İnfrastruktur
Poçt və Rabitə
Qubadlı rayon Rabitə Qovşağı
Ünvanı. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 55.
Marşrutlar. 7A, 7B, 4, 21, 24, 36
Əlaqə telefonu: (018) 648-33-92
Fax: (018) 648-10-56
Rəhbəri.
Quliyev Yusif Şahsuvar oğlu - 16 yanvar 1962-ci ildə Qubadlı rayonu, Qəzyan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitunu elektrik mühəndisi ixtisası üzrə bitirmişdir. 1992-ci ilin yanvar ayından Qubadlı rayon Rabitə qovşağının rəisi vəzifəsində işləyir.
Qubadlı rayon Rabitə Qovşağı işğldan əvvəl
Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından əvvəl rayonda 20 poçt şöbəsi fəaliyyət göstərirdi:
1. Mərkəzi poçt
2. Novlu poçt şöbəsi
3. Teymur Müskanlı poçt şöbəsi
4. Çardaxlı poçt şöbəsi
5. Mahmudlu poçt şöbəsi
6. Qayalı poçt şöbəsi
7. Fərcan poçt şöbəsi
8. Çərəli poçt şöbəsi
9. Hal poçt şöbəsi
10. Xocahan poçt şöbəsi
11. Xanlıq poçt şöbəsi
12. Mahruzlu poçt şöbəsi
13. Zilanlı poçt şöbəsi
14. Qaralar poçt şöbəsi
15. Muradxanlı poçt şöbəsi
16. Balasoltanlı poçt şöbəsi
17. Yuxarı Mollu poçt şöbəsi
18. Qaracallı poçt şöbəsi
19. Başarat poçt şöbəsi
20. Dondarlı poçt şöbəsi
Rayonda 14 avtomat telefon stansiyası (ATS) var idi.
1. Qubadlı şəhər 100/2000
2. Teymur Müskanlı 50/200
3. Çardaxlı 50/200
4. Qayalı 50/200
5. Çərəli 50/200
6. Hal 50/200
7. Xocahan MB-30
8. Xanlıq 100/2000
9. Mahruzlu 100/2000
10. Muradxanlı 50/200
11. Balasoltanlı 50/200
12. Yuxarı Mollu 50/200
13. Qaracallı 50/200
14. Dondarlı 50/200
İşğaldan əvvəl rayonun bütün kəndləri telefonlaşmışdı.
Mərkəzi poçtda aşağıdakı avadanlıqlar var idi:
ATS - 100/2000
Gücləndirici məntəqə
K-60-60 kanallı sıxlaşdırma avadanlığı
AZTS avadanlığı
Yarımavtomatika sexi
2 komplekt V-3-3 kanallı sıxlaşdırma avadanlığı
1 komplekt OV-12-12 kanallı sıxlaşdırma avadanlığı
7 komplekt İKM-15 kanallı sıxlaşdırma avadanlığı
6 komplekt KNK-12 kanallı sıxlaşdırma avadanlığı
Elektrik qida qurğuları sistemi
Akumlyator sexi
Şəhərlərarası danışıq məntəqəsi
Dizel generator sexi
Teleqraf sexi
2 komplekt ÇB-120 kommutator sexi
RP-500 tipli rabitə qovşağı
4 ədəd yük avtomobili
2 ədəd minik avtomobili
Bütün rayon ərazisini əhatə edən kabel və hava xətləri təsərrüfatı
193 ştat vahidi ilə çalışan Rabitə Qovşağının kollektivi rayon ərazisində hərbi və mülki rabitəni, o cümlədən respublika ilə rabitəni işğal saatlarına qədər saxlamağa müvəffəq olmuşlar.
Rayon ərazisi işğal olunarkən fəaliyyətdə olan işçilərin əmək kitabçaları və əmr kitablarından başqa bütün əmlak işğal zonasında qalmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon rabitə qovşağının 2 nəfər üzvü şəhid olmuşdur.
Qubadlı rayon Rabitə Qovşağı işğldan sonra
İşğaldan sonra Qubadlı rayon rabitə qovşağı öz fəaliyyətini Sumqayıt şəhərində qismən bərpa edərək davam etdirir. Hal hazırda 15 ştat vahidi ilə işləyən qovşağın kollektivi məcburi köçkün əhaliyə əsasən poçt xidməti göstərir.
Qovşağın 128 nəfər işçisinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.