Şriftin ölçüsü :

Saytın rəngi :

Katibliyinin yaradılması haqqında

Azərbaycan Respublikası Qubadli rayonu İcra hakimiyyəti başçısının

SƏRƏNCAMI

№ 1-1/04                                              10 fevral  2016-cı il

 

 

 

Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının

 Katibliyinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanında sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarını və qanunla qorunan maraqlarını  müdafiə etmək məqsədilə “Yerli İcra hakimiyyəti orqanlarında Apellyasiya Şurası”nın yaradılması qeyd edilmişdir. Həmin Fərmanla “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Fərmanını İcrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərancamı ilə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradlmışdır. Sərəncama uyğun olaraq Apellyasiya Şurasının fəaliyyətinin təşkil edilməsi üçün həmin Şuranın Katibliyinin yaradılması tapşırılmışdır. Bu məqsədlə rayon İcra Hakimiyyətinin Apellyasiyam Şurasının 10 fevral 2016-cı il tarixdə keçirilən iclasında qərar qəbul edilmişdir. Şuranın qəbul etdiyi qərara əsasən Katibliyin üzvülərinin təsdiq olunması üçün təklif verimişdir.

Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının fəaliyyətinin təşkil etmək  məqsədilə qərara alıram:

 

1. Rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarını və qanunla qorunan maraqlarını  müdafiə etmək məqsədələ yaradılmış Apellyasiya Şurasının fəaliyyətinin təşkili üçün  aşağıdakı tərkibdə rayon İcra hakimiyyətinin Apellyasiya Şurasının Katibliyi yaradılsın:

 

Katibliyin rəhbəri:  Asəf Qasımov  - İHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri                                                                                                     

Katibliyin tərkibi

 1.Rafiz Nəcəfov  -İHB aparatının Hüquq şöbəsinin  məsləhətçisi

2.Vüsal Fətəliyev -İHB aparatının Sənədlərlə və vətəndaşların  müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

                                              

2. Apellyasiya Şurasının Katibliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati İcraat haqında “Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”ni və rayon İcra hakimiyyətinin Apellyasiya Şurasının sədrinin tapşırıqlarını rəhbər tutur (əlavə olunur).

3.  Apellyasiya Şurasının Katibliyinə tapşırılsın ki, Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri vaxtında həyata keçirsinlər.

4. Şuranın işinin təşkil edilməsi, iclaslarının keçirilməsinə  nəzarət Şuranın sədri, rayon İH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Sahib Əliyevə tapşırılsın.

          

 

    İcra hakimiyyətinin başçısı:                          M.X.İsaqov

 

Keçidlər