Katibliyinin yaradılması haqqında 2
Azərbaycan Respublikası
Qubadli rayonu İcra hakimiyyəti başçısının
SƏRƏNCAMI
№ 1-1/26 01 iyul 2017-ci il
Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının yaradılması haqqında Qubadlı rayon İcra hakimiyyəti başçısınını 10 fevral 2016-cı il tarixli 1-1/03 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının yaradılması haqqında Qubadlı rayon İcra Hakimiyyəti başçısınını 10 fevral 2016-cı il tarixli 1-1/03 nömrəli sərəncamında dəyişiklik edilməsi məqsədilə qərara alıram:
Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının yaradılması haqqında Qubadlı rayon İcra Hakimiyyəti başçısınını 10 fevral 2016-cı il tarixli 1-1/03 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bənddə Apellyasiya Şurasının sədri “başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Əliyev Sahib İbrahim oğlu” sözü “başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Haxverdiyev Allahverdi Sərxan oğlu” sözü ilə əvəz edilsin;
2. 1-ci bəndin 2-ci hissəsində Apellyasiya Şurasının üzvüləri tərkibində “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri-Həsənov Məhəmməd Həsən oğlu” sözü “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri-Salmanov Rəşad Çingiz oğu” sözü ilə, 4-cü hissəsində “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini - Haxverdiyev Allahverdi Sərxan oğlu” sözü “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini – Rzayev Cabir Nizami oğlu” sözü ilə, 5-ci hissəsində “İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi-Allahverdiyev İslam Əvəz oğlu” sözü “İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi-Quliyev Aqil Əhməd oğlu” sözü ilə əvəz edilsin.
İcra hakimiyyətinin başçısı: M.X.İsaqov