Elanlar
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !
Koronavirus (COVİD-19) infeksiyasının qlobal pandemiya elan olunması ilə əlaqədar , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2020-ci il tarixli 1/384 nömrəli tapşırıq məktubunu nəzərə alaraq virusun yayılmasının qarşısını almaq və vətəndaşların virusa yoluxma təhlükəsizliyini təmin etmək məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalar müəyyən olunmuşdur:
- Vətəndaş müraciətləri yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirələcək.
-Səyyar qəbullar təxirə salınır.
-Vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər;
018-654-05-66 ; 050 (070) 313-58-79- Başçının Müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Allahverdi Haxverdiyev
018-655-78-39; 050-384-26-22- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəşad Salmanov
018-655-75-98; 050-358-97-96 – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Asəf Qasımov.
Xahiş edirik müraciətlərinizi İcra Hakimiyyətinin rəsmi elektron ünvanına (/feedback.html) ünvalayasınız.