Şəhid Şəkəralıyev Azim Oruc oğlunun doğum günü münasibətilə tədbir keçirildi
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Şəkəralıyev Azim Oruc oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev,RİH-nin məsul işçiləri,AVMVİB-nin Qubadlı rayon şöbəsi,idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda Şair Elbrus Qayalı və Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin işçiləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni zamanda vurğulandı ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Digər çıxış edənlər- Şəhidin müəllimi Ədalət Əsədov,Şəhidin həmkəndlisi Mübarək Yusifov Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Çıxış edənlər eyni zamanda göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Çıxış edən Şəhidin qardaşıFəxrəddin Dünyamalıyevgöstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
ŞəhidŞəkəralıyev Azim Oruc oğlu 1974-cü il aprelin 2-də Qubadlı rayonunun Göyyal kəndində anadan olmuşdur.1991-ci ildə Fərcan kənd tam orta məktəbini bitirmiş,1992-ci ildə Milli Orduya qəbul edilmişdir.Erməni işğalçılarına qarşı doğma kəndi və rayonun ermənistanla digər sərhədyanı kəndləri uğurunda rəşadətlə döyüşmüş,1992-ci ilin oktyabrın 20-də Zəngilan rayonunda keçirilən "Almalıq" əməliyyatında düşmənin bir, aprel ayının 19-da Füzuli rayonunun "Lələtəpə"deyilən ərazisində dörd erməni quldurunu məhv etmişdir.
Onun son döyüşü 1994-cü ilin aprel ayının 23-də olmuşdur.Həmin gün Azim Şəkəralıyev Füzuli uğrunda gedən şiddətli döyüşdə qəhrəmanlıq göstərərək, 40 metrlik məsafədən düşmən səngərinə güclü zərbə endirmiş və düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"'nda dəfn edilmişdir.
Qeyd edək ki, Azimin qardaşları Mətləb, Fəxrəddin, Qorxmaz və Nadir də erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, dəfələrlə şücaətlər göstərmişlər.
Subay idi.
Allah rəhmət eləsin!