Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının yaradılması haqqında

 

Azərbaycan Respublikası Qubadli rayonu İcra hakimiyyəti başçısının         SƏRƏNCAMI

 

 

   1-1/03                                                       10 fevral  2016-cı il

 

Qubadlı rayon İcra Hakimiyyətində Apellyasiya

 Şurasının yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanında sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarını və qanunla qorunan maraqlarını  müdafiə etmək məqsədilə “Yerli İcra hakimiyyəti orqanlarında Apellyasiya Şurası”nın yaradılması qeyd edilmişdir. Həmin Fərmanla “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

Bu məqsədlə rayon İcra hakimiyyətlərində “Apellyasiya Şurası”nın yaradılması qərara  alınmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarını və qanunla qorunan maraqlarını  müdafiə etmək məqsədələ aşağıdakı tərkibdə rayon İcra hakimiyyətinin Apellyasiya Şurası yaradılsın:

 

Şuranın sədriSahib Əliyev - İH başçısının müavini, Soail-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri 

 Şuranın üzvüləri:

1.Azər Qarayev  -İHB aparatının Hüquq şöbəsinin müdiri

2.Məhəmməd Həsənov  - İHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  müdiri

3.Etibar İsmayılov  - İHB aparatının Memarlıq və tikinti şöbəsinin məsləhətçisi

4.Allahverdi Haxverdiyev  - İHB aparatının Soail-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini 

5. İslam Allahverdiyev  - İHB aparatının İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin baş məsləhətçisi

6.Telman Cabbarov  - İH başçısının Zilanlı kənd inzibati ərazi  dairəsi  üzrə nümayəndəsi

                                              

2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati İcraat haqında “Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”ni rəhbər tutur (əlavə olunur).

3.  Apellyasiya Şurasına tapşırılsın ki,  şuranın iclasını keçirsin və şuranın katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı təklif versin.

4.  Şuranın işinin təşkil edilməsi, iclaslarının keçirilməsinə  nəzarət Şuranın sədri, rayon İH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Sahib Əliyevə tapşırılsın.

           

 

    İcra hakimiyyətinin başçısı:                         M.X.İsaqov

 

Keçidlər