Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Idman


Qubadlı rayon Gənclər və İdman idarəsi


Ünvanı. Sumqayıt şəhəri, “İnşaatçılar” qəsəbəsi, 1 saylı Trestin binası
Marşrutlar. 10A, 8, 24, 36
Rəhbəri - Abbasov Natiq Vahib oğlu - 29 iyul 1975-ci ildə Qubadlı rayonu, Qaralar kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri Universitetini mühəndislik ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında təhsil almışdır. 15 noyabr 2001-ci il tarixdən Qubadlı rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləyir.
Əlaqə telefonu: (055) 376-82-59
Hazırda rayonda 2 idman məktəbi- Uşaq Gənclər İdman məktəbi və Uşaq Şahmat məktəbi fəaliyyət göstərir.
Bundan əlavə, “Qubadlı”, “Bərgüşad”, “Həkəri” və Əliyar Əliyev adına idman klubları da yaradılmış və fəaliyyət göstərir.
Saf suyu, loğman təbiəti olan Qubadlı həm də pəhləvanlar, idmançılar yurdu idi. Aşağıda Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyan Qubadlı övladlarının bəziləri haqqında məlumat veririk.

Həziyev Bahadur Salam oğlu.
01 may 1926- ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir.
Əliyev Əliyar Yusif oğlu.
14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. İdman ustası , Əməkdar məşqiçi, Dəfələrlə azərbaycan çempionu olub.
Əliyar Əliyev erməni silahlı birləşmələrinin torpaqlarımıza hücum etdiyi ilk günlərdən əlinə silah alaraq döyüş cəbhəsində olub. Batalyon komandiri kimi şücaətlər göstərib. 1992-ci il oktyabr ayının 3-də döyüş meydanında qəhrəmancasına şəhid olan Ə. Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Məmmədəliyev Heydər Nurəddin oğlu.
1974- cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi üzrə əməkdar məşqiçi, idman ustası, 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 2002-ci ildə Dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina Olimpiadasının gümüş mükafatçısıdır. Hal hazırda Rusiyada yaşayır.


Həziyev Bahadur Bahadur oğlu
20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib.
Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.


Məmmədov Məhəmməd Urman oğlu.
1963-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Yunan –roma güləşi ilə məşqul olub. İdman ustası, 1988-89-cu illərdə Azərbaycan çempionu. 1990- cı ildə gənclər arasında Avropa çempionu olub.
Hal hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır.
Məmmədov Ziyafədin Sahibəddin oğlu
1972-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Yunan –roma güləşi ilə məşqul olub. İdman ustası, 1984, 1985, 1986- cı illərdə Azərbaycan çempionu olub.
Hazırda Bakı şəhəri, Yasamal ronunun polis şöbəsində işləyir.


Həziyev Həzi Bahadur oğlu
1963- ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olub. İdman ustasıdır. 1984-cü ildə SSRİ çempionu, 1977 - 1990, 1992 – 1994 -cü illərdə Azərbaycan çempionu olub.
Hazırda təqaüddə olan H. Həziyev bu gün də məşğul olduğu idmanın sirlərini gənc nəslə öyrətməkdən yorulmur.


Bahadurov Cəlal Həzi oğlu
1987- ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olub. İdman ustasıdır.
2002,2003,2004,2005,2006,2007,2008,2009-cu illərdə Azərbaycan çempionu olub.Beynəlxalq turnirlərin qalibi olub.
Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.


Həziyev Xəqani Bahadur oğlu.
1976- cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan- roma güləşi ilə məşqul olub. İdman ustası, 1988-ci ildə yeniyetmələr və 1990-cı ildə gənclər arasında Azərbaycan çempionu olub. 1996-ci ildə Astarxan, 1997-ci ildə Elista Beynəlxalq turnirlərinin qalibi olmuşdur.
Hal hazırda Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayır.


Həziyev Hikmət Bahadur oğlu
1973-cü ildə Qubadlı rayonunun Qəyan kəndində anadan olmuşdur. Yunan- roma güləşi ilə məşğul olub. İdman ustasıdır, 1988-ci ildə yeniyetmələr arasında, 1990-cı ildə gənclər arasında azərbaycan çempionu.
1999-cu ildə Azərbaycan kubokunun sahibi.


Məmmədov Pərviz Yusif oğlu.
1977-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1993-cü ildə yeniyetmələr. 1994 və 1995 –ci ildə gənclər arasında Azərbaycan çempionu olub.
Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.


Quliyev Sərxan Bəbəş oğlu
1968-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olmuşdur. Şahmatla məşqul olur. Beynəlxalq dərəcəli qrossmeysterdir. 1985-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinə daxil olub və 1992- ci ildə oranı bitirib.
1994-cü ildə Rusiya Dövlət Bədən tərbiyəsi və İdman akademiyasına daxil olmuş və oranı bitirdikdən sonra həmin Akademiyanın Şahmat kafedrasında Aspiranturaya qəbul olmuş və eyni zamanda orada müəllim işləmişdir.
1994-cü ildə Moskvada, 1998-ci ildə Elistada keçirilən Ümumdünya Şahmat Olimpiadasında və 1997- ci ildə Pulada keçirilən Avropa komanda yarışlarında Azərbaycanı ləyaqətlə təmsil etmişdir. 1991, 1992, 1994, 1995, 1999 və 2000-ci illərdə keçirilmiş Beynəlxalq yarışlarda qalib olmuşdur.
Türkiyə və İran milli yığma komandalarının baş məşqiçisi vəzifəsində işləyib.
Hal hazırda Türkiyə yığma komandasının baş məşqiçisidir.


Quliyev Loğman Bəbəş oğlu
1974-cü ildə Qubadlı rayonunun Mollu kəndində anad olmuşdur. Şahmatla məşqul olur. Şahmat üzrə beynəlxalq usta adına layiq görülüb. 1994, 1995, 1997, 2001 və 2003-cü illərdə keçirilmiş beynəlxalq yarışlarda birinci yer tutub..
2004-2005-ci illərdə 4 dəfə qrossmeyster balı toplamış və həmin il qrossmeyster adını almışdır.
Onların ilk Məşqiçi müəllimi olmuş Quliyev Bəbəş Alxan oğluna 2007-ci ildə “Əməkdar məşqç” fəxri adı verilmişdir.
Hal hazırda İran İslam Respublikasının yığma komandasının baş məşqiçisidir.


Eminova Billurə Elşən qızı
1986-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Stol üstü tennislə məşğul olur. 1999-2000,2001 və 2002-ci llərdə Respublika çempionu olub.
2001-ci ildə İranda keçirilən beynəlxalq turnirdə I yer tutub.
Sumqayıt şəhər Təhsil İdman mərkəzində məşqiçi – müəllim işləyir.


Məmmədov Elbrus Yusif oğlu.
1978-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. Yunan- roma güləşi ilə məşqul olub. İdman ustasıdır. 1999-cu ildə Gənclər arasında Avropa çempionu, həmin il Dünya çempionatında III yerə və 2001,2005,2007-ci illərdə hərbiçilər arasında Dünya çempionu olub. 1996, 1997, 1998, 1999 və 2005-ci illərdə Azərbaycan çempionu olub.
Hazırda Ordu idman klubunda işləyir.


Bayramov Təvəkkül Tofiq oğlu.
1981-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olmuşdur. Taekvonda idman növü ilə məşqul olur. Avropa və Dünya çempionatlarının qalibi.
Hazırda Azərbaycan Respublikası Gömrük komitəsində işləyir.


Paşayev Niyaməddin Vaqif oğlu.
1980-ci ildə Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuşdur. Taekvonda idman növü ilə məşqul olur. Avropa və Dünya çempionatlarının qalibi.
Hazırda Azərbaycan Respublikası Gömrük komitəsində işləyir.


Hüseynov Seymur Əlizadə oğlu.
1976-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. Şotakan karate-do idman növü ilə məşqul olub. Avropa və Dünya çempionatlarının qalibi.
Hazırda Azərbaycan Respublikası Gömrük komitəsində işləyir.


Mahmudov Müşfiq Əli oğlu
1980-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olmuşdur. Şotakan karate-do idman növü ilə məşqul olub. Dünya çempionatlarının qalibi.
Hazırda Sumqayıt şəhərində Elektrik enerjisinin satışı idarəsində işləyir.


Abbasov İslam Azim oğlu
1996-cı ildə Qubadlı rayonunu Gürcülü kəndində anadan olub. Idmanın yunan-roma güləşi ilə məşğul olur. 2012-2013-2014-cü illərdə  keçirilmiş   Dünya çempionatlarında I yer tutaraq 3 dəfə dünya çempionu olmuşdur.

