Şəhid Vəliyev Bəhruz Əvəz oğlunun anım günü
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı şəhid olmuş Vəliyev Bəhruz Əvəz oğlunun anım günü tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri və yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.
Eyni zamanda Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin işçiləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəriAzərbaycanınMilliQəhrəmanıadınalayiqgörülmüşdür.
Eyni zamanda vurğulandı ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcədə Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələdə davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcədə I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Şəhidin qardaşı Mübariz Vəliyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Şəhid Vəliyev Bəhruz Əvəz oğlu 1971-ci il may ayının 13-də Qubadlı rayonunun Fərcan kəndində anadan olmuşdur. 1988-ci ildə doğma kəndində Fərcan kənd tam orta məktəbini bitirmişdir. 1989-1991-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra vətənə qayıdan Bəhruz Vəliyev torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi uğrunda mübarizəyə qoşuldu və Milli ordu sıralarına qəbul olundu. İlk döyüş yolu doğma Fərcan kəndindən başlamışdır.Bəhruz Vəliyev Fərcan və Göyyal kəndləri ətrafında gedən döyüşlərdə fəal iştirak etmiş, onlarla erməni quldurlarını məhv etmişdir. Həmçinin Ağdam və Füzuli rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Son döyüşü 1994-cü ilin noyabr ayında Füzuli rayon ərazisində olmuşdur. Həmin döyüşdə böyük fədakarlıq göstərən Bəhruz Vəliyev ağır yaralanmış və Bakı şəhərinə Hərbi qospitala gətirilmişdir. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq Bəhruz Vəliyev 1994-cü il noyabr ayının 17-də vəfat etmişdir. Bəhruz Vəliyevin məzarı Sumqayıt şəhərindəki " Şəhidlər Xiyabanı"ndadir.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!