Şriftin ölçüsü :

Saytın rəngi :

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüş keçirildi

06 yanvar 2023 | 16:32

06.01.2023-cü il tarixdə Qubadlı rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu ilə bir qrup rayon ziyalılarının görüşü keçirildi. Görüşdə Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, rayon ağsaqqalları və ziyalıları iştirak edirdilər. Görüş zamanı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Sonra Qubadlı rayonu haqqında ümumi məlumat verdi. Bildirdi ki, Qubadlı rayonu kənd təsərrüfatı rayonudur və gələcəkdə də kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir.

Görüşdə çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbir iştirakçılarının fikirlərini dinlədi və bildirdi ki, Qubadlı rayonunda ilkin olaraq Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin layihəsi artıq hazırdır, yaxın zamanda həmin kəndlərin bərpasına başlanılacaqdır.

Keçidlər