Son zəng münasibətilə Qubadlı rayonunda tədbirlər keçirildi
14 iyun 2024-cü il tarixdə Son zəng münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Rayonun İsa Məmmədov adına Aşağı Mollu və Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov,Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı Rayon Sektorunun müdiri Müşfiq Quliyev, Şəhid ailələri və Qazilər, rayonun yüksək nəticələr göstərmiş İdimançıları, məktəblərin şagird və müəllim kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibətilə bütün ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərini təbrik etdi. Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur.Ulu Öndər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb.Natiq bildirdi ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib.Həmçinin bildirildi ki, ötən il rayon ümumtəhsil məktəblərini bitirən 711 nəfər məzundan 582 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 464 nəfəri Ali məktəblərə qəbul olmuşdur.62 nəfər 500-600 arası, 16 nəfər isə 600-700 arası bal toplamışdır.
RİH başçısı Malik İsaqov həmçinin15 iyun Milli Qurtuluş günü münasibətilə rayon ictimaiyyətinitəbrik etdi və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu.
Qeyd olundu ki, hazırda Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bildirildi ki, 44 günlük Vətən müharibəsiərzində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi.Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
"Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi".
Sonda məzunların və şagirdlərin ifasında rəqslər nümayiş olundu, şeirlər səsləndi, mahnılar ifa olundu.