Ulu Öndər Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olundu
28 aprel 2026 | 17:01
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 aprel 2026-cı il tarixdə, Abşeron rayonu St.Sumqayıt ərazisində salınmış istirahət parkında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olundu.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, Rayon Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Aksiya zamanı park ərazisində müxtəlif növ ağac və gül kolları əkildi, təmizlik işləri aparıldı. Ümumilikdə 250-dən çox ağac əkilərək ərazinin yaşıllaşdırılmasına töhfə verildi.






