Rayon haqqında
Tarixi
Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur.
Ərazisi 802 kvadratkilometrdir.
Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.
Qısa tarixi arayış
(Məlumatın hazırlanması zamanı “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” (AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, 2013) kitabından istifadə olunmuşdur).
Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi –etnoqrafik bölgələrdən biridir. Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) xeyli sayda təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir. İbtidai insan düşərgələri olan belə mağaralar sonralar müqəddəsləşdirilmişdir.
Ümumiyyətlə, Qubadlı rayonunun ərazisində Son Tunc –İlk Dəmir dövrünə aid aşağıdakı abidələr qeydə alınmışdır: “Xırman yeri” adlı yaşayış məskəni (Qubadlı şəhəri), Koroğlu qalası (Əliquluuşağı kəndi), Qalaça (Əliquluuşağı kəndi), Maltəpəsi (Muradxanlı kəndi).
Tarixi qaynaqlarda Qubadlı rayonunun Həkəri kəndinin adına erkən orta əsr mənbələrində rast gəlinir.
IX əsrin II yarısında Xilafətin parçalanmasından sonra Azərbaycanda qədim dövlətçilik ənənələrinin bərpasına şərait yarandı. Həmin əsrin sonlarında mərkəzi Marağa olan Sacilər dövləti öz sərhədlərini Araz çayından şimala doğru genişləndirərək 897-ci ildə Sünik vilayətini ələ keçirdi və bununla da Zəngəzur-Qubadlı bölgəsi Sacilərin nəzqrətinə keçdi.
941-981-ci illər arasındakı dövrdə əksər Azərbaycan torpaqları, o cümlədən Zəngəzur Salarilər dövlətinin hakimiyyəti altında olmuşdu. X əsrin sonu, XI əsrin əvəllərində bu bölgə mərkəzi Gəncə olan Şəddadilər dövlətinin tərkibində idi. Səlcuqilərin hökmranlığı dövründə Qubadlı bölgəsi bu dövlətin təsir dairəsində idi. Sonrakı dövrdə Atabəylər dövlətinin tərkibində olmuşdur.
Tarixçilərin məlumatına görə monqolların Azərbaycana birinci yürüşü zamanı Zəngəzurda qarət və qətllər törədildi, sonrakı yürüşlər zamanı Azərbaycanın digər əraziləri kimi, Zəngəzur (Qubadlı) bölgəsi də ələ keçirilərək 1256-cı ildə yaradılmış Elxanilər dövlətinin tərkibinə qatılır.
1357-ci ildə Qarabağa yürüş edən Şirvanşah Kavusla Çobani əmiri Əxicuq arasında baş verən böyük qarşıdurma zamanı əsas hərbi əməliyyatlar Zəngəzur (Qubadlı) ərazisində baş vermişdi.
XIV əsrin sonlarında Qızıl Orda xanı Toxtamışın, sonrakı illərdə Əmir Teymurun və varislərinin Azərbaycana yürüşləri zamanı qarət edilərək talan olunan bölgələr arasında Zəngəzur (Qubadlı) da var idi.
Zəngəzur (Qubadlı) bölgəsi XV- XVIII əsrlərdə Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mühüm regionlarından olmuşdur: “XIII-XIV əsrlərdə olduğu kimi, bu dövrdə də Zəngəzurun Bərgüşad mahalının sosial-iqtisadi və siyasi durumu heç də ürəkaçan olmamışdır. Uzunmüddətli müharibələr Zəngəzur mahalından da yan keçməmişdi. Digər tərəfdən, Azərbaycan hökmdarlarının ağır vergi siyasəti də bölgədə ciddi demoqrafik proseslərin baş verməsinə gətirib çıxarmışdı. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi şahlarının qeyri-müsəlmanlara, xüsusilə də Zəngəzur və Qarabağın xristian din xadimlərinə lüberal münasibəti və himayədarlıq siyasəti bölgədə nəzərəçarpacaq dərəcədə etno-konfessional dəyişikliklərlə müşayiət olunmuşdu. Məhz bu dövrdə Zəngəzur və Qarabağın qriqorianlaşmış xristian alban əhalisi əhalinin mülklərini, torpaqlarını satın almaqla kilsənin mülkiyyətinə çevirməyə çalışmışdır. Azərbaycan hökmdarlarının yerli xrstian əhaliyə himayədarlıq siyasəti qeyri-müsəlman əhalini itaətdə saxlamaq və Avropa dövlətləri ilə diplomatik əlaqələrin yaranmasında onlardan vasitəçi kimi istifadə etmək maraqları ilə bağlı idi. Lakin onlar belə bir siyasətin hansı nəticələrə gətirib çıxaracağını yetərincə dərk etməmişlər. Bu az imiş kimi, Səfəvi-Osmanlı savaşları dövründə Zəngəzur əhalisi Səfəvi şahlarının təbəəsi olaraq qızılbaş və şiə olduqlarına görə osmanlılar tərəfindən təqiblərə məruz qalmışdır”.
Qubadlı və Zəngilan rayonlarının ərazisi Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Bərgüşad mahalına daxil olmuşdur.
XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin tənəzzülündən istifadə edən Rusiya və Osmanlı imperiyaları bu dövlətin xeyli ərazilərini ələ keçirərək 1724-cü il İstanbul müqaviləsi ilə öz aralarında bölüşdürmüşdülər. Bu zaman Qubadlının da daxil olduğu Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisi osmanlıların nəzarəti altına verilmişdi.
XVIII əsrin birinci yarısında indiki Qubadlı bölgəsinin də tərkibinə daxil olduğu Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisində əsrin ortalarında iki xanlıq – Gəncə və Qarabağ xanlıqları meydana gəldi. İndiki Qubadlı bölgəsi Qarabağ xanlığının tərkibinə daxil oldu. Qubadlı bölgəsi Osmanlı istilası dövründə, əsasən, iki inzibati- ərazi vahidinin – Bərgüşad və Həkəri nahiyələrinin tərkibinə daxil idisə, xanlıqlar dövründə bu bölgə Qarabağ xanlığının üç mahalı - Qaraçorlu, Bərgüşad və Püsyan mahallarının arasında bölüşdürülmüşdü. Bərgüşad mahalı Araz şayının sol sahilində, Qarabağ xanlığının cənub-qərb hissəsində, Qaraçorlu mahalı Bərgüşad mahalından şimal-qərbdə, Püsyan mahalı isə Bərgüşad mahalından cənub qərbdə, Araz çayının sol sahilində yerləşirdi. Əlbəttə, indiki Qubadlı rayonunun xanlıqlar dövründə mövcud olmuş Qaraçorlu, Bərgüşad və Püsyan mahallarının ərazilərini tam əhatə etdiyini söyləmək olmaz. Çox güman ki, bu mahalların ərazilərinin ayrı-ayrı hissələri Qubadlı rayonu ilə yanaşı, onunla qonşu olan Zəngilan, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının da payına düşmüşdür. Bununla belə, həmin mahalların ərazilərinin xeyli hissəsinin Qubadlı rayonunun ərazisinə daxil olması heç bir şübhə doğurmur.
Qubadlının daxil olduğu Bərgüşad mahalı 1840-cı il inzibati-ərazi islahatlarına qədər Qarabağ əyalətinin tərkibində qaldı. 1941-ci ilin əvvəllərindən bu əyalətin yerində Xəzər vilayətinin tərkibində əvvəlcə Qarabağ, sonra usə Şuşa qəzası yaradıldı. 1846-cı ildə Xəzər vilayəti Şamaxı quberniyasına çevrilir, zəlzələdən sonra isə mərkəz Bakıya köçür və bu quberniya Bakı quberniyası adlanır. 1868-ci ilədək Zəngəzur, o cümlədən Qubadlı, Şuşa qəzasının tərkibində bu quberniyaya daxil idi.
XIX əsrin sonlarında isə Zəngəzur qəzası Tiflis, Bakı və İrəvan quberniyaları hesabına yaradılmış Yelizvetpol quberniyasının tərkibinə daxil idi. Qəza əhalisi, əsasən, avtoxton Azərbaycan türkləri, rus hakimiyyət orqanlarının 1828-1829-cu illərdə Qacarlar səltənətinin Qaradağ, Gərməli, Xoy və Səlmas bölgələrindən köçürdüyü ermənilər, Sisian mahalının Bazarçay kəndinə gətirilmiş rus təriqətçiləri və Qarabağın alban əhalisinin qalıqlarından ibarət idi.
XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi dövlətdən biri 1882-ci ildə Qubadlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandırılmışdı. Qubadlı kəndi XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer oldu: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda fəaliyyətə başladı.
Qubadlı bölgəsi XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan elminə ictimai fikrin bir neçə sayılıb-seçilən şəxsiyyətini bəxş etmişdir. Bunların arasında filosof Hacı Mirhəmzə Əfəndi Seyid Nigarini, tanınmış tarixçi Mirmehdi Xəzanini göstərmək olar.
Qubadlı bölgəsi çarizmə qarşı xalq azadlıq hərəkatının əsas mərkəzlərindən biri olmuşdur. Qubadlının Aşağı Mollu kəndində anadan olmuş Qaçaq Nəbinin başçılığı ilə qaçaqlar uzun müddət ərzində hökümətə, haqsızlığa və zülmə qarşı mübarizə aparmışlar.
20-ci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1905-1906, 1918-1920-ci illər).1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər. Arxiv sənədləri göstərir ki, “Hnçaq” və “Daşnaksutyun” kimi erməni terror təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində iş aparırdılar. 1895-1896-cı illərdə Şərqi Anadoluda çar Rusiyası və Avropa dövlətlərinin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqaza, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Bununla belə, XX əsrin əvvəllərində Yelizavetpol (Gəncə) quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. 1905-1906-cı illər qırğınları ərəfəsində Zəngəzur qəzasında mövcud olmuş 406 yaşayış məntəqəsindən 314-də azərbaycanlılar yaşamışlar. Torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində idi. Erməni təşkilatları isə bütün bu mülkləri ələ keçirmək üçün hazırlıq işləri görürdülər. Zəngəzur qəzasında ermənilər tərəfindən ilk qırğınlar 1905-ci ilin iyun ayında törədildi. Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında 200-dən artıq azərbaycanlı yaçayış məntəqəsi viran edilmiş, əhalisi soyqırımına məruz qalmışdır. Həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın və qətllər haqqına müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” (Bakı, 1993), Mirzə Rəhim Fənanın “1905-ci il hadisəsi”, M.S.Ordubadinin “Qanlı illər” (Bakı, 1911) kitablarında məlumatlar verilmişdir. Erməni müəlliflərindən əsərlərini “A-do” imzası ilə çap etdirən Hovannes Ter-Martirosyanın “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, erməni dilində), S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illərdə törədilən qırğınların əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktiki materiallar baxımından mühüm əhəmiyyət kəsb edir.Ermənilərin 1917-ci ildən başlayan kütləvi vəhşilikləri və terror aktları Qubadlı rayonuna aid olan kəndləri də öz ağuşuna aldı. Ermənilər təkcə 1917-ci il və 1918-ci ilin əvvəllərində Zəngəzurda 109 kəndi dağıtmışlar. AXC dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun 1918-ci ildə hazırladığı məruzədə ermənilər tərəfindən Zəngəzur qəzasında dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi ki, onların bir çoxu (Xələc, Xocahan, Tatarkənd, Fərcan) Qubadlı bölgəsinə aid idi. Zəngəzurdakı qırğınlara Andronik, Dəli Qazar, Dro, Njde kimi türk qanlna susamış erməni zabitləri rəhbərlik edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzası 5 polis sahəsindən ibarət idi. İndiki Qubadlı rayonuna aid olan kəndlərin əksəriyyəti III polis sahəsinə (mərkəzi Dondarlı kəndi idi), bir neçəsi isə II və IV polis sahələrinə daxil idilər.
Azərbaycanda Sovet Sosialist Respublikası adlandırılan hökümətin qurulduğu ilk dövrlərdə də Zəngəzurun (Qubadlı bölgəsinin) başının üstündən qara buludlar çəkilmədi.
Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir.
Hələ 1919-cu ildə Qubadlı qəzası yaradılmışdır. By qəzanın əraziləri Cəbrayıl və Şuşa qəzaları ilə həmsərhəd idi. 1922-ci ildə Qubadlı qəzası ləğv edilərək Cəbrayıl-Şuşa qəzasına birləşdirilib.30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılmış, bu zaman I, II və III kateqoriyalı rayonlar yaradılmışdır. Həmin qərarla yaradılan I kateqoriyalı rayonlara 22 rayon daxil idi ki, onlardan da 1-i (sıra ilə 11-ci) Qubadlı rayonu idi. Qubadlı kəndi rayonun mərkəzi olub.
1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur. Bu zaman Qubadlı rayonunun tərkibindəki kəndlər aşağıdakı 18 Kənd Şurasına daxil edilmişdi:
1. Başarat kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Başarat (mərkəz), Dəşdahat, Əmidıx, Hat.
2. Çərəli kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Çərəli (mərkəz), Ağbis, Ballıqaya, Boynəkər, Mollalı, Xanməmmədli.
3. Fərcan kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Fərcan (mərkəz), Göyyal, Mirallı, Saldaş, Zor.
4. Döndərli (indi Dondarlı) kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Döndərli (mərkəz), Dəmirçilər, Mazıtlı, Mirlər, Poladlı, Qalacıq, Saray.
5. Həmzəli kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Həmzəli (mərkəz), Çaytumas, Əfəndilər, Yusifbəyli.
6. Məmmədli kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Məmmədli (mərkəz), Aşağı Cibikli, 1-ci Cibikli, 2-ci Cibikli, Cılfır, Göyərabas, Mistan, Qaraqışlaq, Seytas, Xallava.
7. Mollabürhan kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Mollabürhan (mərkəz), Sarıyataq.
8. Muradxanlı kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Muradxanlı (mərkəz), Həkərli, Qışlaq, Xəndək.
9. Novlu kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Novlu (mərkəz), Davudlu, Eyvazlı, Gürcülü, Məzrə, Qədirli.
10. Qarağac kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Qarağac (mərkəz), Qaracallı.
11. Qarakişilər kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Qarakişilər (mərkəz), Korlar, Şıxoba.
12. Qəzyan kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Qəzyan (mərkəz), Aşağı Mollu, Yuxarı Mollu, Hal, Məmər, Müskanlı, Rəşidli.
13. Qubadlı kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Qubadlı (mərkəz), Gödəklər, Mahmudlu, Qayalı.
14. Teymur Müskanlı kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Teymur Müskanlı (mərkəz), Abdalanlı, Balahəsənli, Bəxtiyarlı, Əliquluuşağı, Ləpəheyranlı, Məlikəhmədli, Qundanlı.
15. Xanlıq kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Xanlıq (mərkəz), Alaqurşaq, Mahruzlu, Muğanlı.
16. Xələc kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Xələc (mərkəz), Çardaxlı, Əyin, Qaraçanlı, Hacılı, Qarağac, Tarovlu.
17. Xocahan kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Xocahan (mərkəz), Əbilcə, Altıncı, Hüseyinuşağı, Qaralar, Qazlıq, Qılıclı, Tinli, Ulaşlı.
18. Xocik kənd şurası. Şuranın əhatə etdiyi kəndlər: Xocik (mərkəz), Balasoltanlı, Binədərəsi, Mərdanlı, Padar, Qaraimanlı, İşıxlı.
04.01.1963-cü ildə Qubadlı rayonu bir daha Zəngilan rayonu ilə birləşdirilmiş, 1 il sonra 17.06.1964-cü ildə yenidən ayrılmışdır.
Qubadlının ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, son zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xətti ilə mühafizə olunan 50-yə qədər abidə qeydə alınmışdı. XIV –XIX əsrə aid olan türbələr, qalalar, bulaqlar, körpülər, səngərlər, daşdan yonulma qoç və at heykəlləri, məscidlər tarixi mədəniyət abidələri kimi dövlət tərəfindən qorunan abidələrin sırasında idi.
Saray, Poladlı, Хocamsaхlı, Çardaхlı kəndləri ərazisində kеçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istеhkam qalaçalar ayrı-ayrılıqda VII-IХ əsrlərə aid еdilsə də, əslində bu istеhkam qalaçalar b.е.ə. I yüzillikdə Atropatеna və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid kеşikçi-gözətçi məntəqələr sistеminin tərkib hissəsidir.
“Qubadlı” toponiminin özü də Qubadlının qədim tarixi ilə bağlı məsələlər içərisində maraq doğurur. “Qubadlı” yer adına ilk dəfə İkiçayarası (Mesopotomiya) bölgəsindəki mixi yazılarda rast gəlinir.
“Qubadlı” adının qızılbaş-şahsevən tayfaları ilə bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrə əsasən onların burada məskunlaşması Səfəvi şahı I Şah Abbasın buraya səfəri dövrünə təsadüf edir. Həmin dövrdə şahsevən tayfası Azərbaycanın hər iki hissəsində (əsasən Muğan düzündə) yaşayırdı. M. V. Vəliyevin (Baharlının) yazdığına görə, şahsevən tayfalarının bəydili nəsli var idi. Bəydili nəslinin tərkibində Cilovlu, Cəyitli, (Çakırlı) və Kobadlı oymaqları yaşayırdı.
Mənbələrin təhlili nəticəsində “Kobatlı” “Qubadlı” yer adının bəydili nəsli ilə əlaqələndirilməsi bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi.
Rayon mərkəzində maraqlı еksponatlar toplanmış tariх-diyarşunaslıq muzеyi fəaliyyət göstərirdi.
Rayonda 70-80-ci illərdə də bir sıra abidələr inşa olunmuşdu. Bunlara "Fərhad və Şirin" bulağı, "Cеyran" bulağı, Хalq qəhrəmanları Qaçaq Nəbinin və Həcərin abidələri, 1941-1945-ci illər müharibəsində həlak olanların хatirəsinə, 20 yanvar faciəsi zamanı şəhid olanların хatirəsinə həsr olunan abidə komplеksləri aiddir.
Qubadlı 1941-1945-ci illərdə
1941-1945-ci illər müharibəsinin məhrumiyyətləri və çətinlikləri Qubadlı rayonundan da yan keçməmişdir. Müharibənin ilk günlərindən cəsur Azərbaycan övladlarının sıralarında ön cəbhəyə yüzlərlə qubadlılı yollandı. Müharibə illərində Qubadlı rayonundan 3500 nəfərə qədər insan döyüşən cəbhəyə getmiş, onlardan yalnız 1500 nəfəri sağ qayıtmışdır.
Kənd əməkçilərimiz müharibənin çətinliklərini öz çiyinlərində daşımış, böyük qəhrəmanlıqlar göstərmişlər. Müharibə illərində kənd təsərrüfatında çalışan insanlarımız gecəli gündüzlü işləyərək cəbhəyə kənd təsərrüfatı məhsulları- çəltik, ət, yumurta və s., eləcə də əsgərlərə isti geyimlər toxuyub göndərilməsi işlərində fəal olmuşlar. Arxa cəbhədə çalışan yüzlərlə Qubadlı sakini müxtəlif orden və medallarla təltif olunmuşlar.
Yüksək məhsuldarlığa görə 1941-45-ci illərdə rayon çəltikçiləri o vaхtkı Sovеtlər Birliyinin dəfələrlə yüksək mükafatlarına layiq görülmüşdür. Ən başlıcası isə qıtlıq illərində yеrli əhali korluq çəkməmiş, qonşu rayonların əhalisinə də taхıl məhsulları ilə kömək göstərmişdir.
Bəzi faktlara müraciət edək.
“Qubadlı rayonunun Qubadlı kəndindən olan komsomolçu Əli Abbas oğlu Məmmədov şəxsən 23 façist məhv etmiş, yaralandığına baxmayaraq döyüş meydanını tərk etməmişdir”.
“Bakinski raboçiy” qəzeti, 24 iyul 1943-cü il.
“Qubadlılar dövlətə 45.000 puddan çox əla növ taxıl təhvil vermişlər. Bundan əlavə gələn ilin tədarükü hesabına rayon qəbul məntəqələrinə 8500 puddan çox çəltik və buğda göndərmişlər”.
“Bakinski raboçiy” qəzeti, 21 dekabr 1943-cü il.
“Qubadlı rayonunun kolxozçuları Stavropollular fonduna 200.000 manat pul, 220 sentner taxıl və başqa kənd təsərrüfatı məhsulları toplamışlar. Bundan əlavə Stavropol ölkəsinə göndərmək üçün 60-dan çox qoyun ayırmışlar”.
“Bakinski raboçiy” qəzeti, 6 noyabr 1943-cü il.
Qubadlı ermənilərlə mübarizədə.
Ötən əsrdə Qubadlı dəfələrlə Еrməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.
1993-cü ilin avqustun 31-də isə rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.
Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. O cümlədən mülki şəhidlərin 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri qoca, ahıl yaşlı insanlardır.
66 ailənin başçısı şəhid olub.
204 nəfər hərbiçi, 69 nəfər mülki şəxs əlil olmuşdur. Əlillərdən 12 nəfəri uşaqdır.
1 şəhər, 93 kənd, 6988 yaşayış evi, 8 sənaye və 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 74 təhsil, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 48 kənd təsərrüfatı, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalmışdır.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.
Ümumilikdə 1,5 milyard dollar həcmində maddi ziyan dəymişdir.
İşğaldan əvvəl rayonda müxtəlif təyinatlı (istehsal, təhsil, mədəniyyət, səhiyyə, icra, xidmət və s.) 600-dən yuxarı idarə, müəssisə və təşkilatları fəaliyyət göstərirdi.
İşğaldan sonra isə rayonda 36 təhsil, 3 səhiyyə, 6 mədəniyyət müəssisəsi, 25 digər idarə, müəssisə və təşkilatlar fəaliyyətlərini bərpa etmişlər.
Qubadlıda kimlər rəhbərlik edib.
Qubadlı rayonunun daxil olduğu qəza rəhbərləri haqqında aşağıdakılar məlumdur.
Qəza partiya komitəsinə ilk dəfə rəhbərlik edən İsmayıl Şəfiyev bu vəzifədə 1923-cü ilin avqustun 10-dan 1925-ci ilin mayınadək çalışıb.
1925-ci ilin mayından 1928-ci ilədək həmin vəzifədə aşağıdakı şəxslər işləmişdir:
Əli Səttar oğlu İbrahimov
Əsəd Qarayev
R. Hüseynov
İbrahimxəlil Məmməd oğlu Eminov .
1928-1930-cu illərdə rəhbər vəzifədə Feyzulla Abbasov olub.
Qubadlı rayon kimi təşkil olunandan sonrakı dövrdə rəhbər vəzifədə aşağıdakılar olmuşlar:
1930-cu ildə bir neçə ay - Abbas Ağalarbəy oğlu Sultanov
1895-ci il martın 9-da Zəngəzur qəzasının Qubadlı kəndində anadan olub. Ibtidai təhsilini Qubadlıda alıb. Gorusda “Kişi Gimnaziyasını”nı bitirib və Kiyev Universitetində təhsil alıb. Bir sıra vəzifələrdə çalışan Abbas Sultanov ərzində Qubadlı rayon partiya komitəsinn ilk katibi olub.
1931-32-ci illərdə - Niyaz Muxtar oğlu Əliyev
1904-cü ildə Bakının Corat kəndində doğulub. O, 1931-32-ci illərdə Qubadlı rayon partiya komitəsinə rəhbərlik edib.
1933-35-ci illərdə - Süleyman Lütfəli oğlu Kərimov
1902-ci ildə İranın Sərab şəhərində dünyaya göz açıb. Partiya təhsili alıb. Ilk dəfə Salyan rayon partiya komitəsində, daha sonra, 1933-35-ci illərdə Qubadlı rayon partiya komitəsinin katibi vəzifəsində işləyib.
1935-37-ci illərdə - Əhməd Mirzə oğlu Nadirşin
1893-cü ilin oktyabrında Penza quberniyasında dünyaya gəlib. Milliyətcə tatardır. O, 1935-37-ci illərdə Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
1937- 1941-ci illərdə - Kərim Adıgözəl oğlu Kərimov.
1907-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Eyvazlı kəndində doğulub. K. Kərimov 1937-ci ildə oktyabr ayından 1941-ci ilə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub
1941- 1948-ci illərdə - Iman Nəcəfqulu oğlu Məmmədov.
1910-cu ildə Zəngəzur qəzasında (Qubadlı) Çardaqlı kəndində dünyaya göz açıb, 1932-ci ildə Şuşa Pedoqoji məktəbini, 1950-ci ildə Pedoqoji İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışan İ.Məmmədov 1941-ci ilin fevralından 1948-ci ilin avqustuna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çaılışıb.
İ.Məmmədov “Lenin” (1943-cü il) və “Şərəf nişanı” (1966-cı il) ordenləri ilə təltif olunub.
1948- 1951-ci illərdə - Mirağa Əli oğlu Əliyev.
1912-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Çardaqlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Unversitetinin fizika-riyaziyyat fakultəsini bitirib. 1941-1945-ci illər müharibəsində komissar olub. Bir sıra partiya və hərbi işlərdə, sonra təhsil sahəsində çalışıb, elmlər doktoru elmi adı alıb.
M. Əliyev 1948-ci ilin mayından 1951-ci ilin aprelinə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsini daşıyıb.
1951- 1954-cü illərdə - Atlıxan Paşa oğlu Cahangirov
1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
1954- 1958-ci illərdə - Allahverdi Xanməmməd oğlu Zeynalov
1920-ci ildə ildə Zəngəzur qəzasının (Qubadlı) Həkəri kəndində anadan olub. Şuşa Pedoqoji məktəbini və Pedoqoji İnstitutunu bitirib. Təhsil və partiya sahəsində işləyib. 1954-cü ilin iyun ayından 1958-ci ilin yanvarına kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
1958- 1962-ci illərdə - Səlim Hacı oğlu Səlimov
1922-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. Ağdamda 6 №-li orta məktəbi və sonra hərbi məktəbi bitirib. Onun əmək fəaliyyəti hərbi xidmətdə, daxili işlər orqanlarında və partiya işində keçib. O, 1958-ci ilin dekabrın 15-dən 1962-ci ilin martın 31-ə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində fəaliyyət göstərib.
1962- 1963-cü illərdə - Firuzə Məmməd qızı Məmmədova
1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
1963- 1965-ci illərdə - Əli Abbas oğlu Əliyev
1920-ci ildə Gədəbəyin Arxdam kəndində anadan olub. M.Ə. Sabir adına pedoqoji məktəbi və ali partiya məktəbini bitirib. Müxtəlif regionlarda istehasalatda və partiya işində çalışıb. 1963-65-ci illərdə Qubadlını Zəngilan rayonu ilə birləşdirəndə rayon mərkəzi Zəngilan şəhərində yerləşir və o vaxt mərkəzin qərarı ilə rayon rəhbərlərinin vəzifəsi – Kolxoz-sovxoz istehsalat idarəsinin partiya komitəsinin katibi adlanır. Həmin vəzifə isə Ə.Əliyevə həvalə olunub.
1965- 1970-ci illərdə - Kamal Əlibala oğlu Ağayev.
1930-cu ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. Azərbaycan Dövlət Universitetnin (Bakı Dövlət Universiteti) Şərqşunaslıq fakultəsini bitirib. Neçə illər komsomol və partiya işində çalışıb. 1965-ci il fevralı 9-dan, 1970-ci il iyunun 24-ə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
1970- 1980-ci illərdə - Məsudə Hümmət qızı Rüstəmova.
1932-ci il aprelin 30-da Qubadlı rayonunun Novlu kəndində anadan olub. Ali partiya məktəbində təhsil alıb. Bir sıra vəzifələrdə çalışıb və 1970-ci il aprelin 17-dən 1980-cı il yanvarın 5-nə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi işləyib.
1980- 1985-ci illərdə - Zöhrab Əsəd oğlu Məmmədov
1941-ci il fevralın 15-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Azərbaycan Kənd təsərrüfatı Akademiyasını, Moskva Ali Partiya Məktəbini bitirib. Bir sıra rəhbər vəzifələrdə çalışan Zöhrab Məmmədov 1980-ci il yanvarın 5-dən 1985-ci il yanvarın 5-nə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi işləyib.
1985- 1991-ci illərdə - Şahsuvar Əlyar oğlu Yəhyayev
1932-ci il Qubadlı rayon Qaralar kəndində anadan olub. Gəncədə Kənd Təsərrüfatı İnstitutunu və Ali Partiya Məktəbini bitirib. Ş. Yəhyayev bir sıra partiya vəzifələrində çalışandan sonra, 1985-ci il yanvarında 1991-ci ilin oktyabr ayına kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi, rayon sovetinin sədri işləyib.
1991- 1992-ci illərdə - Hüseyin Qulam oğlu Əsədov
1947-ildə Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fililogiya fakültəsini bitirmiş, məktəb direktoru, kolxoz sədri vəzifələrində çalışmışdır. 1991-ci il oktyabr ayının 30-dan 1992-ci il may ayının 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir.
1992 may - oktyabr - Baxış Hüseynov
Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-cü ildə Qubadlıda orta məktəbi bitirib. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda təhsil alıb. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda təhsil alıb. 1991-ci il may ayının 22-dən oktyabr ayınadək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir.
1992– 1993-cü illərdə - Elxan Piri oğlu Nuriyev.
Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Xarkovda İnstitut bitirib. 1992-ci il oktyabr ayından 1993-cü ilin avqust ayının 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir.
1993- 1995-ci illərdə - Hüseyin Qulam oğlu Əsədov.
Təkrarən 1993-cü il avqust ayının 22-dən 1995-ci il may ayının 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir.
1995- 2001-ci illərdə - Əvəz Orduxan oğlu Hüseynquluyev.
1950-ci ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 1995-ci il may ayının 22-dən 2001-ci il sentyabr ayının 8-dək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir.
2001- ci ildən hal hazıra qədər - Malik Xizir oğlu İsaqov.
26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1970-ci ildə Hal kənd orta məktəbini,1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışmışdır. 1984-2001-ci illərdə zavodun direktoru olmuşdur. 2001-ci il sentyabr ayının 8-də Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Aşağıdakı şəxslər Qubadlı rayon Xalq deputatları soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişlər:
1925-1933 - Göyüş Qulaməli oğlu Məmmədov
1898—ci ildə indiki Qubadlı rayonunun Qundanlı kəndində anadan olmuşdur. 1925-1933-cü illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1933- 1935 - İbrahim Məmmədov
1935-1939 - Oruc Ağakişiyev
1939-1940 - Adığözəlov Salam Zeynal oğlu
1898-ci ildə indiki Qubadlı rayonunun Davudlu kəndində anadan olmuşdur. 1939-1940-cı illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1940-1948 - Cahangirov Muradxan Paşa oğlu
Muradxan Cahangirov 1919-cu ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qubadlı kənd məktəbində müəllim kimi başlayan Muradxan Cahangirov müxtəlif vəzifələrdə işləmiş, 1940-1948-ci illərdə Qubadlı rayon Zəhmətkeş (sonralar Xalq) deputatları soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
1948-1950 - Süleyman Babayev
1950-1952 - Atayev Misirxan Əli oğlu
1914-cü ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. 1951-1952-ci illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1952-1953 - Əhməd Hüseynov
1953-1954 - Ələkbərov Qaçay Məcid oğlu
1918-ci ildə indiki Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdur. 1953-1954-cü illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1954-1956 - Hacıyev Həsən İsmayıl oğlu
Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1954-1956-cı illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1956-1963 - Salayev Məhəmməd
1911-ci ildə Qubadlı rayonunun Boynəkər kəndində anadan olub. 1956-1963-cü illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1963-1964 - Nazir Kərimov
Qubadlı rayonu Zəngilan rayonu ilə birgə olduğu müddətdə rayon Zəhmətkeş (sonralar Xalq) deputatları soveti İcraiyyə Komitəsinin sədri işləmişdir.
1964-1970 - Rüstəmova Məsudə Hümmət qızı
1932-ci il aprelin 30-da Qubadlı rayonunun Novlu kəndində anadan olub. Ali partiya məktəbində təhsil alıb. Bir sıra vəzifələrdə çalışıb, 1964-1970-ci illərdə Qubadlı rayon Zəhmətıeş (sonralar Xalq) deputatları soveti İcraiyyə Komitəsinin sədri və 1970-ci il aprelin 17-dən 1980-cı il yanvarın 5-nə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi işləyib.
1970-1975 - Fərəcov Bəşir Ziyad oğlu
1933-cü il may 12-də anadan olmuşdur. 1970-1975-ci illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1975-1980 - Mirzəyev Ərşad Şamı oğlu
1932-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu zootexnik ixtisası üzrə bitirmiş, institutun göndərişi ilə həmin il Tbilisi şəhərində Zaqafqaziya Hərbi İnstitutunda imtahan verərək hərbi tikinti və yol mühəndisi ixtisası da almışdır. 1954-1955-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1956-1962-ci illərdə Zəngilan rayonunda bir sıra məsul vəzifələrdə çalışmışdır. 1962-1964 Ali Partiya məktəbində təhsil aldıqdan sonra 1964-1970-ci illərdə Qubadlı rayonunda bir sıra rəhbər vəzifələrdə, 1970-1975-ci illərdə Qubadlı rayon partiya Komitəsinin 2-ci katibi, 1975-1980-ci illərdə Qubadlı rayon XDS İcraiyyə Komitəsinin sədri işləmişdir. Sonrakı illərdə rayonda bir sıra təsərrüfat orqanlarında rəhbər işləyən Ə. Mirzəyev 1994-2010-cu illərdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məsul vəzifələr daşımışdır. 2 dəfə “Şərəf nişanı”, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə, çoxlu sayda dövlət və hökumət təltifləri ilə mükafatlandırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin atasıdır.
1980-1985 - Yəhyayev Şahsuvar Əlyar oğlu
1932-ci il Qubadlı rayon Qaralar kəndində anadan olub. Gəncədə Kənd Təsərrüfatı İnstitutunu və Ali Partiya Məktəbini bitirib. Ş. Yəhyayev bir sıra partiya vəzifələrində çalışıb, 1980-1985-ci illərdə Qubadlı rayon Zəhmətkeş (sonralar Xalq) deputatları soveti İcraiyyə Komitəsinin sədri 1985-ci il yanvarında 1991-ci ilin oktyabr ayına kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi, rayon sovetinin sədri işləyib.
1985-1991 - Məlikov Əbülfət Sultan oğlu
1952-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1985-1991-ci illərdə Qubadlı rayon İcraiyyə Komitəsinin sədri işləyib.
1991 noyabr-1995 - Quliyev Telman Surxay oğlu
1937-ci ildə Qubadlı rayonunun Korcalanlı kəndində anadan olmuşdur. 1959-1963-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil almışdır. 1969-cu ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-1967-ci illərdə müəllim, 1969-cu ildən sonra isə partiya və sovet orqanlarında çalışmışdır.
Tarixi şəxsiyyətlər
Qubadlının tarixində həmişə qılıncla qələm qoşa dayanmışdır. Hər ikisi də ucada olmuşdur. Biri qəhrəmanlıq, digəri isə istedad zirvəsində. Bu torpaq milli qəhrəmanlar, görkəmli elm və görkəmli dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdi.
Qubadlı əsilli ziyalılar, tarixi şəxsiyyətlər Azərbaycanın mədəni həyatında mühüm rol oynamışlar. Belə ziyalıların yetişməsində hələ ХIХ əsrdən Qubadlıda açılan dünyəvi məktəbin böyük rolu olmuşdur. Еl arasında Həsən bəyin məktəbi adlandırılan 2 sinifli rus-tatar məktəbi Qubadlıda 1882-ci ildə açılmışdır. (Həsən bəy əslən Qubadlıdandır, cavan yaşlarında dünyasını dəyişib).
Son əsrdə Azərbaycan еlminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vеrmiş, yüksək ad san qazanmış akadеmik Möhbalı Əmiraslanov, gеnеral Valеh Bərşadlı, Sosialist əməyi Qəhrəmanı, хalq yazıçısı Sülеyman Rəhimov Qubadlı torpağının yеtirmələridir.
İlk təhsilini rayonun məktəblərində alan yüzlərlə alim və tədqiqatçı, şair və yazıçı, müхtəlif sahələrin yüksək iхtisaslı mütəхəssisləri bu gün müstəqil Azərbaycan Rеspublikasının inkişafı və möhkəmləndirilməsi, qüdrətinin artırılması istiqamətində əllərindən gələni еdirlər.
Azərbaycanın хalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandır.
Qubadlı rayonu Çingiz Ildırım, Kamran Hüsеynov, Əli İbrahimov, Möhbalı Əmraslanov, Nəzər Hеydərov, Zəhra Kərimova, Mirağa Əliyеv, Ələkbər Abdullayеv, Qara İlyasov, Hicran Hüseynova və başqa ictimai və dövlət xadimlərinin, Əhməd Хani (XVI əsr), Mir Həmzə Sеyid Nigari (XIX əsr), Mir Mеhdi Хəzani (XIX əsr), Sülеyman Rəhimov, Əli Vəliyеv, Əli İldırımoğlu, Cəlal Bərgüşad, Qasım Qasımzadə, Taryеl Cahangirov (Taryеl Cahangir), Famil Sülеymanov, Rafiq Əliyеv (Rafiq Yusifoğlu, Ramiz Əliyеv (Ramiz Rövşən), Еldar Ağayеv (Еldar Baхış) və başqa şair və yazıçıların, onlarla elm adamlarının, akademik və elmlər doktorlarının, generalların vətənidir.
Əslən Qubadlıdan olan 6 nəfər Sosialist Əməyi Qəhrəmanı, 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı vardır.
Xalq Qəhrəmanı – Qaçaq Nəbi
XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbi Alı oğlu təqribən 1854-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Aşağı Mollu kəndində anadan olmuşdur. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı.
Tarixi qaynaqlarda göstərildiyi kimi, Nəbi kiçik yaşlarında Şuşa şəhərində tacirlərin yanında nökərçilik etmişdir. Sonra atasının ölüm xəbərini alıb ailəyə başçılıq etmək üçün Mollu kəndinə qayıtmışdır. Az müddət sonra anası da vəfat edən Nəbinin ancaq özündən yaşca kiçik olan qardaşı Mehdi və bacısı Zeynəb qalmışdı. Mollu kəndinə qayıtdıqdan sonra Nəbi kənddə muzdurluq etməyə başlamışdır.
Nəbi ata və anasının vəfatından sonra evlənmişdi. Onun arvadı Həcər Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı idi.
Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da bu işə xüsusi təkan vermişdir.
Nəbinin birinci dəfə tutulması. İsti aylarda adətən, bütün elat kimi Mollu kəndinin camaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün camaat Naxçıvana gedirlər. Qayıdanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin camaatı Mollu camaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur.
Nəbinin ikinci dəfə tutulması. Qubadlı bəyləri Mollu mülkünün yataqlarını öz aralarında bölmək istədikdə Nəbi kəndlilərini bir yerə toplayıb onlar arasında təbliğat aparır. Kəndlilər bəyləri qovurlar. Bəylər bu hərəkəti Nəbiyə bağışlamırlar. Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir.
Nəbi həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Bəylərin onu qaçaq saldıqlarını bildirir. Özündən sonra qardaşı Mehdini incidəcəklərini bilib, onu da götürüb kənddən çıxırlar. Gecəykən Qubadlı Məmmədəli bəyin ilxısından hərəyə bir at, pristav Əliağa bəyin divanxanasından hərəyə bir tüfəng götürüb dağlara qalxırlar.
Nəbinin qaçaqçılıq həyatı 1875 –ci ildən başlanmışdır. Kəndlilərdən dəstə düzəldən Nəbi Naxçıvan və Zəngəzur qəzalarında fəaliyyət göstərmiş, çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizə aparmışdır. Nəbinin arvadı, öz igidliyi və cəsarəti ilə şöhrət qazanmış Həcər onun ən yaxın silahdaşı olmuşdur.
Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan Qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var-dövlətlərini əllərindən alaraq kasıblara paylayırdı.
Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi Qaçaq Nəbiyə böyük şöhrət qazandırmışdı. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Hökumət Qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri göndərirdisə də, onu ələ keçirə bilmirdi. Türkiyə və İrana da agentlər göndərilməklə Nəbi ardıcıl olaraq izlənilirdi.
Yerli hakimiyyət qurumları, o cümlədən, Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb onun dəstəsinə nifaq salmaq üçün agentlərdən istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayı İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez –tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. Qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığında yolda öldürürlər. Nəbi oradaca ölür. Bu 1896-cı il mart ayının 12-də gecə saat 2 idi.
1897-ci ildə isə Qaçaq Nəbinin dəstəsi tamamilə dağıdılır.
Nəbinin dəstəsində olanlardan bəzilərinin adlarını qeyd edək: qardaşı Mehdi, qohumu Lətif, Telli Qara, Tuzvəli, Mahmud, Dağtumaslı Allahverdi, Sofulu Balakişi, Şahbuzlu Şah Hüseyn, Qoca və b.
Xalq öz sevimli oğlunun qəhrəmanlığını unutmamış, onun haqqında dastan yaratmış, mahnılar qoşmuşdur.
Qaçaq Nəbi haqqında bayatı, şer, mahnı, nağıl və məlumatlar XIX əsrin sonlarından etibarən toplanmağa başlanmış, bu materiallar “Qafqaz” qəzetiində, XX əsrdə isə “Azərbaycanı öyrənmə yolu” məcmuəsində, “Revolyusiya və Kultura” jurnalında, habelə, “Ədəbiyyat qəzeti”, “Azərbaycan kolxozçusu” və s. kimi mətbuat orqanlarında çap olunmuşdur.
“Qaçaq Nəbi” dastanının 1938 (Ə. H. Tahirov), 1941, 1961 (Ə. Axundov) və sonrakı nəşrlərində bu məlumatlar dastan kimi təqdim olunmuşdur.
Qaçaq Nəbi haqqında Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazmış, onun haqqında “Qanlı zəmi” (“Atları yəhərləyin”) bədii film çəkilmişdir.
Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulmuşdu. Adına küçə vardı.
Bakı şəhərində Qaçaq Nəbinin adını daşıyan küçə var.
Qaçaq Nəbi haqqında ən mükəmməl yazılardan biri də Bəhlul Əfəndi (Bəhcət) tərəfindən yazılmış “Qaçaq Nəbinin tarixi” adlı elmi araşdırma əsəridir.
Qaçaq Həcər
Azərbaycan qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi.
Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir.
Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir.
1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq edirdi. Lakin o, hökumət tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib qayıtmışdı.
Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə getmişdir. Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir neçə övladı olub.
Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat etmişdir. Onun qəbri Aşağı Mollu kəndində idi.
Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş, “Qaçaq Nəbi” dastanında ona xüsusi yer ayrılmışdır.
Qubadlı rayonunda Qaçaq Həcərin abidəsi qoyulmuşdu.
İCTİMAİ VƏ DÖVLƏT XADİMLƏRİ
Kamran Əsəd oğlu Hüseynov
Tarix elmləri doktoru, professor Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, 1968 - 1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri işləmişdir.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir.
O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır. Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı - «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.
Çingiz İldırım bəy oğlu Sultanov (Çingiz İldırım)
Çingiz İldırım (Çingiz İldıhım oğlu Sultanov) 1890-cı ilin iyul ayında Qubadlı rayonuda anadan olmuşdur. O, bəy oğlu olmasına baxmayaraq, həyatı ildırımlı yollarla olmuşdur. İlk təhsilini 1898-1905-ci illərdə Şuşa realnı məktəbində, 1906-1909-cu illərdə Vladiqafqaz orta məktəbində almışdır. 1910-1916-cı illərdə Ali təhsilini Peterburq Politexnik İnistitutunda almışdır. Əmək fəaliyyətinə Peterburqda məhşur Ayvaz zavodunda başlamışdır.Yüksək səviyyəli mühəndis-metallurq idi. 1918-ci ildə "Qızıl Şimal" və "Hürriyyət" adlı qəzetlər buraxırdı. Azərbaycan Demokratik Respublikasının Hərbi Dəniz Donanmasina rəhbərlik etmiş, Azərbaycan SSR-də 1920-cı il 28 apreldən iyununa qədər Hərbi Dəniz İşləri üzrə Komissar işləmişdir, azərbaycanlılar arasında ilk dəfə “Qırmizi Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. 1920-ci ilin iyunundan ilin sonuna qədər Xalq Poçt və Teleqraf Komisarı vəzifəsini aparıb. Sonra Xalq Yollar Komissarı təyin edilib. Bütün bu dövrdə daşnaklara qarşı mübarizə aparmış, 1921-ci il oktyabrın 4-də RSFSR Əmək və Müdafiə Şurasının Muğan müvəkkilinin müavini təyin edilir. O, Respublika Xalq Komissarları Sovetinin və MİK-in ərzaq vergisi üzrə fövqəladə müvəkkili, Naxçıvanda və Qubadlıda partiya-sovet işləri üzrə məsul təhkimçi, Dövlət Plan Komissiyasının sədr müavini, SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri, Azərbaycan Yükvurma Cəmiyyətinin sədri, Azərbaycan xüsusi aviakimya idarəsinin sədri vəzifələrini aparmışdır.
Çingiz İldırım Moqintaqorsk Metallurgiya Kombinatınin özülünü qoyan şəxs olmaqla, uzun müddət orada rəis işləmişdir. 1936-cı ildə M.Qorki bu barədə "Naşi dostijenie" jurnalında xüsusi qeyd edirdi.
Çingiz İldırım 1938-ci il sentyabrin 25-də Krivoy Roq Metalurgiya Kombinantının tikintisi ilə əlaqədar Moskvaya çağrılmış və Moskva- Krivoy Roq qatarında daşnaklar tərəfindən qəsd edilmişdir. Onun haqqında yazırdılar "bəşər insanı deyil, qılıncdı, oddu, ildırımdı".
Qara İlyas oğlu İlyasov
Qara İlyas oğlu 1884-cü ildə Zəngəzur qəzasınının Qubadlı rayonunun Müskanlı kəndində anadan olmuşdur. Bir müddət Şuşa şəhərində yaşamış, 1902-ci ildə Bakı şəhərinə köçmüş, neft mədənlərində çalışmışdı.1905-ci ildə yenidən Qubadlıya qayıtmışdı. 1906-cı ildən 1909-cu ilədək meşə gözətçisi, 1910-cu ildən meşəbəyi işləmişdi. Sovet dövründə qəza icraiyyə komitəsinin sədri, nahiyə inqilab komitəsinin sədri, qəza firqə komitəsinin təşkilat şöbə müdiri, milis rəisi vəzifələrində çalışmışdı.1925-1926-cı illərdə qəza torpaq şöbə müdiri, 1926-1927-ci illərdə Ağdam Siyasi Büro idarəsinin rəisi, 1927-1928-ci illərdə Qaryagin (hazırkı Füzuli) Siyasi Büro idarəsinin rəisi işləmişdi.
Qara İlyasov 1928-ci ildə əks-inqilabçılara qarşı döyüşdə öldürülmüşdür
Baba Məhəmməd oğlu Məmmədov
Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində anadan olub. O, Zəngəzurun yüzbaşısı olmuş, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının parlamentinə deputat seçilmişdir. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə taniş olaraq onun köməyi ilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur. 1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı qaçaqlarına qarşı heç bir əməliyyatın aparılmasına imkan verməmişdir. 1929-cu ildə Baba Məmmədov həbs edilərək Şuşa turməsinə salınır, lakin buradan tezliklə Hüsü Hacıyevin köməyi ilə azad edilir və Arazın o üzünə keçir. Orada uzun müddət qalmayaraq, Türkiyəyə gedir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşür.
Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda yaşamış və 1974-cü ildə orada vəfat etmişdir.
Bəhlul Əfəndi Behcət
Bəhlul Behcət 1885-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Çox işıqlı düşüncəyə sahib olan Bəhlul Əfəndi Quranı Azərbaycan dilinə tərcümə etmiş, dini məzmunda əsər yazmiş və həmin əsərdə sünni-şiə məsələlərini araya atanlara tutarlı cavab vermişdir. Həm dünyəvi elmlər, həm də siyasət ilə məşğul olan Bəhlul Əfəndi Sarı aşığın bayatılarını kitab halına salmış, "Nizami və Qafqaz folkloru" mövzusunda elmi əsər yazmış, 1923-cü ildə Təbrizdə olarkən "Məhəmməd peyğəmbərin ailəsinin tarixi" əsərini çap etdirmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurularkən xalqa "Ya qalib ağa ol, ya da şəhid" şəklində müraciət etmişdir. 1922-ci ildə İrana keçmiş və sonra geri qayıtmışdır. Burada o həbs edilərək 10 il həbsdə saxlanmışdır.
Bəhlul Behcət 1934-1937-ci illərdə əsasən folklorşünaslıq və ədəbiyyatşünaslıq ilə məşğul olmuşdur.
Bəhlul Əfındi 1938-ci ilin 15 martında NKVD üçlüyünün qərarı ilə güllələnmişdir.
Nəzər Heydər oğlu Heydərov
Nəzər Heydərov 1891-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olub. 1913-1918-ci illərdə “Balaxanı neft” mədənlərində işləmişdir. Azərbaycanın böyük dövlət xadimlərindən biri olan N. Heyudərov Qubadlı rayonunun inqilab komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK –nın məsul təlimatçısı, Ağdaş və Şuşa rayon İcraiyyə Komitəsinin sədri, eyni zamanda DQMV MİK –in sədr müavini olmuşdur. 1927-1928- ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışmışdır. 1931- ci ildə Moskva Sənaye Akademiyasını eyni zamanda Neft institutunu bitirdikdən sonra 1949- cu ilə dək Azərbaycanda neft sənayesində, o cümlədən, “Əzizbəyov” trestinin müdiri, Azneft birliyinin rəisi və s. işləmişdir. 1949- 1954 -cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini, "Aznefttextəchizat" idarəsinin rəis müavini işləmişdir.
Nəzər Heydərov “Zəngəzur dağlarında ” kitabının müəllifidir. 1960 – cı ildə təqaüdə çıxmış, 30.12.1968-ci ildə Bakıda dünyasını dəyişmişdir.
Möhbalı Əmiraslanov
Möhbalı Firudin oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girmiş və 1924-cü ildə Bakıya əmisi oğlu Əli Əmiraslanovun yanına gələrək texnikuma daxil olur. Gecə təhsil alıb, gündüz taxta zavodunda fəhlə işləyir.
Möhbalı Əmiraslanov 1927-ci ildə Azərbaycan Poltexnik İnistitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Polad İnistitutuna Moskvaya göndərilir. 1931-ci ildə onu Leninqrada göndərirlər. 1934-1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir.
Möhbalı Əmiraslanov 1940-cı ildə Toxuculuq Sənayesi naziri təyin edilmlş və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilmişdir. 1942-ci ildə müharibəyə getmiş, döyüşlərdə iştirak etməklə yanaşı İran cəbhəsində də böyük işlər görmüşdür.
M. Əmiraslanov 1945-1951-ci ilin yanvarına qədər Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951-1954-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müavini, 1954-cü ildə o, yüngül sənaye naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər.
1961-ci ilin martında Əmiraslanov Respublika Nazirlər Soveti yanında Azərbaycan SSR Dövlət Dağ-mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsini sədri təyin olunur. O, Azərbaycan SSR Ali Sovetinin 2-ci və 3-cü çağrışında deputat seçilmişdir. İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944-1954-cü illərdə MK-nın büro üzvü seçilib. 1981- ci ilin yanvarında öz xahişi ilə təqaüdə çıxmış, 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilmişdir.
Zəhra Adığözəl qızı Kərimova
Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.
Zəhra Kərimova 1938-ci ildə Kirov RPK-nın 1-ci katibi seçilir, 1939-1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq, XVIII qurultaya nümayəndə olur. 1941-ci ilin dekabrında Respublika sosial təminat naziri təyin olunur.
1942-ci ildə “Lenin” ordeni ilə təltif olunur. 10 ildən artıq nazir olduqdan sonra, 1952-ci ildə AHİŞ-in sədri seçilir.
Zəhra xanım nazir işləyə- işləyə ADU-nun tarix fakültəsinə sənəd verərək, oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri aparılir. 1945-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilir.
1959-cu ildən İttifaq təqaüdçüsü sayılır. 1990-cı ildə vəfat etmişdir.
Abbas bəy Sultanov
Həkim, ictimai xadim Abbas bəy Ağalar bəy oğlu 1895-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olmuşdu. 8 yaşından 11 yaşına kimi Qubadlı kənd məktəbində oxumuşdu. Sonra Qori şəhər gimnaziyasına qəbul olmuşdu. 1915-ci ildə gimnaziyanı bitirmişdi. Elə həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Universitetdə oxuduğu dövrdə siyasi dərnəklərdə iştirak etmişdi.
A. Sultanov 1917-ci ildə təhsil ocağını yarımçıq qoyub Zəngəzura qayıtmışdı. Feldşerlik vəsiqəsi olduğundan Gorusda qəza idarəsinin tibb şöbəsində işə başlamışdı. Sovet dövründə, 1921-ci ildən 1923-cü ilədək Qubadlı Qəza Firqə Komitəsinin məsul katibi işləmişdi. Sonra Xalq Maarif komissarlığında baş ictimai tərbiyə idarəsinin müdiri vəzifəsində çalışmışdı. Ordan də Ali Siyasi Maarif İdarəsinin müdiri vəzifəsinə dəyişmişdi. 1930-cu ildə Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdu.1931-1932-ci illərdə Qaradonlu (indiki İmişli) Rayon Partiya Komitəsinin birinci katibi, sonra uzun müddət Gəncədə Zaqafqaziya Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdi.
Abbas bəy Ağalar bəy oğlu 1938-ci ildə vəfat edib.
Əli İsmayıl oğlu Ibrahimov
Əli İsmayıl oğlu İbrahimov 1913-cü il oktyabrın 1-də Rusiya imperiyasının Çita vilayətinin Ust-Kara kəndində kəndli ailəsində anadan olmuşdur. Onun baba və nənələri 1860-1870-ci illərdə Qubadlı rayonundan Sibirə sürgün edilmişdir. Atası və anası Sibirdə doğulmuş və orada yaşamışlar. İnqilabi hərəkata qoşulmuş atası İsmayıl 1919-cu ildə ağ qvardiyaçılar tərəfindən güllələnmişdir.
Anasının himayəsində olan Əli kənd məktəbində oxumuş və onu 1929-cu ildə bitirmişdir. 1929-cu ildə İbrahimovlar ailəsi Bakıya köçür. Ə.İbrahimov Bakıya gəldikdən sonra Bakı mexaniki texnikumuna daxil olur. 1932-ci ildə texnikumu texnik-mexanik peşəsi ilə bitirən Ə.İbrahimov l.Şmidt (indiki Səttarxan) adına zavodda əmək fəaliyyətinə başlayır.
Ə.İbrahimov istehsalatda işləməklə yanaşı savadını, biliyini artırmaq işinə də fikir verirdi. O, bu məqsədlə 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. Zavodda əmək fəaliyyəti göstərən Ə.İbrahimov 1937-ci ildə institutu mühəndis-mexanik kimi bitirib ali təhsilli mütəxəssisə çevrilir. Gənc mühəndis Ə.İbrahimov l.Şmidt adına zavodda əsas istehsalat sahələrindən birinə -mexaniki sexə başçılıq etməyə başlayır. O, burada 1938-ci ilin dekabrına kimi çalışır.
1938-1940-cı illərdə Ə.İbrahimov sovet ordusunun Sakit okean donanmasının tərkibində Olqa limanında qulluq etmişdir. 1941-1943-cü illərdə təcrübəli mütəxəssis, işgüzar rəhbər Ə.İbrahimov 1 May adına Bakı maşınqayırma zavodunun baş mühəndisi vəzifəsinə irəli çəkilmiş, 1943-1945-ci illərdə o, Kirov adına Bakı qazıma dəzgahları zavodunun direktoru olmuşdur. O, bu zavodların müharibənin tələb etdiyi sursatlar istehsal etməsi, döyüşən ordunu hərbi ləvazimatlarla və neft mədənlərini avadanlıqla təmin olunması sahəsində var qüvvəsi ilə çalışmışdır.
Ə.İbrahimov 1945-1946-cı illərdə Bakı Partiya Komitəsi katibinin maşınqayırma sənayesi üzrə müavini olmuşdur. Lakin tezliklə o, yenidən neft maşınqayırma sənayesi müəssisələrində geriliyi aradan qaldırmaq, kadrla möhkəmləndirmək məqsədilə istehsalata rəhbər vəzifəyə göndərilir.
Ə.İbrahimov 1946-1948-ci illərdə Azneftmaş trestinə rəhbərlik etmiş, 1948-1950-ci illərdə Azərbaycan KP MK katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri olmuşdur. 1950-1953-cü illərdə Azərbaycan Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953-1954-cü illərdə respublika Dövlət Plan Komitəsinin sədrinin birinci müavini, 1954-1963- cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1963-1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonunun Plan Komissiyasının sədri, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Ə.İbrahimov 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ Nazirlər Sovetinin üzvü olmuşdur. Artıq təcrübəli və bacarıqlı təşkilatçı kimi özünü göstərmiş Ə.İbrahimov respublikanın bu məsul vəzifəsində Azərbaycan sənayesinin, iqtisadiyyatının, mədəniyyətinin hərtərəfli inkişaf etməsi işində var qüvvəsi ilə çalışmış, böyük əmək sərf etmişdir.
Ə.İbrahimov 1981-ci ilin yanvarında öz xahişi ilə İttifaq əhəmiyyətli pensiyaya getdiyi üçün Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən çıxmışdır.
Ə.İbrahimov dəfələrlə Azərbaycan KP MK və Sov. İKP MK üzvlüyünə namizəd, Azərbaycan KP MK və bürosunun, Azərbaycan Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və sessiyaların işində iştirak etmişdir.
Ə.İbrahimovun əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 3 dəfə Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeqi və müxtəlif medallarla təltif edilmişdir. Ə.İbrahimov 1990-cı il fevralın 15-də Bakı şəhərində vəfat etmişdir.
Sabir Ağakişi oğlu Yaqubov
Sabir Yaqubov 1 oktyabr 1948-ci ildə Qubadlı rayonunda anadan olub. 1962-1966-cı illərdə Şuşa Pedaqoji Texnikumunda, 1967-1973-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1976-1978-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İxtisasca filoloq və politoloqdur.
18 yanvar 2019-cu ildə Sabir Yaqubov Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.
Sabir Yaqubov 1966-1968-ci illərdə Qubadlı rayonunda müəllim, 1968-1973-cü illərdə rayon qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmışdır. Daha sonra 1973-1976-cı illərdə Qubadlı rayon Komsomol Komitəsinin birinci katibi, 1978-1980-ci illərdə isə Qubadlı rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində işləyib. 1980-1984-cü illərdə Qubadlı rayon Partiya Komitəsinin ikinci katibi olmuş Sabir Yaqubov 1984-1985-ci illərdə Sovetlər Birliyinin Əfqanıstandakı səfirinin müşaviri vəzifəsində çalışıb. Diplomatik fəaliyyətinə görə "Rəşadət" ordeni ilə təltif edilib.
1985-1988-ci illərdə Yevlax şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1986-1991-ci illərdə Azərbaycan KP MK Nəzarət Təftiş Komissyasının üzvü olub
Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində böyük referent vəzifəsində işləyib. 2006-cı ilin mart ayından vəfatınadək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışıb.
Sabir Yaqubov həmçinin yazıçı publisist-jurnalist kimi də tanınıb, 2006-cı ilədək əsasən mətbuat, nəşriyyat və poliqrafiya sahəsində çalışıb və Respublika Jurnalistlər Birliyinin üzvü olub.
"Qisas" (roman), "Nahaq qan" (povest), "Qaranlığın gözləri" (povest və hekayələr) kitabının müəlifidir. "Hər çeşmədən bir damla", "Raykom katibi", "Zərdabi yurdunun övladları", "Zəmanəmizin möcüzəsi", "Ömür yolum" kitablarında portret oçerkləri dərc olunub.
"Qibtə ediləsi ömür", "Biz referenduma gedəcəyik", "Xalqın layiqli namizədi" kimi onlarla publisistik yazının müəlifidir. "Unutma məni", "Zərdabi yurdunun övladları", "Ürəyimdə uca dağlar", "Ümid yeri" kitablarının redaktorudur. "Ömrüm bir kitabdır" xatirə romanı, "Xatirə çələngi" povesti və "İllərdən qalan izlər" adlı şeirlər kitabı çapa hazırdır.
Bir neçə kitabın müəllifi olduğu üçün "Qızıl Qələm" mükafatına da layiq görülüb.
Hicran Kamran qızı Hüseynova
Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində, tanınmış dövlət xadimi Kamran Hüseynovun ailəsində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Unuversitetini bitirmişdir və əmək fəaliyyətinə 1977-ci ildən orta məktəbdə müəllimi kimi başlamış, 1988-ci ildə BDU-nun "Siyasi Tarix" kafedrasında, 1992-ci ildə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim olmuş, 1993-cü ildən dosentdir. 1999-cu ildən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin "Beynəlxalq əlaqələr və informasiya" şöbəsinin müdiri, 2000-ci ildən BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini olmuşdur. Tədqiqatları müasir beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərdə lobbizm, müasir inteqrasiya prosesləri mövzularına həsr olunmuşdur.
20-dən çox elmi əsərin, bir sıra metodiki vəsaitin müəllifidir
Hicran Hüseynova 2006-2020-ci illərdə Azərbaycan Respublikası Ailkə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
2011-ci ilin 27 yanvar tarixində Fransa Prezidenti tərəfindən "Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi (ikinci dərəcəli)" ilə təltif olunmuşdur.
12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadın.
YAZIÇI VƏ ŞAİRLƏR
Süleyman Rəhimov
Süleyman Rəhimov 1990-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. Sonralar texnikum və ali məktəb bitirmişdir. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır.
1928-ci ilin payızında Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o, 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.
Süleyman Rəhimov 1939-1940,1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Böyük şairimiz Səməd Vurğun Süleyman Rəhimovla bağlı maraqlı bir fikir söyləmişdir: "Üzeyir Hacıbəyov musiqidə, Hüseyn Cavid, Cəfər Cabbarlı dramaturgiyada, Səməd Vurğun poeziyada hansı rola malikdirlərsə, Süleyman Rəhimov da Azərbaycan nəsrində o mövqeyə sahibdir”.
Süleyman Rəhimov müxtəlif yüksək vəzifələrdə də çalışıb. Laçın, Samux, Şahbuz və Noraşendə rayon partiya komitələrinin katibi olub. Müharibədən sonra Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif Komitəsinin sədri işləyib (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində çalışmışdır. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.
1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları alıb.
1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
Süleyman Rəhimov həmişə özünü müəllim sayırdı. "Səksən nədir, yüz il də keçə, mən özümü həmişə pedaqoji cəbhədən saymışam. İlk əmək fəaliyyətimə müəllimlikdən başlamışam. O günlər ömrümün nübarı, ən dadlı, unudulmaz anlarıdır. Elə yazıçılıq da müəllimlikdir" - deyirdi.
Əsərləri
Şamo (I,II c. 1931, 1940), Saçlı (1944), Ata və oğul (1949), Mehman (1953), Ana və abidəsi (1967), Mahtəvan (1968), Seçilmiş əsərləri (üç cilddə, 1968-1981), Ağbulaq dağlarında, Medalyon, Ötən günlər dəftərindən, Qafqaz qartalı, Qoşqar qızı, Aynalı, Qardaş qəbri, Su pərisi, Uğundu, Tülkü və şir, Ləpirlər, Qara torpaq və s.
Əli Vəliyev
-ci il fevralın 27-də Yelezavetpol quberniyası Zəngəzur qəzasının Ağudi kəndində anadan olmuşdur. Onun sonrakı taleyi Qubadlı rayonu ilə bağlıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-ictimaiyyət fakültəsində təhsil almışdır. 1942-1943-cü illərdə Azərbaycan incəsənət işçiləri ittifaqında, Bakı şəhərində məsul vəzifələrdə çalışmışdır. Yazıçılar İttifaqında məsul katib (1949-1954), "Azərbaycan" jurnalında məsul redaktor işləmişdir.
Partiya və hökumət qarşısında xidmətlərinə görə "Lenin" (1971), "Oktyabr inqilabı" (1981), "Qırmızı əmək bayrağı" (1959), "Şərəf nişanı" (1946) ordenləri, "Xalq maarifi əlaçısı" (1971), "Əmək veteranı" (1936), Azərbaycan Ali Sovetinin Fəxri fərmanı (1976) və S SRİ-nin medalları ilə təltif olunmuşdur.
Allahın səyahəti (1930), Nənəmin cəhrəsi (1930), Qarlı dağlar (1938), Dostlar (1939), Qəhrəman (1940), Sübut (1941), Gülşən (1953), Çiçəkli (1955), Turaclıya gedən yol (1961), Anaqız (1965), Bir cüt ulduz (1967), Bir cüt tərlan (1968), "Əsərləri" (altı cilddə), Ürək dostları (1970), Samovar tüstüləri (1971), Durna qatarı (1972), Budağın xatirələri (1974), Zamanın ulduzları (1976), Narahat adam (1978), Ötən günlər (1981), Madarın dastanı (1988) və s. kitabların müəllifi olmuşdur.
