Respublikanın bütün bölgələrində olduğu kimi Qubadlı rayonundan olan şəhid ailələri və qazilər də hər zaman diqqət mərkəzindədir
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Qubadlı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlər keçirildi.Görüşlərdə Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri və icra nümayəndələri iştirak edirdilər.Görüşlərdə Şəhidlərin əziz xatirələri yad olundu, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparıldı.
Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə, aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verildi.Ümumilikdə 100-dən çox bayram sovqatı paylanıldı.
Həmçinin Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Qubadlı rayon İcra Hakimiyyətində şəhid ailələrinə və qazilərə, imkansız ailələr üçün nəzərdə tutulmuş 50 ərzaq bağlaması, əlavə olaraq Azərbaycan DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən komitənin tərkibində olan idarə və müəssisələrdə çalışan aztəminatlı ailələrə 50 ərzaq bağlaması verilmişdir.