“Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirildi
16 iyun 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Qubadlı rayon sektorunun birgə təşkilatçılığı ilə Sumqayıtşəhərində yerləşən28 May Mədəniyyət evində “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş“Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Uşaq Yaradıcılıq festivalı keçirildi.
Festivada Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov,SRMİ –nin Qubadlı rayon nümayəndəliyinin işçiləri, ümumtəhsil məktəblərinin kollektivləri, valideynlər və uşaqlar iştirak edirdilər.
Əvvəlcə Mədəniyyət evinin foyesində uşaqlar tərəfindənhazırlannan rəsm sərgisi nümayiş olundu. Festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Festivalda çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs etdilər.Bildirildi ki, Ümummilli Liderin çoxşaxəli fəaliyyəti dövlətə və xalqa xidmət nümunəsidir. Müstəqil Azərbaycana hansı sahədən baxsaq dahi şəxsiyyətin xidmətlərinin uğurlu nəticələrini görürük. Ümummilli Liderin fəaliyyətində gənclərə, uşaqlara diqqət və qayğı xüsusi yer tutmuşdur.Uşaqlara qayğı Ümummilli Liderin “Uşaqlar bizim gələcəyimizdir” tezisində özünün aydın ifadəsini tapır. Ümummilli Lider hər zaman, uşaqları, gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların Vətənə layiq övlad kimi yetişmələrini qarşıya mühüm vəzifə kimi qoyurdu. “Heydər Əliyev İli” çərçivəsində uşaqlar, gənclər arasında bu səpgili tədbirlərin keçirilməsi onların dahi şəxsiyyət Heydər Əliyev haqqında düşüncələrinin formalaşmasında əhəmiyyətli rol oynayır.
Qeyd edildi ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimiz Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsidir.Bu Qələbə bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun, tarixinə sahib çıxmasının təsdiqi oldu.
Daha sonra uşaqların ifasında nümayiş olunan şeir, mahnı və rəqs nümunələrindən ibarət konsert proqramı festival iştirakçılarının böyük marağına səbəb oldu.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, istedadlı uşaqların qabiliyyətlərinin üzə çıxarılması, uşaqların sağlamlıqlarının qorunması ilə yanaşı, həm də təhsillərinin artırılması yönümündə belə festivalların təşkili mühüm əhəmiyyət kəsb edir.
Festivalın sonunda “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş05-08 iyun 2023-cü il tarixlərində keçirilmiş şeir, rəsm, rəqs və musiqi müsabiqələrinin qaliblərinədiplomlar təqdim edildi.