S Ə R Ə N C A M
Azərbaycan Respublikası Qubadli rayonu İcra hakimiyyəti başçısının
SƏRƏNCAMI
№ 1-1/06 12.02. 2016-cı il
“Ölkədə sahibkarlıgın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə baglı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayon icra hakimiyyətində qərargahın yaradılması barədə”
1. Rayonda sahibkarlıgın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılmasına kömək məqsədilə aşağıdakı tərkibdə Qərargah yaradılsın
Qərargahın sədri
Malik İsaqov - Rayon İcra hakimiyyətinin başçısı
Qərargahın üzvləri
- Allahverdi Haxverdiyev - İH başçısının müavini,sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
- Xoşqədəm Alıyeva - İH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
- Azər Qarayev - İHB aparatınn Hüquq şöbəsinin müdiri
- Rəşad Salmanov - İHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- Cəfər Ağayev - Rayon Məşğulluq Mərkəzinin direktoru
- Əhliman Qasımov - Rayon Vergilər şöbəsinin rəisi
- Cəlaləddin Məmmədov - DSMF Qubadlı rayon şöbəsinin müdir
- Fuad Bədəlov - Rayon Təhsil şöbəsinin müdiri
- Cəlal Ağayev - Rayon Statistika idarəsinin rəisi
- İlyas Süleymanov - RİH başçısın Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
2. Ölkə başçısının tapşırığında nəzərdə tutulmuş zəruri tədbirlərin operativliyini təmin etmək, yeni iş yerlərinin yaradılması, sahibkarlıgın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi sahəsində nəzərdə tutulmuş işlərin əlaqələndirilməsi məqsədilə (018) 655-07-26 nömrəli qaynar xətt yaradılsın.
3. Rayon Məşgulluq Mərkəzinə olunan müraciətlərin istiqamətlənməsi həyata keçirilsin, yerlərdə keçirilən əmək yarmarkalarına işsiz olan məcburi köçkünlərin cəlb edilməsi təmin edilsin.
4. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
Rayon İcra hakimiyyətinin başçısı: M.X.İsaqov