Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, Vətən Müharibəsi Qəhrəmanı-Ağayev Vüqar Əhməd oğlunun Anım günü

02 noyabr 2022 | 15:17

  2022-ci il 2 noyabr tarixində  Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar Əhməd oğlunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, YAP Qubadlı rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, cümə məscidinin axundu hacı Rauf, Şəhidlərin döyüş yoldaşları, Şəhidlərimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirildi. Şəhidlərimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidlərimizin ruhuna dualar oxundu. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda və Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı RİH başçısı Malik İsaqov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, Nərimanov RİH başçısı Elgin Həbibullayevqeyd etdilər ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.

Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Şəhid Ağayev Vüqar Əhməd oğlununanası Nənəxanım Ağayevabütün Şəhid ailələri adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1990-cı ildə Xanlıq kənd tam orta məktəbində təhsilini başa vurmuşdur.

1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra  Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.

2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi” yubiley medalları, III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi Xidmətlərə görə” medalı və“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.

01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhəri, II Fəxri Xiyabana dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görəAzərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" , 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinə Vətən müharibəsi Qəhrəmanı  Vüqar Ağayevin adı verilmişdir. Ailəli idi, iki övladı var.

 

Şəhid Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.Zaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. 1995-ci ildə oradan məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuşdur və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. Zaur Nudirəliyev 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.

Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından Kürdəmir aviabazasında Komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi. Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində müdafiə naziri tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif edilmişdir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və bu iş Zaur Nudirəliyevə tapşırmışdır. O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmişdir, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 günərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı.

Oktyabrın 4-də Zaur Nudirəliyevin idarəetdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olmuşdur. Buna görə də "Su-25" hücum təyyarəsinin vurulma ehtimalı yaranmışdır.Dərhal Zaur Nudirəliyevə geri qayıtmaq tapşırığı verilmişdir. Həmin vaxt Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı.Bundan sonra o, çağırışa cavab vermədi. Artıq Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin HavaHücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur. Ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, Ermənistan tərəfinə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmışdır və həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsus ixidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci iltarixliSərəncamınaəsasənZaur Nudirəliyevə  "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Zaur Nudirəliyev ailəli idi. Pəri adında qızı və Ömər adında oğlu yadigar qalmışdır.

 

Keçidlər