Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir mövzusunda tədbir keçirildi

24 may 2023 | 10:17

2023-cü il 24 may tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qubadlı rayon Təhsil sektorunun inzibati binasındaUlu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirildi. TədbirdəQubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləriAllahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri,ziyalılar, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu,Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qeyd olundu ki,Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir.

Müasir, suveren Azərbaycanın milli ideologiyasının əsasını qoymuş Heydər Əliyev müstəqilliyimizin təmin olunması üçün yeni, milli ideologiyanın zəruriliyini ilk dəfə əsaslandıraraq tətbiq etdi. Xalqın birliyinin, monolitliyin, ictimai sabitliyin inkişafın əsas şərtlərindən biri olduğunu siyasi xadim, dövlət qurucusu və idarəedici kimi düzgün dərk edən Heydər Əliyev həmişə bu birliyi yaratmaq, qorumaq işini ön plana çəkmişdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə sistemli siyasi qüvvə - Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi sistemi dəyişdi. Bugün Azərbaycan xalqının əvəzsiz oğlu, dünya xalqlarının dərin nüfuzunu və etibarını qazanmış Heydər Əliyevin bütün ideyalarını qoruyub saxlamaq, inkişaf etdirmək, dövlətimizin, onun özünün yaratdığı və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının hər bir üzvünün, bütövlükdə xalqımızın müqəddəs borcudur. Azərbaycan xalqının əvəzsiz oğlu Heydər Əliyevin Azərbaycan xalqı və bütövlükdə Azərbaycan qarşısındakı böyük və danılmaz xidmətləri vardır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın tarixinə əbədi daxil olmuşdur. Heydər Əliyev Azərbaycan xalqı, bütün dünya xalqları üçün zəngin, təcrübədə dəfələrlə sınanmış elmi-nəzəri irs qoyub getmişdir.

Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı və xalqın rifah halının yaxşılaşmasına şərait yaratdı.

Bu yol hazırda Ulu Öndərin ictimai-siyasi varisi, dünyada öz zəkası, qətiyyəti ilə seçilən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bu gün 44 günlük Vətən müharibəsindətorpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır”.

Keçidlər