Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası və iməcilik həyata keçirildi

11 dekabr 2023 | 09:45

2023-cü il11 dekabrtarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayon St.Sumqayıt ərazisində yeni salınmış parkda,eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətyanı ərazisində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası və iməciliklər həyata keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, məktəb direktorlarları, müəllimlər, şagirdlər iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqınınÜmummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla andılar.

Aksiya çərçivəsində ağac əkilən ərazidə təmizlik işləri aparıldı, qurumuş ağaclar yenisi ilə əvəz olundu, həmçinin müxtəlif növ ağaclar əkilərək suvarıldı.  

Ümumilikdə ağacəkmə aksiyasında 300-dən çox ağac əkildi.

Keçidlər