Cəlal Bərgüşad
Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VVAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.
1996-cı il iyulun 9-da vəfat etmişdir.
Bozatın belində, Gələcəyi yaradanlar (oçerklər), Təzə gəlin (hekayələr), Bozatın belində (tarixi roman), Sıyrılmış qılınc (tarixi roman) və s. əsərlərin müəllifidir.
Qasım Qasımzadə
Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı ilk şeiri ilə başlamışdır. Dövrü mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi, "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi (1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür.
1993-cü il iyulun 28-də vəfat etmişdir.
“Bizim kənd”, “Bizim dağlar”, “Ürək döyüntüləri”, “Son görü” və s. əsərlərin müəllifidir.
Əhməd Xani
Hələ XVIII əsrdə yazmış olduğu “Məm və Zin” poeması ilə məhəbbət dastanı yaradan, böyük söz ustadı Məhəmməd Füzulinin yolunu davam ctdirən Əhməd Xani kimi nəhəng şair yaşayıb Xanlıq kəndində.
M. M. Xəzani (1811-1893)
Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qubadlı rayonunun Məmər kəndində anadan olmuşdur. Ibtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə,1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.
Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özü müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin,Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" (Azərbaycan) dilində yazmışdır. Əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.
Mir Mehdi şair idi. Xəzani təxəllüsü ilə şeirlər yazırdı.
Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib. Mir Mehdinin Mir Həmzə adlı oğlu vardı.
Ramiz Rövşən
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb.Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978).Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib.1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada,Polşada,Bolqarıstanda,Türkiyədə və İranda çap olunub.
Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Eldar Baxış
Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).
Bakı kəndlərində müəllimlik etmiş,Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır."Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.
Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür."Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir.Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).
1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir
Əliağa Aslan
Əliağa Aslan 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur.1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. "Kərəm ahı","Ayrılıqlar sevgilərdən başlayır","Məni sən öyrətdin ayrılıqlara","Mən dünyaya qərib gəldim", "Bu dünya qonaq saxlamır" və ölümündən sanra çap olunan "Qəfil gələn ayrılıq" kitablarının müəllifidir.
Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir.
Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir.
Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Dünyamalıyev Elbrus Məhərəm oğlu
Dünyamalıyev Elbrus Məhərəm oğlu (Elbrus Qayalı )1954-cü ildə Qubadlı rayonunda anadan olmuşdur.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Yunan –Roma güləşi üzrə idman ustasıdır. “Qubadlımdan nigaranam”, “Dağlar dağımdı mənim...”, “Dağlar, sizdə izim qaldı”, “Ziyarətə aparan yol”, “Ömür hara tələsir”, “Könlüm ney səsi istəyir” kitablarının müəllifidir.
Yardıcılıq illərində “Dərin zəka sahibi”, “İlin vətənpərvər şairi”, “Vətən sənə oğul deyir”, “İlin nəğməkar şairi”, “Qızıl kitab” , “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” , “Azərbaycan bayrağı” mükafatları laureatları və başqa fəxri adlara laiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
ELM, MƏDƏNİYYƏT XADİMLƏRİ
Əli Ağamalı oğlu Əmraslanov
SSRİ EA-nın müxbir üzvü olan ilk azərbaycanlı Əli Ağamalı oğlu Əmiraslanov 22 dekabr 1900-cü ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qubadlıda almışdır. Sonra Gorus şəhərində, daha sonar Şamaxı realni məktəbində təhsil almışdır.
Ailəsi onun təhsili alması üçün bütün imkanlarından istifadə edib. Bu sahədə onun Şamaxıda pristav işləyən dayısı Kərbəlayi Usub bəyin böyük rolu olub.
Ə. Əmiraslanov 1926-1930-cu ildə Moskva Mədən Akademiyasını bitirmişdir.
1930-38-ci illərdə Uralda, Qazaxıstanda, Orta Asiyada və Qafqazda əlvan metallar-sink, mis, qalay və s. yataqlarının öyrənilməsi ilə məşğul olmuş, bir sıra yataqların açılmasında iştirak etmişdir.
Ə. Əmiraslanov 1946-cı ildə doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru adını almış, 1947-ci ildə professor olmuşdur. 1953-cü ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.
1938-54-cü illərdə müxtəlif elmi-tədqiqat geologiya institutlarında işləmiş, Moskva geologiya institutunda dərs demiş, "Sovetskaya Qeoloqiya" elmi jurnalının baş redaktorunun müavini olmuşdur.
Əmiraslanov 1954-62-ci illərdə SSRİ-nin əlvan metallurgiya, geologiya və Yer təkinin mühafizəsi nazirliklərində rəhbər vəzifələrdə çalışmışdır. "Qurğuşun və sink yataqlarının əsas tipləri" (axtarış metodları kəşfiyyat və qiymətləndirmə) "Avstraliyanın qurğuşun-sink yataqları. Yerləşmə qanunauyğunluğu və geoloji xarakteri". "Faydalı qazıntıların axtarılmasının proqressiv metodları" və s. kimi onlarla fundamental elmi əsərlərin müəllifidir.
Elmdə göstərdiyi misilsz xidmətlərə görə Əli Əmiraslanov “Qırmızı əmək bayrağı” ordeni, digər orden və medallarla təltif olunmuşdur.
Ə. Əmiraslanov 16 oktyabr 1962-ci ildə Moskvada vəfat etmiş Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.
Əsgər Ələkbər oğlu Abdullayev
Əsgər Abdullayev 1927-ci il yanvar ayının 1-də Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur.
1943-cü ildə Kəlbəcər şəhərində orta məktəbi, 1949-cu ildə isə Bakıda Azərbaycan Energetika İnistitutunun energetika fakültəsini bitirmiədir. Aspirantura təhsilini Moskvada Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnistitutunda alıb, 1953-cü ildə kompressor və neft quyularının avtomotlaşdırılması üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Aspiranturanı başa vuran kimi həmin İnistitutda kiçik elmi işçi vəzifəsində işə götürülmüş, bir il sonra doğma vətənə qayıdaraq Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat İnistitutunda "Avtomatika və Telemexanika" şöbəsini yaradaraq, onun rəhbəri olmuşdur.
Əsgər Abdullayev 27 yaşı olarkən Azərbaycan neft mədənlərinin kompleks avtomatlaşdırılması işinin təməlini qoymuşdur. 1957-ci ildə Sumqayıt Neftkimyaavtomat Elmi-Tədqiqat İnistitutuna direktor müavini, iki il sonra isə direktor təyin edilmişdir. Onun rəhbərliyi ilə yaradılmış 500-dən artıq qurğu hal hazırda da Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Türkmənistan, Başqırdstan, Tatarıstanın neft mədənlərinin quyularında istifadə edilir.
Ə. Abdullayev 1970-ci ildə doktorluq işini müdafiə edərək, professor adı alıb, respublika elmlər Akademiyasının müxbir üzvü seçilib. Respublikada ilk elm xadimidir ki, SSRİ Dövlət mükafatı laureatına layiq görülmüşdür. Onun rəhbərlik etdiyi institut SSRİ-də neft və kimya sənayesinin avtomatlaşdırılması sahəsində yeganə elm ocağı idi. Alimin rəhbərliyi altında 200-dən artıq texnika elmləri doktoru və namizədi yetişmişdir.
Onun rəhbərlik etdiyi inistitutun Bakı şəhərində təcrübə zavodu əsaslı surətdə yenidən qurulmuş, 1980-cı ildə Əli Bayramlıda (indiki Şirvan) "Cihazqayırma" və "Avtomatika və Telemexanika " zavodları, Sumqayıtda təcrübə bazası işə salınmış, Horadiz qəsəbəsində, Cəbrayılda, Şuşada (Malıbəylidə), Qubadlıda, Lənkəranda zavod filialları, Qroznuda, Volqaqradda inistitutun filialları yaradılmışdır.
1985-ci ildə Bakı şəhərindəki Təcrübə Zavodu, Əli Bayramlıdakı iki zavod əsasında "Neftqazavtomat" Elmi İstehsalat Birliyi yaradıldıqda, Ə. Abdullayev əvvəlcə baş direktor, 1994-cü ildən isə baş məsləhətçi vəzifəsində çalışmışdır.
Dahi alim 1988-ci ildə SSRİ Nazirlər Sovetinin mükafatını almışdır. Bundan başqa Əsgər Abdullayev "Şərəf nişanı","Qırmızı Əmək Bayrağı" və"Oktyabr inqilabı" ordenləri ilə də təltif olunmuşdur. O, 10-dan çox monaqrafiyanın, 300 elmi işin, 60-dan artıq ixtiranın müəllifidir. Əsgər Abdullayev avtomatik idarəetmə sistemi üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qrupunun, SSRİ Cihazqayırma Nazirliyinin "İdarəetmə sistemləri və vasitələri" elmi-texniki şurasının, ASE redaksiya heyəti "Kimya" redaksiya şurasının üzvü, "Bilik" cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri olub. 1998-ci ildə qurucu alim, əvəzsiz pedaqoq haqq dünyasına qovuşmşdur
Edil Əli oğlu Eyvazov
Edil Eyvazov 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1957-ci ildə Qubadlı qəsəbə orta məktəbini, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
Edil Eyvazov 1963-1967-ci illərdə həmin inistitutun kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektiriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Dünyanın bir çox jurnallarında çap olunmuş 140-dan çox elmi məqalənin, fizikanın təbliği və tədrisi ilə bağlı 14 kitabın müəllifidir. Alimin rəhbərliyi ilə 10-a yaxın namizədlik dissertasiyası müdafiə olunmuşdur. Müxtəlif dövrlərdə Universitetin fizika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olmuşdur. Hal hazırda orada Mexanika və Molekulyar Mexanika kafedrasının professorudur.
Əliyeva Mahirə Xasay qızı
Əliyeva Mahirə 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib Azərbaycan EA-nın Fizika İnistitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı proseslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Bir çox Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Məhəmməd Quliyev
1943-cü il, sentyabrın 27-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1950-1959-cu illərdə Qubadlı rayonunun Xanlıq orta məktəbində, 1959-1965-ci illərdə isə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1965-1967-ci illərdə Qubadlı rayonun Xanlıq orta məktəbində müəllim işləmişdir. 1967-1970 –ci illərdə BDU-nun aspirantı olmuşdur. 1974-cü ildən Bakı Dövlət Universitetində çalışır. 1970-1974-cü illərdə AMEA-nın Kibernetika İnstitutunun kiçik elmi işçisi olmuş, 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini, 2006-cı ildə isə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.
50 elmi məqalənin və bir kitabın müəllifidir.
Paşayev Rizvan Teymur oğlu
Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968-1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru adını almışdır. 1989-2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir. 1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
R.Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir. 80-dən çox elmi əsərin müəllifidir, bunlardan 6-sı dərs vəsaitidir. Onun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır.
Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir.
Sərdar Məhəmməd oğlu Hacıyev
Sərdar Hacıyev 22 aprel 1940-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1957-ci ildə Xanlıq kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib kimya üzrə fəlsəfə doktoru adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.
1966-1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969-1989-cu illərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.
1973-1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda elmi pedoqoji fəaliyyət göstərmişdir.
1990-cı ildən BDU-da fiziki və kolloid kimya kafedrasının professoru kimi elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır.
Sərdar Hacıyev 120-dən artıq elmi məqalənin müəllifidir. 10-a qədər aspirantı namizədlik dissertasiyasını müdafiə etmişdir.
O, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Atestasiya Komissiyasında Ekspert Komissiyasının üzvüdür.
Mədəd Mustafa oğlu Allahverdiyev
Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir.
M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.
Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.
Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur.
M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSR kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
M.Allahverdiyev 1966-cı ildə 37 yaşında “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan EA İqtisadiyyat İnstitutunda birinci, respublikada isə B.Axundov və T.Vəliyevdən sonra üçüncü iqtisad elmləri doktoru olmuşdur. 1968-ci ildə ona professor elmi adı verilmişdir.
Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna başçılıq etdiyi 1968- 1975-ci illər M.Allahverdiyevin həm elmi təşkilatçılıq qabiliyyətinin üzə çıxması baxımından, həm də onun tədqiqatlarının hökumət və dövlət səviyyəsində öz tətbiqini tapması baxımından müstəsna əhəmiyyətə malikdir. Onun rəhbərliyi altında institut böyük elmi mərkəzə çevrilir. Bu mərkəzdə respublikanın iqtisadi inkişafının uzunmüddətli proqnozlaşdırılması və perspektiv planlaşdırılması ilə əlaqədar mühüm problemlər işlənir. M.Allahverdiyevin başçılığı və bilavasitə iştirakı ilə “1971-1980-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”, “1976-1990-cı illərdə Azərbaycan SSR-in uzunmüddətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi sxemi” tərtib olunur.
M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikada iqtisad elminin yeni bir istiqaməti - region iqtisadiyyatının optimal fəaliyyəti adlı istiqaməti təşəkkül tapır. Ötən əsrin 70-ci illərinin əvvəllərində “1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas istiqamətləri”, “Uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin metodoloji əsasları”, “Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri”, “İctimai istehsalın strukturunun təkmilləşdirilməsi”, “Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının optimallaşdırılması” və digər bu kimi fundamental elmi tədqiqatların başa çatdırılması ilə həmin elmi istiqamətin əsası qoyulur.
Yaradıcılığının son mərhələsində görkəmli iqtisadçı alimin elmi maraq dairəsinə iqtisadi qanunların fəaliyyət və istifadə mexanizmi, region iqtisadiyyatının təsərrüfat mexanizminin təkmilləşdirilməsi, respublikada milli gəlirin təkrar istehsalı, sənayenin baza sahələrinin inkişafı problemləri daxil olur. Bu problemlər tədqiqatçı alimin “Təsərrüfat mexanizmi və iqtisadi səmərəlilik” (1981), “Azərbaycan SSR-də milli gəlirin təkrar istehsalının tempi və proporsiyaları” (Bakı, “Elm” nəşriyyatı, 1982), “Sənayenin baza sahələri və iqtisadi artım” (Bakı, “Elm”) kitablarında elmi həllini tapır.
Keçən əsrin 80-ci illərinin ikinci yarısında iqtisad elminin, kütləviliyinin artması, digər tərəfdən isə elmin özünün differensiasiyası ilə əlaqədar iqtisadi terminlərdən geniş istifadə olunmağa başlanır. Lakin respublikada mükəmməl və əhatəli iqtisadiyyat terminləri lüğətinin olmaması bu işdə müəyyən çətinliklər yaradırdı. Professor M.Allahverdiyevin başçılığı ilə 20 min termini əhatə edən iri həcmli “Rusca-Azərbaycanca iqtisadiyyat terminləri lüğəti” (376 səh) hazırlandı. Lüğət alimin sağlığında deyil, onun ölümündən sonra - 1994-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap olundu.
Professor M.Allahverdiyev 1992-ci ildə 63 yaşında dünyasını dəyişdi.
Хanlar Cəbrayıl oğlu Şirinov
Хanlar Cəbrayıl oğlu Şirinov 1906-cı ildə Qubadlı rayonunun Abdalanlı kəndində anadan olmuşdur.
1923-cü ildə kənd məktəbini bitirdikdən sonra Bakı şəhərinə gələn X. Şirinov burada fəhlə-gənclər məktəbinə, sonra isə Azərbaycan Dövlət Universitetinə qəbul olur.
1931-ci ildə universiteti bitirən X. Şirinov Azərbaycan Neft və Kimya İnstitunda işləməyə başlayır. Həmin institutda fizika kafedrasının assistenti vəzifəsindən professor, “Atom enerjisinin xalq təsərrüfatında tətbiqi” kafedrasının müdiri vəzifəsinə qədər bir yol keçmişdir.
1941-1945-ci illər müharibəsi başlayanda 1941-ci ildən döyüşən ordu sıralarına daxil olan Şirinov 416-cı diviziyanın tərkibindəki polklardan birində komandirin siyasi işlər üzrə müavini olmuşdur.
Müharibədən sonra yenidən instituta qayıdaraq elmi –pedaqoji fəaliyyətin davam etdirən X. Şirinov namizədlik dissertasiyası müdafiə edir. 1967-ci ildə professor elmi dərəcəsini alan alim respublikanın görkəmli fiziklərindən biri olaraq mühəndis hazırlığı işinə böyük töhfə vermişdir.
O, nəzəri və tətbiqi fizika sahəsində çoxsaylı elmi işlərin və tədris vəsaitlərinin müəllifidir.
