Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİ DAİM UCA TUTULUR

26 sentyabr 2026 | 09:40

   "27 Sentyabr – Anım Günü" ilə əlaqədar olaraq, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə Sumqayıt şəhərində müxtəlif ünvanlarda yerləşən şəhidlərimizin abidə kompleksləri ziyarət olundu.

Ziyarət zamanı şəhidlərimizin xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildi, abidə kompleksləri önünə gül dəstələri düzülüb, onların müqəddəs ruhlarına dualar oxundu.

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların müraciət və problemlərinin həssaslıqla araşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunması mühüm vəzifələrdən biri kimi diqqətdə saxlanılır.

Şəhidlərimizin qəhrəmanlığı, Vətən sevgisi və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların əziz xatirəsini yaşatmaq, ailələrinə ehtiram və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər