Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər idi. Əhalisi azərbaycanlılardan ibarəтdir.
Rayon əhalisi 93 кənddə və rayоn mərкəzi оlan Qubadlı şəhərində məsкunlaşmışdı. Əsas əhali kəndlərdə yaşayırdı. Əhalinin orta sıxlığı 1 kvadratkilometrə 37 nəfər idi. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləridir.

İşğaldan sonra
Hazırda rayonun əhalisi 40 095 nəfərdir (01.01.2024-cü ilə оlan мəlumat).
Rayonun əhalisi respublikamızın 41 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir.
Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.

 

Keçidlər