Şərqi-Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunda aparılan təmir bərpa-tikintiişləri ilə əlaqədar əmək yarmarkası keçirilmişdir
15 dekabr 2022 | 17:04
2022-ci il 15 dekabr tarixdə Sumqayıt şəhər 28 may mədəniyyət evində Şərqi Zəngəzur İqtisadi Rayon 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin,Şərqi Zəngəzur Məşğulluq Mərkəzinin əmakdaşlarının və Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirildi.
Əmək yarmarkasında rayon sakinləri və digər şəhər və rayon sakinləri iştrak edirdi. Təşkil olunmuş əmək yarmarkasında müxtəlif sahələri əhatə edən iş yerləri təklif olunurdu.Yarmarkanı təşkil etməkdə məqsəd işğaldan azad olunmuş Şərqi Zəngəzur İqtisadi rayonunu əhatə edən rayon sakinlərinin təmir tikinti işlərinin aparılması üçün ixtisaslı mütəxəsislərə təlabatın ödənilməsi ilə bağlıdı.Yarmarkada 300 nəfərə yaxın vətəndaş iştrak etdi.