Şriftin ölçüsü :

Saytın rəngi :

26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir

26 sentyabr 2016 | 16:00

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi baş tutdu.Seçicilərin 69,7 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə "HƏ" dedilər. Referendum beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirildi. Əminliklə deyə bilərik ki, referendumun nəticələri Azərbaycan xalqının iradəsini tamamilə əks etdirir. Bununla da xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi. Vətəndaşlar başa düşürlər ki, Prezident İlham Əliyevin təşəbbüsləri  məhz  ölkəmizin dinamik inkişafına xidmət edir.
Referendumda  Qubadlı rayonu üzrə 24 min 484 nəfər seçicidən 16 min 416 nəfəri fəal iştirak etmişdir. Rayona  seçicilərin 125 saylı Zəngilan-Qubadlı və 120 saylı Cəbrayıl-Qubadlı seşki dairələri üzrə 28 seçki məntəqəsində səsvermədə iştirak etmişdir. Məntəqələrin 12-i Bakı şəhərində, 15-i Sumqayıt şəhərində, 1-i Xırdalan şəhərində yerləşir. Bakı şəhəri üzrə seçicilərin sayı 6 min -133 nəfər, Sumqayıt şəhəri üzrə 15 min 783 nəfər, Abşeron rayonu üzrə isə 1145 nəfərdir.  Məntəqələrin 26-i 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə, 2-i isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə aiddir. Zəngilan-Qubadlı seçki dairəsinə aid olan məntəqələrdə 23  min 61 seçici, Cəbrayıl-Qubadlı seçki dairəsinin rayona aid məntəqələrində 1422 nəfər seçici səs vermişdir. Rayon seçicilərindən 455 nəfəri bölgələrdə Cəbrayıl-Qubadlı seçki dairəsinin Cəbrayıl rayonuna aid məntəqələrdə səs verməsi həyata keçirilmişdir.
Səsvermədə Muradxanlı kəndindən olan 106 yaşlı Quliyeva Simuzər və  ilk dəfə səs vermədə iştirak edən, seçki günü 18 yaşı tamam olan Əliquluuşağı kəndindən olan Əliyeva Fidanın  səsvermdə iştirak təmin edilmişdir. Həmin seçicilərimiz rayon Icra Hakimiyyəti və dairə seçki komissiyası tərəfindən seçki günü hədiyyələrlə qarşılanaraq səsvermədə iştirakı üçün lazımı şərait yaradılmışdır.
Ümumxalq səsverməsi rayonda qanunun tələblərinə uyğun, mütəşəkkil və uğurla həyata keçmiş, rayon üzrə səsvermədə iştirak edən 24 min 484 nəfər seçicinin 67.05 %-i Konistitusiyanın 29 maddəsində olan dəyişikliyə müsbət münasibət bildirmişdir.

Keçidlər