Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında

01 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə Sumqayıt şəhərində yerləşən 28 may mədəniyyət evində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-nin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Müxtəlif kateqoriyadan olan uşaqların cəlb edildiyi tədbirdə Azərbaycanda Uşaq Hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən bəhs edildi.  Tədbirdə uşaqları təbrik edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd etdi ki, uşaqların hüquqlarının qorunması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet isritiqamətlərindən birini təşkil edir. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikiri bu siyasi kursun əsas özəyini təşkil edir. Minnətdarlıqla qeyd edildi ki, həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə sivil qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycanda uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmişdir. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşdur. Heydər Əliyev Fondunun, fondun Prezidenti Mehriban xanım Əliyevanın, fondun vitse prezidenti Leyla Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdikləri fəaliyyət xüsusilə qeyd edildi.  Bildirildi ki, uşaqlara diqqət və qayğı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun fəaliyyətində əsas yerlərdən birini tutur. Məcburi köçkünlük ömrü yaşayan qubadlılı uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda məktəb tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində, eləcə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması yönündə genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.
Sonra tədbir rayon mədəniyyət şöbəsinin hazırladığı musiqili əyləncəli konsert proqramı, uşaqların ifasında musiqi nömrələri, ədəbi bədii kompozisiya  ilə davam  etdirildi.

Keçidlər