Əsədov Nahid Məhərrəm oğlu
1988-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Əvvəllər idmanın Kikboksin sonradan isə Tayboks növü ilə məşğul olub. 2002-ci ildə Kikboksin üzrə Dünya çempionatında II yer və 2004-cü ildə həmin idman növü üzrə keçirilmiş dünya çempionatında I yer tutmuşdur. 2009-cü ildə keçirilmiş Tayboks üzrə Dünya çempionatında III yer və 2014-cü ildə Taylanda  keçirilmiş Tayboks üzrə Dünya çempionatında Əsəsdov Nahid I yer tutaraq  2 dəfə dünya çempionu olmuşdur.

Rüstəmov Ruslan Nadir oğlu
1998-ci ildə Bakı şəhərində anadan olub. Qubadlı rayonunun Xanlıq kənd sakinidir.
İdmanın Boks növü ilə məşğul olur. 2012-2013-cü illərdə Azərbaycan çempionu olub. 2014-cü ildə keçirilmiş Beynəlxalq turnirdə I yer və 2014-cü ildə Anapa şəhərində keçirilmiş  Avropa çempionatında I yer tutmuşdur.

Ağayev Fərid Xanlar oğlu
1996-cı iləd Qubadlı rayonunun İşıqlı kəndində anadan olub. İdmanın Karate-do növü ilə məşğul olur. 2011-ci ildə keçirilmiş Dünya kubokunda III yer, 2012-ci ildə keçirilmiş Dünya çempionatında III yer, 2012-ci ildə keçirilmiş Dünya kubokunda I yer tutmuşdur.

Namazadə Vilayyət Taleh oğlu.
1996-cı ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub.
İdmanın Qol güləşi növü ilə məşğul olur. 2013-cü ildə keçirilmiş Avropa və Dünya çempionatlarında I yer tutmuşdur.

Səfərov Cahir Mübarək oğlu
1986-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.  Karate-do idman növü ilə məşğul olur.  2008-ci ildə keçirilmiş  Avropa çempionatında Səfərov Cahid II yer, 2009-cu ildə keçirilmiş Avropa çempionatında I yer, 2014-cü ildə keçirilmiş Avropa çempionatında III yeri tutmuşdur. tutmuşdur.

Qasımzadə Saday Sadiq oğlu
2006-cı ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayonunun Qayalı kənd sakinidir. İdmanın Sərbəs döyüş növü ilə məşğuldur. 2014-cü ildə  keçirilmiş Sərbəst döyüş növləri üzrə Dünya kubokunda  I yer və 2014-cü ildə keçirilmiş Dünya çempionatında I yer tutmuşdur.

Qasımov Natiq Arif oğlu
1978- ci ildə  Qubadlı rayonunun Qayalı kənd sakinidir. İdmanın Sərbəst döyüş növü ilə məşğuldur. 2014-cü 2014-cü ildə Bolqariyada keçirilmiş Sərbəst döyüş növləri üzrə Dünya kubokunda  I yer və 2014-cü ildə keçirilmiş Dünya çempionatında I yer  tutmuşdur

Həsənov Ruslan Fizuli oğlu
1984-cü ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. İdmanın Konfu Sando növü ilə məşğul olur. 2014-cü ildə keçirilmiş Respublika çempionatında III yer və 2014-cü ildə  keçirilmiş Dünya çempionatında Həsənov Ruslan III yer tutmuşdur.

Cəmilbəyli Xəyal Alhümbət oğlu.
1989-cu ildə Qubadlı rayonunu Alaqurşaq kəndində anadan olub. İdmanın BUDO növü ilə məşğul olur. 2010-cu ildə keçirilmiş Avropa çempionatında I yer və 2014-cü ildə  keçirilmiş Əlbəyaxa döyüş növləri üzrə Dünya kubokunda  I yer tutmuşdur.

Zamanov Yaqub Osman oğlu.
1988-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Əvəllər İdmanın Karate-do növü ilə məşğul olub, sonradan isə  Qaydasız döyüş növü ilə məşğul olur. 2008-ci ildə Karate üzrə keçirilmiş dünya çempionatında I yer, 2012-ci ildə keçirilmiş Qaydasız döyüş növü üzrə  Avropa çempionatında  I yer, 2013-cü ildə keçirilmiş Qaydasız döyüş üzrə dünya kubokunda I yer və 2014-cü ildə keçirilmiş Qaydasız döyüş üzrə Avropa çempionatında I yerləri  tutmuşdur.

Keçidlər