Əməkdar elm xadimi adını şərəflə daşıyan X.C.Şirinovun əməyi dəfələrlə yüksək qiymətləndirilmişdir.
Həbib Rəhim oğlu Şirinov
Həbib Şirinov 1929-cu ildə may ayının 1-də Qubadlı rayonunun Qarqışlaq kəndində anadan olmuşdur. O, 1959-cu ildə iqtisad elmləri üzrə elmlər namizədi, 1971-ci ildə, 41 yaşında iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir.
Alim uzun illər, ömrünün sonuna qədər Azərbaycan Xalq Təssərüfatı İnistitutunda işləmiş və neçə-neçə namizəd yetişdirmişdir.
Həbib Şirinov 1984-cü il dekabrın 29-da dünyasını dəyişib.
Fikrət Salam oğlu Adıgözəlov
Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışmışdır.
Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, Azərbaycan Dövlət Plan Komitəsinin ET İqtisadiyyat institutu tərəfindən işlənən "Azərbaycan SSR-də 1970-1990-cı illərdə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri" və "2000-ci ilə qədər dövr üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi"nin əsas müəlliflərindən biri olmuşdur.
Professor Fikrət Adıgözəlov ilk dəfə olaraq suvarma və su kəməri sistemlərindən əkin suyunun, texniki və içməli suyun spesifik xüsusiyyətlərini nəzərə alaraq bu sulardan istifadənin səmərəliliyini əks etdirən göstəricilər sistemini işləyib hazırlamışdır.
Alim iqtisadi elminin digər sahələrinin problemlərinə aid də geniş tədqiqatlar aparmışdır. Alimin kənd təsərrüfatında maddi-texniki resurslar bazarının formalaşması və inkişafı, kənd təsərrüfatında texniki xidmətin formaları və onların səmərəli təşkilinə aid tədqiqatları mühüm elmi maraq doğurur.
Fikrət Adıgözəlov tikinti kompleksinin inkişafını təmin edən bir çox poblemlərin, o cümlədən tikintinin maliyyələşdirilməsi, onun maddi-texniki bazasının yüksəldilməsinin texniki resurslarla təmin olunmasının yaxşılaşdırılması problemləri və tikinti işlərinin təşkili və texnologiyasının təkmilləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsindəki roluna və bir çox digər məsələlərin həllinə aid geniş tədqiqat işləri ilə məşğul olmuşdur.
F.Adıgözəlov apardığı tədqiqat işlərini yekunlaşdıraraq 1990-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yeni elmi istiqamətdə yazdığı "Aqrar-sənaye istehsalında su resurslarından istifadənin effektivliyi" mövzusunda dissertasiya müdafiə etmişdir. F.Adıgbzəlov, V.K.Papisov, E.Y.Uşakovdan sonra keçmiş ittifaqda sudan istifadənin iqtisadi problemləri sahəsində iqtisadi elmləri doktoru dərəcəsi alan üçüncü alim idi.
Professor F. Adıgözəlovun tədqiqatları 152 çap olunmuş əsərlərində, o cümlədən 5 monoqrafiyasında əks olunmuşdur. O, dəfələrlə respublika, ittifaq və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Prof. F.S.Adıgözəlovun rəhbərliyi ilə 8 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, 50-yə qədər doktorluq və namizədlik işlərinə rəsmi opponentlik etmişdir.
F.S.Adıgözəlov 1995-1998-ci illərdə Respublika Təhsil Nazirliyinin Tikinti və Memarlıq sahəsində Metodik Şuranın, 1994-1997-ci illərdə Respublika Elm və Texnika Komitəsinin Tikinti və Memarlıq sahəsində Ekspert Şurasının üzvü olmuş, tikinti işlərinə aid bir sıra problemlərə öz münasibətini bildirmişdir.
O, 2006-cı ildə haqq dünyasına qovuşmuşdur.
Qaçay Heydərov
Qaçay Nəzər oğlu Heydərov 1920-ci il 16 yanvarda Qubadlı Rayonunun Gürcülü kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq ixtisasını dəyişərək iqtisadiyyat tarixindən elmi iş yazmışdir.
Q. Ələkbərov Xalq Təssərüfatı İnstutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi. 2-ci Dünya Müharibəsində iştirak etmişdir. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də yaxşı şerlər yazırdı.
Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat etmişdir.
Canbaxış Nəcəfov
Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir.
Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır.
1994-cü ildə ABŞ-ın Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.
Azərbaycan Tibb Universitetinin professorudur.
Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir. Canbaxış Nəcəfovun elmi işləri ABŞ, Braziliya, Argentina, Kuba, Kosta-Rika, Fransa, İngiltərə, Polşa, Çexoslavakiya və Rumuniya alimləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Gürşad Əsəd oğlu Hüseynov
Gürşad Əsəd oğlu Hüseynov 1920-ci ldə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib aspiranturaya daxil olub. Sonralar İnstitutun Müalicə-profilaktika fakültəsində dekan müavini, "Pataloji-fizoloji" kafedrasının müdiri, Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnistutunun direktoru, Tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi G. Hüseynovun xidmətləri “Qırmızı Əmək Bayrağı” ordeni ilə qiymətləndirilir. O, Ümumittifaq Patofiziololar Cəmiyyətinin üzvü, 200-dən çox elmi əsərin müəllifidir. Neçə-neçə elmlər namizədi və elmlər doktoru yetişdirib. Ömrünün son günlərində "Tələbə" adlı poema yazmışdır.
G. Hüseynov 1979-cu il avqust ayında vəfat etmişdir.
Məmmədov İsaq Mustafa oğlu
Professor İsaq Mustafa oğlu Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində anadan olmuşdur. Onun atası repressiya qurbanı olmuş, balaca İsaq atasız yaşamış, anasının və yaxın qohumlarının himayəsində böyümüşdür. O, 1942-ci ildə kənd orta məktəbi, sonra Şuşada pedaqoji kursu bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdir.
İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949- 1952-ci illərdə aspirantura təhsilini başa vurduqdan sonra BDU-da müəllim vəzifəsinə təyin edilmişdir. 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdır.
Ömrünün 30 ilini BDU-ya həsr etmiş, respublika miqyasında görkəmli pedaqoq və məhsuldar tədqiqatçı kimi tanınan İsaq Məmmədov 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər həmin kafedranın professoru vəzifəsində işləmişdir.
Professor İsaq Məmmədov 200-ə qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Siyasi tarix" və s. kimi dərsliklərin və dərs vəsaitlərinin müəllifi idi. O, 15 elmlər namizədi yetişdirmiş, onlarla doktorluq dissertasiyasının opponenti olmuşdur.
Elm sahəsində böyük xidmətlərinə görə professor İsaq Məmmədov 1981-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü.
İsaq Məmmədov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, 1980-1985-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər rəhbər orqanlarının, müxtəlif müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir. O, 2011-ci il sentyabr ayında vəfat etmişdir.
Həsi Behbud oğlu Abdullayev
Həsi Abdullayev 1910-cu il dekabrın 25-də Qubadlının Qarağac kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa pedogoji məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir.
H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Elimlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP MK-nın məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur. 1945-1955-ci illərdə Azərbaycan KP MK-nın təbliğat şöbəsinin müdiri, mühazirəçilər qrupunun sədri, Azərbaycan KP MK-nın nəzdindəki Ali Partiya Məktəbində SSRİ Tarixi Kafedrasının müdiri işləmişdir. O, 1956-1967-ci illərdə Azərbaycan SSR EA Tarix İnistitutunun "Orta əsrlər tarixi" şöbəsinə rəhbərlik etmiş, 1963-cü ildə "Azərbaycan-Rusiya münasibətləri XVIII əsrin ikinci yarısında" mövzusunda doktorluq işini müdafiə edərək professor adina layiq görülmüşdür. Onun bir çox sanballı elmi əsərləri var.
Həsi Abdullayevin ürəyi 1967-ci il martın 23-də 56 yaşında dayanmışdır.
Həsən Şiralı oğlu Sadıqov
Həsən Şiralı oğlu Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. H. Sadıqov Gəncə şəhərində baytar-feldşer ixtisasına yiyələnmiş, sonra Şuşa zoobaytar texnikumunda təhsilini davam etdirmişdir.
Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına gedən H. Sadıqov sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnərək Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
H.Sadıqov 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olur və oranı qurtardıqdan sonra Saatlı rayonunda müəllimlik edir. 1961-64-cü ildə Sumqayıt şəhərindəki 5, 7 və 9 nömrəli məktəblərdə müəllim, sonra isə məktəb direktoru işləyir. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və hüquq institutunun aspirantı olur.
H. Sadıqov bir müddət Sumqayıt şəhəri partiya komitəsində işləsə də, elmə olan böyük marağı onu partiya işindən ayırır. H.Sadıqov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyası müdafiə edir və M.Əzizbəyov adına Neft və kimya instiututunun fəlsəfə və elmi kommunizm kafedrasında işləyir. 1972-ci ildə həmin institutun Sumqayıt filialının ictimai elmlər kafedrasının müdiri seçilir. O vaxtdan hal-hazıra qədər dosent, professor kimi həmin vəzifədə çalışır.
H.Sadıqovun fəlsəfə elminin müxtəlif sahələrinə aid onlarla kitabı, yüzlərlə məqaləsi vardır.
Əliheydər Şirin oğlu Həşimov
Əliheydər Həşimov 24 iyul 1924-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1938-1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə".
1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir. Onun 250-dən artıq məqaləsi çap edilmişdir. Hazırda Əliheydər Həşimov haqq dünyasındadır.
Məsud Əli oğlu
Məsud Əlioğlu 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və bütün həyatını Respublika Elmlər Akademiyasiının Nizami adına Ədəbiyyat İnistitutu ilə bağlamışdır. 1955-ci ildə "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu"nda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Məsud Əlioğlunun 10 kitabı çap olunub ( 9-u sağlığında, biri isə ölümündən sonra). Məsud ali təhsil almasa idi belə, tanınmiş qələm sahibi ola bilərdi. Belə ki, onun ən yaxın dostları B.Vahabzadə, X.Məmmədov, Şamo Rəhimov, Q.Qasımzadə, İ.Şıxlı, T.Kazımov və N.Rzayev kimi insanlar idi. Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü il 23 iyul tarixdə vəfat etmişdir. İndi Məsud yolunu onun davamçısı Afaq xanım davam etdirir.
Zahid İsfəndiyar oğlu Quliyev
Zahid Quliyev 1936-cı il dekabrın 21-də anadan olmuşdur. Natamam orta təhsilini Mahmudluda, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnistutunun Alman dili fakultəsini bitirib və orta məktəbdə əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.
Z. Quliyev 1962-ci ildə bitirdiyi İnistituta qayıdaraq orada fəaliyyət baş müəllim, dekan müavini, dekan və sonra 10 il kafedra müdiri olur. 1990-cı ildən Roma-German filologiya fakultəsinin dekanı işləyir.
Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik , 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Professordur.
Alimin elmi əsərlərinin sayı 40-dan yuxarıdır, 4 tədris kitabının müəllifidir. Onlarla dissertantın rəhbəri olmuşdur.
Kərimov Mürvət Yusif oğlu
Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır.
1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir.
1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
200-dən artıq ixtira və elmi məqalənin müəllifidir.
Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir. Texnika elmləri doktoru, professordur.
Rafiq Yusifoğlu
Şair, yazıçı, tənqidçi, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz" və s. mükafatların laureatı Rafiq Yusif oğlu Əliyev 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi bitirmiş, Qubadlı qəsəbə orta məktəbində orta təhsil almışdır (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan Sovet poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır.
1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Hazırda Sumqayıt Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.
Afaq Məsud
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud 1957-ci ildə Bakıda Məsud Əlioğlunun ailəsində anadan olub.
Afaq Məsud 1957-ci ildə BDU-nin jurnalistika fakültəsini bitirib. 1986-1988-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib. «Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib. “Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Muradxan Paşa oğlu Cahangirov
Muradxan Cahangirov 1919-cu ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qubadlı kənd məktəbində müəllim kimi başlayan Muradxan Cahangirov Qubadlı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə qədər müxtəlif vəzifələrdə işləmişdir. Lakin Muradxan müəllim ömrünün 60 ilini elmə - doğma dilimizin tədqiqi kimi şərəfli və məsuliyyətli bir işə həsr etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Muradxan Cahangirov ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnistitutunda çalışaraq "dilçilikdə Muradxan məktəbi" yaratmağa nail olmuşdur. O, ”Azərbaycan milli ədəbi dilinin təşəkkülü” adlı namizədlik və ”Milli təşəkkül dövründə Azərbaycan ədəbi dilinin aparıcı üslubları” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. Muradxan müəllim bu işlərini birini 1978-ci ildə, digərini isə 1989-cu ildə iki cildli monaqrafiya şəklində çap etdirmişdir.
Muradxan Cahangirov 1996-cı ilin aprel ayının 26-da vəfat etmişdir.
Xəlilov Mübariz Sevdimalı oğlu
Xəlilov Mübariz Sevdimalı oğlu 24 dekabr 1955-ci ildə Qubadlı rayonunda anadan olmuş, 1971-ci ildə Qubadlı qəsəbə orta məktəbini, 1975-ci ildə ADPU-nun riyaziyyat fakültəsini bitirmişdir.
1984-cü ildə "Meyl edən argumentli parametrik diferensial və integral tənliklərin tədgigi" mövzusunda namizədlik disertasiyası müdafiə edib fizika riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1979-1993-cü illərdə AMEA-nın Mexanika və Riyazyyat İnstitunda işləməklə, 1979-1980-ci illərdə Moskva şəhəri Steklov adına Riyaziyyat İnstitutunda elmi ezamiyyətə olmuşdur. 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyası Mexanika və Riyaziyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasinda Tətbiqi riyaziyyat kafedrasında dosent vəzifəsində işləmişdir. 1997-ci ildə BDU-nun "Ümumi Riyaziyyat" kafedrasının dosenti, 1998-1999-cu illərdə "Ümumi Riyaziyyat" kafedrasında kafedra müdiri əvəzi, 2000-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakultəsi ümumuniversitet "İnformatika" kafedrasinın mudiri vəzifəsində işləyir. Kompüter texnologiyası, informatika dərslərini aparır. 60-dan artıq məqalə, dərslik, dərs vəsaitinin müəllifidir Azərbaycan Respublikasi Təhsil nazirinin fəxri fərmani ilə təltif edilmişdir.
Şərifov Yaqub
Yaqub Şərifov 1958-ci ilin mart ayının 1-də Qubadlı rayonunun Başarat kəndində anadan olmuşdur. 1968-1973-ci illərdə Başarat kənd səkkizillik məktəbində, 1973-1975-ci illərdə isə Bakı şəhər 226 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirib, 1980-1984-ci illərdə AMEA-da aspiranturada oxumuşdur. 1990-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Rəhimov Rəhim Məhəmməd oğlu
Rəhimov Rəhim 1953-cü il mart ayının 4-də Qubadlı rayonunun Saldaş kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhər 115 saylı orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutuna qəbul olub. 1976-cı ildə İnstitutu bitirərək 1978-ci ilədək Azərbaycan Milli Elimlər Akademiyasının "Fizika" İnstitutunda böyük mühəndis vəzifəsində işləyib.
1978-ci ilin sentyabrından Azərbaycan Texniki Universitetində fəaliyyətə başlamışdır. 1978-1980-ci illərdə "Sənaye elektronikası" kafedrasında baş laborant, 1980-1988-ci illərdə assistent, 1989-94-cü illərdə baş müəllim vəzifələrində işləmişdir. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizadi adına layiq görülmüşdür. 1994-cü ildə dosent seçilmişdir. 2003-cü ildən M.Topçubaşov adına Cərrahiyyə mərkəzi ilə elmi əməkdaşlıq edərək onlarla birlikdə maqnitoteriya, diaqnostika aparatı yaratmaqla həmin xəstəxanada tətbiq etmişdir. Rəhim Rəhimov 10-dan çox ixtiranın, 70-dən çox elmi məqalənin, 10 kitabın müəllifidir. Hal hazırda AzTU-də "Avtomatika və kompüter texnikası" fakültəsinin elmi şurasının üzvü,"Sənaye elektronikası" kafedrasının dosentidir.
İslam Gəray oğlu Paşayev
İslam Paşayev 01 mart 1957-ci ildə Azərbaycan Respublikası, Qubadlı rayonunda anadan olmuşdur.
1974-1982-ci illərdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin tələbəsi, 1986-1990-cı illərdə universitetin yarımkeçiricilər fizikası kafedrasının aspirantı olmuşdur.
