Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev” ili ilə bağlı ağacəkmə aksiyası və iməcilik həyata keçirildi

18 mart 2023 | 15:29

Qubadlı rayonunda “Heydər Əliyev” ilinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. 18 mart 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu St.Sumqayıt ərazisində yeni salınmış parkda, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətlərində “Heydər Əliyev” ilinə həsr olunmuş ağacəkmə aksiyaları və iməciliklər həyata keçirildi. Təşkil olunmuş tədbirdə RİH-in başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatı aparatının məsul işçiləri, partiya fəalları iştirak edirdilər.

Ağacəkmə aksiyasından sonra RİH-in başçısı Malik İsaqov parkda və qəsəbə ərazisində asudə vaxt keçirən sakinlərlə görüşdü, onların bayramlarını təbrik etdi.

 

 

        Ümumilikdə ağacəkmə aksiyasında 500-dən çox ağac əkildi.

Keçidlər