Müqəddəs Qurban Bayramı münasibətilə Qubadlı rayonundan olan şəhid ailələri, qazilər və aztəminatlı ailələrə qurban payları çatdırıldı
28.06.2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban Bayramı ilə əlaqədar Şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, tənhalara, aztəminatlı ailələrə yataqxəstələrinə və yardıma dahaç oxehtiyacı olan şəxslərə - ümumilikdə 70-dən çox ailəyə qurban payı çatdırıldı.
Bayram günü Vətən müharibəsi şəhidlərinin, qazilərin, müharibə veteranlarının evlərinə gedilərək onlara baş çəkildi, ərzaq bağlamaları və qurban payı verildi.
Həmçinin Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Qubadlı rayon İcra Hakimiyyətində şəhid ailələrinə və qazilərə, imkansız ailələr üçün nəzərdə tutulmuş 50 ərzaq bağlaması, əlavə olaraq Azərbaycan DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən komitənin tərkibində olan idarə və müəssisələrdə çalışan aztəminatlı ailələrə 50 ərzaq bağlaması verilmişdir.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.