Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zamanov Hikmət Salman oğlunun anım günü tədbiri keçirildi

12 yanvar 2023 | 15:23

Qubadlı rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə 12 yanvar 2023-cü il tarixdə  Sumqayıt şəhər Şəhidlər Xiyabanında 12.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində şəhid olmuş Zamanov Hikmət Salman oğlununanım günü tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra axund Hacı Şahin tərəfindən şəhidimizin ruhuna dualar oxundu.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Çıxış edən Qubadlı rayon Fərcan kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Ədalət Əsədovbildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlər-Qubadlı rayon Fərcan kənd tam orta məktəbinin direktoru Ehtiram İsmayılov, Qubadlı rayon Fərcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Azad Hüseynov və başqalarıŞəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Çıxış edən Şəhidin anası Naidə Zamanova göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda və şəhidimizin ruhuna həsr olunmuş şeirlərsəsləndirildi.

Zamanov Hikmət Salman oğlu 17 iyul 1973-cu ildə Şərqi Zəngəzur Qubadlı rayonunun Fərcan kəndində anadan olmuşdur. 1990-cı ildə Fərcan kənd tam orta məktəbini bitirmişdir. Həmin ilin avqust ayında Rayon Təmir-Tikinti idarəsində əmək fəaliyyətinə başlamış, 1991-ci il iyun ayının 17-də sovet ordusu sıralarına çağırılmışdır. Qarabağ hadisələri ilə əlaqədar, könüllü olaraq Əliyar Əliyevin komandir olduğu tabora daxil olmuş va rayonun Ermənistanla sərhədyanı kəndlərində düşmənə qarşı döyüşlərdə şücaət göstərmişdir. Fərcan kəndinin "Əhmədbəy" deyilən sahəsində gedən döyüşdə düşmənin bir tankını qranatamiyotla vurmuş, bir çox canlı qüvvəsini məhv etmişdir. Onun son döyüşü 1994-cü il yanvarın 12-də Ağdamın Güllücə kəndi ətrafında olmuşdur. Düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etməsinə baxmayaraq, özü qəhrəmanlıqla şəhid olmuşdur.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər