Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

21 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında irəli sürülmüş müddəa və göstərişlərlə əlaqədar cari ilin 18 aprel tarixində Qubadlı   rayon icra hakimiyyətinin birinci rübün yekunlarına dair  hesabatı keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı çıxış edərək 2017-ci ilin 10 aprel tarixində Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda qeyd olunan məsələlərə münasibətini bildirərək rüb ərzində ölkənin iqtisadi və siyasi sahədə qazandığı nailiyyətləri bir daha rayon ictimaiyyətinin diqqətinə çatdırmışdır. Rayon İcra hakimiyyətinin başçısı ölkədə rüb ərzində qeyri- neft sektorunun 2,4 %, qeyri-neft sənayesinin 2 %, kənd təsərrüfatının 3,5 %, ticarət dövriyyəsinin 15 %, ixracın 50 % və sair nailiyyətlərin ölkədə Prezident İlham Əliyevin apardığı düzgün və iqtisadi sahədə aparılan şaxələndirilmiş siyasətin nəticəsində əldə olunduğunu vurğulamışdır. Rayon İcra hakimiyyətinin başçısı çıxışında Respublikada birinci rübdə sosial sahədə görülən işlərdən də bəhs edərək bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.
Hesabat yığıncağında rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması və sosial rifah halının yüksəlməsi istiqamətində  görülmüş işlərdən də bəhs olunmuşdur. Bildirilmişdir ki, rüb ərzində dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində 8 ailə yeni mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra yerlərdə zirzəmilərdə olan sular qurudulmuş, kanalizasiya və su xətləri təmir edilmiş, bəzi imkansız ailələrə tikinti materialı ilə köməklik göstərilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetindəki çıxışında  Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan 4 min məcburi köçkün ailəsinin  yeni binalara köçürülməsinin nəzərdə tutulması, hazırda bir böyük qəsəbənin tikilməsinin davam etdirilməsi dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Hesabat yığıncağında rayonda sosial sahədə aparılan işlərdən danışılarkən qeyd olunmuşdur ki, rüb ərzində 66 yeni iş yeri yaradılmış, rayonun daxili imkanları hesabına aztəminatlı ailələrə 19 min 200 manat pul köməkliyi edilmiş, ahıl qocalara və əlil uşaqlara bayram sovqatı paylanmışdır. Rüb ərzində şəhid ailələri də unudulmamışdır. Himayə təşkilatının verdiyi ərzaq yardımı şəhid ailələrinə çatdırılmışdır.
Hesabat yığıncağında vətəndaş müraciətlərinin daima diqqətdə saxlandığı qeyd olunaraq bildirilmişdir ki, rüb ərzində edilən 286 müraciətin hamısına qanun daxilində baxılmış, əksəriyyət müraciətlərə imkan daxilində köməklik göstərilmiş, bir sıra müraciətlərə müvafiq izahatlar verilmişdir.
2017-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş məruzədə rayonun idarə, müəssisə və təşkilatlarının da fəaliyyətinə toxunularaq qeyd olunmuşdur ki, idarə və müəssisələr qarşılarında duran vəzifələrin yerinə yetirilməsinə səy göstərmişlər.
Hesabat yığıncağında Prezident İlham Əliyevin dövlət strukturlarının qarşısına qoyduğu vəzifələrdən də bəhs olunaraq bildirilmişdir ki, bu vəzifələrin yerinə yetirilməsi üçün rayonun bütün idarə, müəssisə və təşkilatları qüvvələri səfərbər edərək səylə çalışmalıdırlar.
Cari ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağında digər çıxış edənlər fəaliyyət sahələri üzrə rayon ictimaiyyətinə məlumat vermiş, eyni zamanda görülmüş işlərə görə rayon İcra hakimiyyətinin fəaliyyətinin qənaətbəxş hesab edilməsi təklifini irəli sürmüşlər.
Sonda  birinci rübün yekunlarına həsr edilmiş hesabat yığıncağının qərarı qəbul edilmişdir.

Keçidlər