Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Qubadlı şəhidlərinin abidələri ətrafında təmizlik işləri aparıldı

19 mart 2026 | 17:52

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən Qubadlı rayonundan olan şəhidlərimizin xatirəsinə ucaldılmış abidə komplekslərinin ətrafında təmizlik və abadlıq işləri həyata keçirildi.

Aksiya zamanı abidələrin ətrafı tullantılardan təmizlənib, yaşıllıqlara qulluq olunub, ərazilər səliqəyə salınıb. Görülən işlər bütün şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın bariz nümunəsidir.

Belə tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər