Şəhid Sədiyev Mətləb İfrat oğlunun anım günü
03.03.2023-cü il tarixdə Şəhid Sədiyev Mətləb İfratoğlunun anım günümünasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında tədbir keçirildi.TədbirdəQubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ziyarət zamanı Şəhidlərimizin ruhuna dualar oxundu.
Şair Elbrus Qayalı, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi və Dəmirçilər kənd tam orta məktəbinin kollektivi tərəfindən Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndi.
Daha sonra Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Daha sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Sonra çıxış edən Şəhidin əmisi Əkbər Nəsibovgöstərdikləri diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Sədiyev Mətləb İfrat oğlu 1975-ci il aprelin 24-də Qubadlı rayon Dəmirçilər kəndində anadan olub. 1983-1990-cı illərdə Dəmirçilər kəndindəki 8 illik məktəbi bitirib.1990-1992-ci illərdə Xanlıq kəndindəki Texniki peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ilaprelin 29-da hərbi xidmətə çağırılanda Mətləbin 18 yaşı yenicə tamam olmuşdu. May ayının 1-indən Bakı şəhərindəki N saylı hərbi hissəyə göndərilir, qısamüddətli hərbi təlimdən sonra o, Ağdam rayonunun Əfətlər, Quşçular, Sarıçalı kəndləri uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və həmin yaşayış məntəqələrinin düşmənlərdən təmizlənməsində xüsusi fəallıq göstərmişdi. Zəngilan, Qubadlı rayonlarına gedən yolun bağlanması təhlükəsinin aradan qaldırılması uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərən Mətləb düşmənlərdən çoxlu qisas alaraq öz arzusuna çatdı. O deyirdi ki, indi ürəyim çox sakitdir. Ölsəm də taleyimdən narazı qalmaram.Kafirləri yaxşı gəbərtdik. 1994-cü il mart ayının əvvəlində tabor Füzuli rayonunun Seyidəhmədli kəndində yerləşdirildi. Bir neçə gündən sonra güclü döyüş başladı. Çox heyf ki, bu döyüş Mətləbin son döyüşü oldu. O, həmin il Martın 3-də qəhrəmanlıqla vuruşdu və canından artıq sevdiyi Vətən torpaqları uğrunda şəhid oldu. Martın 5-də Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanında” torpağa tapşırıldı.
Allah rəhmət eləsin!