  Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və məktəbin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 44 günlük Vətən Müharibəsində də Qubadlıdan 12 nəfər şəhid olmuşdur, (onlardan 1 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 2 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür)   65 nəfər isə yaralanmışdır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa edimişdir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qazi Sənan Həsənov çıxış edərək qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-сi ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Bütün şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

    Digər çıxış edənlər-Şəhidin komandiri Dağbəyi Məhyəddinov, el ağsaqqalı  seyid Hacı Qasım Çələbi , Əməkdar artist, tanınmış qiraətçi professor Ağalar Bayramov, şəhidimizin sinif yoldaşı Məhyəddinov Firdofsi Məhərrəm oğlu, həmkəntlisiisi Arif Atakişiyev şəhidimizin döyüş yolundan bəhs edərək, öz xatirələrini bölüşdülər. Qeyd edildi ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər və şəhidlərimizin doğum günü, anım günü tədbirlərinin keçirilməsi bunun bariz nümunəsidir.

Tədbirdə çıxış edən şəhidimizin qardaşı  Mustafayev Ədalət Xalıqverdi oğlu şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlığını bildirdi.

Qeyd edək ki, Mustafayev Müşfiq Xalıqverdi oğlu 1974-cü il iyul ayının 15-də Zəngəzur mahalı Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdu.1989-cu ildə səkkizillik təhsil alandan sonra, Qubadlı rayonunun Xanlıq kəndindəki 126 saylı Texniki Peşə Məktəbinə daxil olmuşdu.1991-ci ildə həmin məktəbi bitirdikdən sonra erməni təcavüzünə dözməyərək Əliyar Əliyevin başçılıq etdiyi özünümüdafiə taboruna daxil olmuş, rayonun sərhəd kəndlərində gedən döyüşlərdə iştirak etmişdir. Milli Ordu yaradıldıqdan sonra 1992-ci il iyul ayının 15-də onun sıralarına qəbul olunmuşdu. Son döyüşü 1992-ci il dekabr ayının 30-da Qubadlının Novlu kəndi ətrafında olmuşdu. Beləki həmin kəndə hücum edib, dinc əhalini qırmaq və girov aparmaq istəyən ermənilərə qarşı digər döyüşçülərimiz kimi Müşfiq də mərdliklə vuruşmuşdu. Həmin gün Əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində xeyli hərbi texnika və canlı qüvvə itgisinə məruz qalan düşmən geri çəkilməyə məcbur olmuşdu. Bu qanlı döyüş zamanı igid və cəsur döyüşçü, Müşfiq Xalıqverdi oğlu Mustafayev 18 yaşında Şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Müşfiq Mustafayevin məzarı Doğma Əfəndilər kəndindəki qəbristanlıqdadır. Subay idi.

 

Şəhidimizi hörmətlə, qürurla anırıq, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !

Keçidlər