1990 –cı ildə namizədlik dissertasiyası mudafiə edib fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
1979-2002-ci illərdə Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının baş mühəndisi, 2002 -2007- ci illərdə həmin kafedranın müəllimi, 2007-dən isə dosenti olmuşdur. 50-dən artıq elmi məqalənin, 1 kitabin müəllifidir.
Rövşən Zülfüqar oğlu Hümbətəliyev
Rövşən Hümbətəliyev 1970-ci il noyabrın 6-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. 1987-ci ildə Sumqayıt şəhər 12 saylı orta məktəbi bitirmişdir. 1987-1990-cı illərdə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnistitutunda elektrofizika fakültəsinin yarımkeçiricilər və dielektriklər ixtisası üzrə təhsil almışdır. 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin axşam şöbəsində təhsil alaraq oranı «riyaziyyat» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
R.Z.Hümbətəliyev, həmçinin, C.Naxçıvanski adına Bakı Rabitə Kollejinin mühasibat uçotu və audit ixtisasını fərqlənmə diplomu ilə, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının müəssisənin iqtisadiyyatının təşkili ixtisası üzrə bakalavr və magistr pilləsini qiyabi olaraq bitirmişdir.
1996-cı ildə AMEA-nın Riyaziyyat və Mexanika İnistitutunun aspiranturasına qəbul olmuş, 2000-ci ildə «Bir sinif dördtərtibli operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
R.Z.Hümbətəliyev bir çox beynəlxalq (Türkiyədə, Rusiyada, Ukraynada) və respublika səviyyəli konfrans və simpoziumlarda iştirak etmişdir. Onun aldığı nəticələr AMEA RMİ-nin ümuministitut, "Funksional analiz", "Qeyri - harmonik analiz", "Riyazi fiziki tənliklər" və "Diferensial tənliklər" şöbələrinin seminarlarında, akademik M.Q.Qasımovun seminarlarında, BDU-nun "Funksional analiz və funksiyalar nəzəriyyəsi", "Tətbiqi riyaziyyat", Beynəlxalq Ekoenergetika Akademiyasının seminarinda, Rusiya Elimlər Akademiyasının həqiqi üzvü V.A.İlinin seminarında dəfələrlə müzakirə edilmişdir. Onun 60-a qədər elmi məqaləsi (bundan 23-ü xaricdə) və 1 monaqrafiyası (xaricdə) çap edilmişdir.
Mərdanov Nail Teyyub oğlu
Nail Mərdanov 8 iyul, 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993 - 2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Hümmət Məhəmməd oğlu Abbasov
Hümmət Abbasov 1938-ci il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1962-ci ildə Universiteti bitirdikdən sonra Moskva vilayətinin İstra şəhərindəki Elektro-mexanika Elmi Tədqiqat inistitunda mühəndis-proqramçı vəzifəsində, sonra 1974-cü ilə kimi Moskvadakı Mərkəzi Dənizçilik ET İnistitutunda mühəndis-proqramçı vəzifəsində işləmişdir. 1974-1978-ci illərdə Elmlər Akademiyasının Kibernetika İnstitutunda, 1978-1988-ci illərdə Bakı Dövlət Universitetinin hesablama mərkəzində riyaziyyatçı-proqramçı, 1988-1992-ci illərdə Bakı Dövlət Universitetinin "hesablama riyaziyyatı" kafedrasında dissertant olmuşdur. 2007-ci namizədlik dissertasiyasını müdafiə etmişdir.
Hümmət Abbasovun 10-dan çox elmi işi çap olmuşdur.
Teyyub Allahverdi oğlu İsmayılov
İsmayılov Teyyub 1947-ci ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dovlət Universitetinin kimya fakültəsinə daxil olub və 1969-cu ildə ali təhsilini başa vurub. Ordudan qayıtdıqdan sonra Yusif Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun (1971-ci ildə) aspiranturasına daxil olub. Mərhum akademik Vahab Səfər oğlu Əliyevin rəhbərliyi altında namizədlik dissertasiyası mudafiə edərək, kimya üzrə fəlsəfə doktoru adını alır. O vaxtdan indiyə qədər həmin institutda işləməklə elmi işini davam etdirir. Apardığı elmi-tədqiqat işlərinə dair 50-dən artıq məqaləsi dərc olunub. 10-dan artıq muəlliflik şəhadətnaməsi alıb. Alimin elmi məhsulu olan butun bu işlərin həm nəzəri və həm də praktiki əhəmiyyəti vardır.
Təhmasib İsmayıl oğlu İsmayılov
Təhmasib İsmayıl oğlu İsmayılov 1944-cü il yanvar ayının 12-də Qubadlı rayonunda anadan olmuşdur. 1951-1961-ci illərdə Qubadlı 1 saylı orta məktəbdə təhsil alıb. 1961-ci ildə Neft və Kimya İnistitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə qəbul olub. 1967-ci ildə oranı bitirərək Sumqayıt Kimya Kombinatına işə göndərilib. 1971-ci ildən Sumqayıt şəhərindəki Neft, Kimya, Avtomat Elmi-Tədqiqat və Layihə inistitutuna kompleks avtomatlaşdırma sahəsi üzrə elmi işçi kimi irəli çəkilir.
1971-ci ildən Sintetik Kauçuk Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (TPAİS) labaratoriyasında əvvəlcə mühəndis, böyük mühəndis, sonra elmi-tədqiqat qrupunun rəhbəri, böyük elmi işçi, 1983-cü ildən isə laboratoriya müdiri vəzifəsində çalışıb. Onun birbaşa iştirakı ilə Novokuybşevsk, Saratov, Türkmənistanın Neortezavodsk və Sumqayıt şəhərinin bir sıra müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanmasında və tətbiqi sahəsində xeyli işlər görülmüşdür.
Sonralar T.İsmayılov Sumqayıt Sintetik Kauçuk Zavodunda-stirol kauçukun istehsalının- TPAİS-in işlənib hazırlanmasında məsul icraçıya çevrilir. 1984-cü ildə TPAİS istehsalatda müvvəfəqiyyətlə tətbiq edilmişdir.
T.İsmayılov kimya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 112 ixtiranın müəllifi olmuşdur ki, həmin ixtiraların 14-ü Sumqayıt Sintez-Kauçuk Zavodunda tətbiq edilmişdir. 1982-ci ildə ona Sumqayıt şəhərinin ən yaxşı ixtiraçısı adı verilmiş, elə həmin il Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinin Respublika Şurasının fəxri fərmanı ilə təltif olunmuşdur. O, 1989-cu ildə Azərbaycan Respublikasının "əməkdar ixtiraçısı" adına layiq görülmüşdür.
Şamı Fərzalı oğlu Sadıqov
Şami Sadıqov 1941-ci ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 1965-ci ildə oranı bitirib. Ali təhsilini başa vurduqdan sonra öz doğma kəndi Molluda ixtisası üzrə müəllim işləyib. 1968-ci ildə Azərbaycan EA Neft-kimya Prosesləri İnstitutunun aspiranturasına qəbul olub. 1974-cü ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
1971-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Sumqayıt Polimer materialları institutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsini tutur.
Hazırda həmin institutun polimerlərin kimyəvi modifikasiyası laboratoriyasına rəhbərlik edir. Onun polimerlər kimyasına dair bir sıra əsərləri nəşr olunub. Bundan başqa polimerlərin kimyəvi modifikasiyasına dair laboratoriyada alınan bir sıra nəticələrdə onun əməyi böyükdür.
Arif Süleyman oğlu Rəhimov (Şamo Arif)
Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. Yazıçı-publisist Ş.Arif həm də geologiya və minerologiya üzrə görkəmli alimdir. Onun 1961-ci ildə R.Rəhimovla çap etdirdiyi "Xəzər və neft" kitabı bu günə gədər öz aktuallığını saxlayır. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışan alim, ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edir.
Şamo Arif 2012-ci ildə vəfat etmişdir.
Mehdi Əli oğlu Əliyev
Mehdi Əliyev 1930-cu ildə Qubadlı rayonunun Çardaxlı kəndində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra bir müddət Gəncə təhsil şöbəsində inspektor işləyib. 1953-59-cu illərdə Bakı Neft Texnikumunda müəllim və şöbə müdiri vəzifələrində çalışıb. 1959-1961-ci illərdə Sumqayıt Kimya Texnologiyaları Texnikumunda eyni vəzifələri daşıyıb. Bir müddət Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, iqtisad elmləri namizədi, bir neçə monagrafiyanın müəllifidir. Mehdi müəllim Azərbaycan KP Marksizm-Leninizm Universitetinin Sumqayıt filialının direktoru vəzifəsində işləmişdir.
Mehdi Əliyev 1996-cı ildə vəfat etmişdir.
Arif Alışanov
Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. İqtisad elmləri namizədidir.
Cabbarov Məhəmməd Paşa oğlu
Cabbarov Məhəmməd Paşa oğlu 1940 –cı ildə anadan olmuşdur.1960 –cı ildən Bakı Elmi- tədqiqat travmotologiya və ortopediya insitunda əmək fəaliyyətinə başlayaraq həmin insitutun direktoru vəzifəsinə qədər yüksəlmişdir.Tibb Elmləri namizədi, Azərbaycan respublikasının əməkdar ixtrraçısı. əla diplomlu travmotoloq-ortoped, Respublika travmotoloqlar ortopedlər cəmiyyətinin üzvü olmuşdur.
Böyük əksətiyyəti xarici ədəbiyyatlarda çap olunmuş 60- a yaxın elmi əsəri, 20 ixtira və çoxlu səmərələşdirici təkliflərin müəllifidir.
1970- ci ildən öz elmi-təcrübü fəaliyyətini Kurqan travmotologiya və ortopediya və ortopediya mərkəzi və şəxsən akademik Q.A.İlizarovla bağlayaraq, həmin mərkəzin elmi-təcrübi yeniliklərini respublikamızda geniş tətbiq etmişdir. O, 1978- ci ildə Kurqan şəhərində keçirilən Ümumittifaq travmotoloq-ortopedlər konfransında elmi məruzəsi ilə bərabər, müzakirədə çıxış etmiş və on ilə yaxın İlizarov cihazı ilə işləmək təcrübəsinə əsasən, həmin cihazda bəzi çatışmazlığın olduğunu qeyd edərək, sonralar bu sahədə axtarış işinin nəticəsi olaraq 1981-ci ildə “M.P.Cabbarovun sıxıcı –dartıcı cihazı”adlı ixtirasına müəlliflik şəhadətnaməsi almışdır.
1988- ci ildə həmin cihaz SSRİ XTNS- nin gümüş medalına, 1989- cu ildə isə SSRİ ixtiralar komitəsinin “İlin ən yaxşı ixtirası” diplomuna və mükafatına layiq görülmüşdür.
1988- ci ilin aprel ayında O, ixtira etdiyi cihazı Lissabon (Portuqaliya) Ümumdünya sərgisində müvəffəqiyətlə nümayiş etdirmişdir. Yerli mütəxəssislərin xahişi ilə Lissabon Karri Kabral qospitalında ortopediya şöbəsində qəzaya uğramış 67 yaşlı qadının üzərində çox ağır cərrahiyə əməliyyatını uğurla apararaq ixtira etdiyi cihazın məziyyətlərini əyani şəkildə göstərmişdir. Həmin əməliyyatdan sonra Portuqaliya mətbuatında “Cabbarovun əlləri əsl möcüzələr yaradır”-kimi başlıqlı bir sıra məqalə və müsahibələr dərc olunmuşdur. Eyni zamanda ona Portuqaliyada işləyib mütəxəssis hazırlamaq və cihazı Lissabon şəhər zavodlarında istesal etmək təklifi olunmuşdur. 1988–ci ildə Lissabon Beynəlxalq sərgisində aktiv iştirakı və Azərbaycan respublikasının nailiyyətlərinin uğurlu təbliğinə görə xüsusi fəxri fərmanla təltif edilmişdir.
M.P.Cabbarovun ixtira etdiyi cihaz 1989- cu ilin Hindistanın Dehli və Bombey şəhərlərində təşkil olunmuş sərgilərdə və 1991- ci il Ümumdünya Tehran sərgisində , Türkiyənin Ankara, Antaliya şəhərlərində, 1992 ci ildə Təbrizdə təşkil olunmuş sərgidə uğurla nümayiş etdirilmiş və müəllifin özünün çıxışları böyük marağa səbəb olmuş, müəllifə İran,Türkiyə Səhiyyə Nazirliyi və müxtəlif klinikalar tərəfindən orada işləmək və cihazı istehsal etmək təklifi edilmişdir.
M.P.Cabbarov 1999 u ilini mart ayında əbədiyyətə qovuşmuşdur.
Baxış Hüseyn oğlu Hüseynov
Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur. 1953-cü ildə Qubadlıda orta məktəbi bitirmişdir. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomotoloji İnistitunun aspirantı olmuş, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönmüşdür. Bir müddət ATİ-nun "Üz-çənə cərrahiyəsi" kafedrasında assisent vəzifəsində çalışmış, 1969-cu ildə dossent seçilmişdir. 1974-1979-cu illərdə həmin kafedraya müdir seçilib. 1986-96-cı illərdə respublika klinik xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində müdir işləmişdir (fasilələrlə). 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləmişdir. Onun bir neçə ixtirası və kəşfi var, 60-dan çox elmi məqaləsi çap olunub.
Əliyeva Pərvanə İsmayıl qızı
Əliyeva Pərvanə 1969-cu ildə Qubadlı rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Qara İlyasov adına Qubadlı şəhər adına orta məktəbini qızıl medalla bitirmişdir. 1987-ci ildə ADTU-nin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1993-cü ildə həmin universiteti "fərqlənmə" diplomu ilə bitirmişdir. 1993-cü ildə ATU-nun II mamalıq ginekologiya kafedrasında baş laborant, 1997-ci ildən isə həmin kefadrada assistent vəzifəsinə təyin olunub. 2008-ci ildən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 15 elmi məqalənin müəllifidir.
Mirağa Əli oğlu Əliyev
Mirağa Əliyev 1912-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində anadan olmuşdur. 1930-cu ildə Quba kənd təsərrufatı texnikumunu bitirib, Qubadlı və Laçın rayonlarında müəllim, Laçın heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSRİ Xalq Torpaq Komissarlığının inspektoru işləyib. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib, könüllü olaraq cəbhəyə gedib. O, döyüşlərdə mərdlik göstərək “Qırmızı Bayraq Ordeni” ilə təltif olunmuşdur.
Mirağa Əliyev müharibədən sonra Bakı Kənd Təsərrüfatı Texnikumunda dərs hissə müdiri, Azərbaycan Pedaqoji İnistitutunda partiya komitəsi katibi işləyib. 1948-ci ildən başlayaraq Qubadlı, Duvannı, İmişli və Qasım İsmayılov rayon partiya komitələrinə rəhbərlik edir, sonra isə Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci və bir müddətdən sonra 1-ci katibi, 1954-cü ildən isə Azərbaycan KP MK-nın məsul təşkilatçısı təyin edilmişdir. 1961-ci ildən ömrünün sonuna kimi Azərbaycan Pedaqoji İnistitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru idi.
Mirağa Əliyev 1973-cü ildə dünyasını dəyişib.
Qasımzadə Nəriman Qasım oğlu
1956-cı il dekabrın 26-da Bakıda şair Qasım Qasımzadənin ailəsində anadan olmuşdur. Bakı şəhər Hüseyn Cavid adına 132 saylı orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977-1978) və Liviyada (1980-1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979-1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979-1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983-1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984-1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri vəzifələrində (1989-1992), ABŞ-ın Corctaun Universiteti (2003-2004) və Macarıstanın Mərkəzi Avropa Universitetində(2006-2007) elmi araşdırmaçı qismində çalışmışdır. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdə Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri (“Göyərçin” jurnalı, 1973) olmuşdur. Fəal yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri “Yaşıl budaqlar” (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra ölkəmizin ədəbi qəzet və jurnallarında, xaricdə - Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur. Müqəddəs Kitabımız Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1999-cu ildən Azərbaycan Din və Demokratiya Mərkəzinin Sədridir.
