Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nəcəfov Azər Cabbar oğlunun anım günü

10 iyun 2024 | 17:25

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 iyun 2024-cü iltarixdə, Yeni Yaşayış massivi, 8-ci məhəllədə yerləşən, rayonun Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində Qarabağ müharibəsi zamanı Qubadlı rayonun Əyin kəndində gedən döyüşlərdə şəhid olmuş Nəcəfov Azər Cabbar oğlunun anadan olmasının "50 illik" yubileyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qazi Sənan Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin təhsil aldığı Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbin kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak edirdilər.

Tədbiri Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbin təşkilatçı müavini Müşfiq Quliyev açaraq iştirakçıları salamladı. 

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

Şərqi Zəngəzur  Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və məktəbin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər və muğam parçaları səsləndirildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdiki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhidolmuşdur.Onlardan 11  nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 

   Eyni zamanda vurğulandı ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr  2020-сi ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. 

Digər çıxış edənlər- Şəhidin müəllimi Zəfər Şirinov, komandiri Qalib İsmayılov, sinif yoldaşı Rövşən İsmayılov şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin social müdafiəsinin gücləndirilməsi, onlarınmənzil-məişətşəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. 

Sonda isə çıxış edən şəhidin anası İntizar Babışova şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə  Ali  Baş Komandan Prezident İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlığını bildirdi.

Qeyd edək ki, Nəcəfov Azər Cabbar oğlu, 1974-cü il iyun ayının 10-da Zəngəzur mahalı Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1991-ci ildə Əyin kənd orta məktəbini bitirmiş, Sumqayıt şəhərində çilingər peşəsinə yiyələnmişdir. 1992-ci iliyun ayında öz kəndlərinə qaydıb könüllü olaraq Milli Ordusıralarına daxil olan Azərin döyüş yolu doğma Əyin kəndindən başlamışdır.  Azər Nəcəfov Laçın rayonu torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdu.

1993-cü il mart ayının 14-də erməni terorçuları Əyin kəndinə hücumu zamanı qanlı döyüşdə  Azər Nəcəfov mərdliklə vuruşuaraq şəhid olmuşdur.  Məzarı Qubadlı rayonunun Əyin kəndindədir.

Azər subay idi.

Şəhidimizi hörmətlə, qürurla anırıq, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !

 

Keçidlər