“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədarAbşeron rayonu, St.Sumqayıt ərazisində ağacəkmə aksiyası həyata keçirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 19 aprel 2024-cü il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin sıx məskunlaşdığı Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış parkda, eyni zamanda həmin ərazidə fəaliyyət göstərən rayonun Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının,Şəhər-4 saylı tam orta məktəbinin, Mirağa Əliyev adına Hal kənd tam ortaməktəbinin və Balakişi Hüseynov adına Dəmirçilər kənd tam ortaməktəbinin ərazilərində ağacəkmə aksiyası həyata keçirildi,“Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirmə işləri aparıldı.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi,RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivlərivə həmin ərazidə yaşayan rayon sakinləriiştirak edirdilər.
İlk öncəQubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Eyni zamanda ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
Qeyd olundu ki,Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb.
2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.
Aksiya çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparıldı, qurumuş ağaclar yenisi ilə əvəz olundu, həmçinin müxtəlif növ ağaclar və gül kolları əkildi.
Eyni zamanda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin həyətyanı ərazilərində də ağaclar və gül kolları əkildi və təmizlik işləri aparıldı.
Ümumilikdə ağacəkmə aksiyasında 800-dən çox ağac əkildi.