İcra Hakimiyyəti
Fəaliyyət
İşğal ərəfəsində rayonun 94 yaşayış məntəqəsində 6988 ədəd yaşayış evləri, 8 ədəd sənaye obyektləri, 1080 ədəd kənd təsərrüfatı obyektləri (texnika, nəqliyyat və s.), 7 ədəd məsçid, 650 km avtomobil yolları, 11 ədəd körpülər (avtomobil, və s.), 2 ədəd su anbarı, 150 km magistral su xətləri (kanallar), 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 6 ədəd rayon icra və hüquq mühafizə idarələri (bina, maşın-mexanizmlər, avadanlıqlar), 95 ədəd digər idarə və müəssiələr (bina, maşın və mexanizmlər, avadanlıqlar), 9 ədəd tikinti idarələri (bina, maşın və mexanizmlər, avadanlıqlar), 4 ədəd yol idarələri (bina, maşın və mexanizmlər, avadanlıqlar), 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyaları, 120 ədəd elektrik yarımstansiyaları və transformatorlar və s. var idi.
İşgaldan əvvəl rayon mərkəzində Əliquluşağı, Həkəri (Zəngilan rayonu) Xanlıq, Əyin, Fərcan, Mirlər, Dəmirçilər, Hərtiz, Çərəli, Muradxanlı, Qaracallı, Eyvazlı və Yuxarı Mollu ilə birləşdirən yeni asfalt və şose yollar çəkilmiş, köhnə yollar genişləndirilmişdir. Xanlıq-Yuxarı Mollu, Ulaşlı-Mahruzlu, Qəzyan-Xocahan və başqa kənd arası yollar öz əvvəlki görkəmini büs-bütün dəyişmişdir. Qubadlı-Dondarlı, Sariyataq-Padar, Qaralar-Mahruzlu, Teymur Müskanlı-Balahəsənli, Mahmudlu-Hacılı körpüləri həsrətli sahilləri bir-birinə qovuşdurduğu kimi, yolçulara da qol-qanad vermişdir. Səngər dağının səfalı bir güşəsində cənnət misallı Armudlu bağında tikilən ponsionat hamını sevindirmişdir. Qubadlılar öz sevimli qəsəbə və kəndlərində tikinti abadlıq işlərini həvəslə davam etdirirdilər…
Rayon ərazisindən keçən dəmir yolu olmamışdır. Qubadlı ərazisində 151 km dövlət yolu vardır. Bunlar Həkəri-Laçın, Zəngilan –Qubadlı, Хanlıq - Qubadlı, Qubadlı-Gorus yollarıdır. Bu yollar 3-cü –4-cü kateqoriyallı yollara aiddir.