Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olundu

05 may 2026 | 22:10

 Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 may 2026-cı il tarixdə,  Abşeron rayonu St.Sumqayıt ərazisində salınmış istirahət parkında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olundu.

 Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, Rayon Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon Mədəniyyət evinin, Mahruzlu kənd həkim məntəqəsinin, Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi iştirak edirdilər.

Keçidlər