Cabbarova Lalə Məhəmməd qızı
1975-ci il iyul ayının 9-da Bakı şəhərində məşhur həkim Məhəmməd Cabbarovun ailəsində anadan olmuşdur. 1982-1992-ci illərdə Bakı şəhərindəki 44 saylı orta məktəbdə təhsil almışdır. 1992 - ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya şöbəsinə daxil olmuşdur. 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdikdən sonra, Bakı Dövlət Universitetinin psixologiya kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olmuş və 2002-ci ildə «Müasir şəraitdə tənhalığın sosial-psixoloji problemləri» mövzusunda psixologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1997-2007 – BDU-nun psixologiya kafedrasında müəllim 2003-2007 – Azərbaycan Milli Aviasiya Akademiyasının Aviasiya psixofiziologiyası və reabilitasiya kafedrasında müəllim işləmişdir. 2007-ci ildən BDU-nun psixologiya kafedrasının dosentidir.
Inşallah Ixtiyar oğlu Qafarov
Qafarov İnşallah Qubadlı rayonunun Mollu kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1981-ci ildə Bakı Dovlət Universitetinin tarix fakültəsinə qəbul olub. Universitetdə əlacı oxuduğu və ictimai işlərdə fəal iştirak etdiyinə görə onu təhsilini davam etdirmək ucun Leninqrad Dovlət Universitetinə gondərirlər. Leninqradda oxuyarkən təhsil əlacısı kimi fərqlənir və oxuya-oxuya elmi işə maraq gostərir.
Leninqradda təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və elmi iş uzərində işləməyə başlayır. 1996-cı ildə "Şəxsiyyətin ictimai-siyasi fəallığının sosioloji təhlili" movzusunda namizədlik dissertasiyası mudafiə edərək sosioloji elmlər namizədi alimlik dərəcəsi adını alır.
Alimin şəxsiyyət probleminə aid 10-dan artıq əsəri cap olunub.
Cabir Məhəmməd oğlu Quliyev
28 dekabr 1973-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. 1990-cı Bakı şəhəri 115 saylı orta məktəbi bitirmişdir.
1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin „Hüquq“ fakültəsində təhsil almışdır.
1995-1999-cu illərdə BDU-nun Cinayət hüyququ və kriminologiya kafedrasının aspirantı olmuşdur.
2005-ci ildə “Cinayət hüququnda şərti məhkum etmə və onun tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin „Konstitusiya hüququ“ kafedrasında müəllim, 2000-ci ildən isə „Cinayət hüququ və kriminalogiya“ kafedrasında müəllim, baş müəllim vəzifələrində calışmış və hal-hazırda həmin kafedranın dosentidir.
Ziyafət Sabir qızı Eminova
Ziyafət Eminova 1960-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. 1976-cı ildə Q.İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirib. Ali təhsilini Bakı Dövlət Universitetində almışdır. Ali təhsil aldıqdan sonra xeyli müddət M.F.Axundov adına Mərkəzi Kitabxanada şöbə müdiri vəzifəsində işləmişdir. Hal -hazırda Azərbaycan Tibb Universitetinin elmi əsaslı kitabxanasında böyük redaktor vəzifəsində çalışır. İlk olaraq respublikada tibb tarixi sahəsində araşdırma və tədqiqat apararaq tarix üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Əhliman Axundov
Əhliman Axundov 1903-cü il 30 sentyabrda Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. 1927-ci ildə Şuşa Qiyabi Pedaqoji Texnikumunda təhsil almış və eyni zamanda müəllimlik etmişdir. 1932-ci ildə Bakı şəhrində Ali Pedaqoji İnstitu bitirərək aspiranturada saxlanır. Aspiranturada H.Araslı, S.Vurğun, C.Xəndan, M.Cəlal, M.Rahim və başqaları ilə birlikdə oxumuşdur. Elmi rəhbəri məşhur dilçi alim Akademik B.Çobanzadə olmuşdur. 1946-cş ildə namizədlik dissertasiyasını müdafiə edir. O, ərəb və fars dillərini mükəmməl bilirdi.
Əhliman Axundov böyük folklorşünas alim idi. O, folklor sahəsində, təhsil sahəsində 150-dən artıq kitablar toplamış və ya yazaraq çap etdirmişdir. "Qaçaq Nəbi" dastanını Əhliman Axundov toplamışdır.
Əhliman Axundov 1977-ci ildə sentyabrın 1-də vəfat etmişdir.
Qızılgül Abdullayeva
22 mart 1952-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olmuşdur. Orta məktəbi Sumqayıt şəhərində bitirib 1969-cu ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1974-cu ildə universiteti bitirmişdir.
1974-1977-ci illərdə Zərdab rayonu Əlvənd kənd orta məktəbində müəllim işləyib.
1977-1978-ci illərdə ADU-nun Elmi kitabxanasında kitabxanaçı, 1978-1983-cü illərdə ADU-nun Elmi kitabxanasında böyük kitabxanaçı, 1983-1984-cü illərdə ADU-nun Elmi kitabxanasında metodist işləyib.
1984-1987-ci illərdə ADU-nun əyani aspirantı olub.
1987-1990-cı illərdə ADU-nun türkologiya kafedrasında baş laborant, 1990-1993-cü illərdə ADU-nun türkologiya kafedrasının baş müəllimi işləyib.
1993-cü ildən BDU-nun türkologiya kafedrasının dosentidir.
1988-ci ildə «Müasir azərbaycan ədəbi dilinin bədii üslubu (50-ci illər ədəbi nəslinin şeir dili əsasında)» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Abbas Abbasov
1942-ci il fevral ayının 3-də Qubadlı rayonunda anadan olmuşdur.
1949-1959-cu illərdə Qubadlı rayonunda orta məktəbdə təhsil alıb.
1973-1982-ci illərdə BDU-nun Qərbi-Avropa Dilləri kafedrasında baş laborant işləyib.
1983-1986-cı illərdə Nigeriya Federativ Respublikasında xidməti ezamiyyətdə olub.
1986-1990-cı illərdə BDU-da baş müəllim işləyib.
1990-cı ildə dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
1969-cu ildən bu günə qədər BDU-da çalışır. 1990-cı ildən BDU-nun ingilis dili kafedrasının müdiridir
Məfkurə Salam qızı Hüseynova (Adığözəlova)
Məfkurə Adıgözəlova 1939-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. Məfkurə xanım hələ orta məktəbdə oxuyarkən ictimai-siyasi işlərə maraq göstərmiş, 1958-ci ildən 1962-ci ilə qədər olan dövrdə Qubadlı rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Onun işgüzarlığı, yerinə yetirdiyi işlərdə tələbkarlığı onu respublika komsomol komitəsində məsul vəzifələrə gətirib çıxarmışdır. O, 1966-cı ildə təhsilini Azərbaycan Dövlət Universitetində başa vuraraq filoloq ixtisasına yiyələnmişdir.
Məfkurə xanım Bakıda Ali Partiya məktəbinə daxil olub ikinci ali təhsil almışdır.
1971-ci ildən başlayaraq həyatını Azərbaycan Dövlət Tibb İnstitutuna bağlayıb, Əvvəlcə Azərbaycan dili kafedrasında müəllim, sonra baş müəllim və nəhayət, dosent vəzifəsini tutmuşdur. 1984-cü ildə "Müasir Azərbaycan dilində xəbərlik kateqoriyası" mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru adını alıb. Hazırda "Azərbaycan dili" kafedrasında dosent vəzifəsində işləyir. Onun respublika mətbuatında dilçiliyimizin müxtəlif sahələrinə dair 30-a yaxın məqaləsi və üç metodik işi nəşr olunmuşdur.
Məhəmməd İsmayıl oğlu İsaxov
İsaxov Məhəmməd İsmayıl oğlu 1896-cı ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur.
O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən rus məktəbində alıb. Sonra Bakıya gəlmiş Nobel qardaşlarının mədənində fəhlə, telefonçu və kiçik kontor işçisi olmuşdur. İnqilabçılar sırasına daxil olaraq Sovet hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır.
Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə fakültəsində təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət Darülfünunun təbiət fakültəsində təhsil alır. Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq müəllimlərinin sırasına daxil olur. Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik edir və bütün biliyini bu yolda sərf edir. Ömrünün son 13 ili ərzində Məhəmməd İsaxov əvvəlcə Qiyabi Pedaqoji İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır. Pedaqoji işi ilə yanaşı "Təbiyyat dərslərində ölkəşünaslıq işləri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alır.
1953-cü il noyabr ayının 15-də Bakı şəhərində vəfat etmişdir.
Babayev Famil
1936 – cı ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olmuşdur.
1959 – cu ildə APU - nu, 1968 – ci ildə BDU - nu bitirib.
1974 – «Kicik Qafqaz dağ göllərinin su və bataqlıq flora və bitkiliyi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1959 – cu ildən 1970 – ci ilə kimi Bakışəhəri orta məktəblərində müəllim, sonra BDU – də laborant, baş laborant, müəllim, baş müəllim və dosent işləmişdir.
1970 – ci ildən biologiya fakültəsində çalışır. 70-dən artıq məqalənin və 5 kitabın müəllifidir.
Alışov Mönsüm Ədil oğlu
Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirib. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin institutu bitirmişdir. 1976-cı ildən Qubadlı rayonunda riyaziyyat müəllimi işləməyə təyinat almışdır. 1980-cı ilə kimi Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə Sumqayıt şəhərinə köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.
M.Alışov 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-cı ildə Azərbaycan ETPE İnstitutunun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi olan Sumqayıt Pedaqoji Seminariyasını təsis etmiş və ona rəhbərlik etmişdir. 2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantıdır.
M.Alışov 1980-ci illərdə respublikamızın məktəblərində “İnformatika” fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədi ilə müxtəlif zamanlarda 30-dan çox elmi publisistik məqalələrlə mətbuatda çıxış etmişdir. M.Alışov 2008- ci ildə "Qızıl qələm"media mükafatına layiq görülmüşdür.
M. Ə. Alışov Sumqayıt Dövlət Universitetinin İnformatikanın tədrisi metodikası kafedrasının dosenti, 2009-cu ildən Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri üzrə prorektorudur.
Şamo Süleyman oğlu Rəhimov
Şamo Rəhimov 1931-ci il aprelin 2-də Bakıda, xalq yazıçısı Süleyman Rəhimovun ailəsində dünyaya göz açmışdır. Onun elmi axtarışlar ilə yanaşı ilhamlı bir şair olduğunu unutmaq olmaz. Hələ 14 yaşından ilk şerlərini yazmağa başlamış və 1957-ci ilə qədər bu sahədə öz işlərini davam etdirmişdir. Şamonun ədəbi yaradıcılığından yalnız "Gənclik" nəşriyyatının çap etdirdiyi "Ayrılıq" kitabı yadigar qalmışdır. Şamo 1948-ci ildə orta məktəbi qurtardıqdan sonra, Moskva Dövlət Universitetinin fizika fakültəsinə qəbul olur və oranı 1953-cü ildə müvvəfəqiyyətlə bitirir. O, özünün ilk elmi əsərində seysmik cihazlarla aparılan hesablamanın formulasına prinsipal dəyişikliklər əlavə etməyə nail olmuşdur.
Gənc alim Şamo Rəhimov özünün namizədlik dissertasiyası ilə seysmologiya elminə mühüm yeniliklər gətirdi. 1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətlərinin eksperimental öyrənilməsi" mövzusunda yazdığı elmi əsərini müvvəfəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldı. Respublikaya qayıdaraq Azərbaycan SSR Elimlər Akademiyasının Geologiya İnstitutunda işləməyə, bir müddət sonra isə özü tərəfindən təşkil edilmiş bölməyə rəhbərlik etməyə nail olmuşdu. Çox qısa müddətdə 40-a yaxın əhəmiyyətli elmi əsər yazmış gənc alimi dünya seysmoloqları çox tez tanıdılar. Onun əsərləri SSRi EA-nın Xəbərlərində dərc olunduqdan sonra ingilis, fransız, alman dillərinə tərcümə olundu. Şamonun həmin əsərlərində toxunduğu mürəkkəb elmi problemlər, dünyada nüfuzlu mütəxəsislər tərəfindən yüksək rəylər verilməsi onun böyük fitri istedadından xəbər verirdi. O, öz əsərlərində yağış və tufan kimi, zəlzələnin də qabaqcadan xəbər verilməsi, alternativ enerji alınması məsələlərinə toxunurdu. 1962-ci ildə Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirmişdir. Onun işləyib hazırladığı üsullar Azərbaycanın seysmik rayonlaşdırılması üçün baza oldu. O, Azərbaycan üzrə seysmostatik məlumatlar əsasında yer qabığının öyrənilməsinin yeni üsulunu işləyib hazırlamışdır.
Görkəmli seysmoloq, professor, ABŞ Prezidentinin elmi işlər üzrə məsləhətçisi Frank Press Şamonu Amerikaya dəvət etmiş, lakin hakimiyyət ona xaricə getməyə icazə verməmişdir. Bu həmin Frank Press idi ki, Şamo onun və müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdir. O, bu barədə öz üsulunu tətbiq etmiş və yeni əsaslı düstur çıxarmışdı. Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq və eləcə də Frank Press, M.Yuinq də Şamonun bu yeni kəşfini təsdiqləmişdilər.
Şamonun səthi dalğaların faza sürətlərini təyini haqqında təklif etdiyi üsul orta sürüşmə qaydasının tətbiqi vasitəsilə hərəkət dövrələrinin müəyyən edilməsindən ibarətdir. Seysmik stansiyalar arasındakı məsafə 100 km və daha az olduqda belə bu üsul son dərəcə düzgün və dəqiq nəticələr verir. Onun təklif etdiyi bu üsul, ağır və uzun sürən hesablamaları bir neçə dəfə azaldır.
Alim Yerin müəyyən sahəsində zəlzələ qüvvəsinin dəyişilməsi qanunauyğunluqlarını tədqiq edərək, əldə edilən məlumatlar və aşkara çıxarılan uçqunluqlar əsasında Yer qabığındakı sahələri müəyyən etməyə müvvəfəq oldu.
Şamo Rəhimov məhəlli olmayan makroseysmik güclü zəlzələlərin məlumatı əsasında geosentral və nisbətən nöqtə hesab edilə biləcək, hətta kiçik ərazini mikroseysmik rayonlara bölmək üsulunu hazırlamışdır. Bu üsulla seysmik cəhətdən təhlükəli və dəhşətli zəlzələ nahiyələrindən lazımi qədər uzaqlarda olan tədqiqat sahələrində belə zəlzələ gücnünün necə söndüyünü müşahidə etmək olur. Bu zonada hər bir bina üçün zəlzələdən seysmik effekt müəyyənləşdirilir.
Şamo Rəhimovun seysmomikrorayonlaşdırma üsulu mühəndis-seysmologiyada indiyə qədər olan bütün üsullardan ən faydalısı və maddi cəhətdən ən əlverişlisidir.
Şamo Rəhimov, ötrücü zonaların neft laylarının və yaxud tektonik dağılmaların olduğu yerdə baş dalğaların qodoqraflardakı parçalanmalarını tədqiq etmiş, mühüm enerjinin səthi dalğaların tezlik spektrində paylanması məsələsini müəyyənləşdirmiş, rele səthi dalğalarının Yer qabığının iki laylı modeli üçün nəzəri dispersiyanı hesablamış və Azərbaycanda Yer qabığınım qalınlığını təyin etmişdir.
Şamo Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəllifdir. O, eyni zamanda geofizika sahəsində də bir sıra elmi tədqiqatlar aparmışdır. Onun son əsəri seysmologiyanın əsas və mühüm məsələlərindən biri olan yer altındakı sərhədlərin həlli məsələsinə həsr edilmişdir. Yerin dərinliklərinin quruluşunu öyrənmək üçün o, yeni "yaxınlaşdıranlar, stansiyalar" üsulu hazırlamışdır. Zəlzələnin seysmoqramda qeyd edilmiş bütün materiallarını əvvəldən-axıra qədər öyrənərək, Şamo seysmologiyaya yeni anlayış "qlobal dalğalar" anlayışını gətirmişdir. Bu, "qlobal dalğalar" bütün stansiyalarda qeyd edilir. Bunun da əsasında Şamo, Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcə səmərəli üsulunu təklif etmişdir.
Şamo Süleyman oğlu Rəhimov SSRİ Elmlər Akademiyası Seysmologiya Şurasının Seysmik Müşahidələr Vahid Şəbəkəsi Komissiyasının, SSRİ Elmlər Akademiyası Geologiya Şurasının, SSRİ Elmlər Akademiyası Regional Şuranın Qafqaz bölməsinin inkişafı və öyrənilməsi Komissiyasının üzvü idi.
Görkəmli alim, seysmoloq 1965-ci ildə 34 yaşında, ömrünün çiçəkləyən dövründə vəfat etdi.
Aqil Süleyman oğlu Rəhimov
Aqil Rəhimov 1942-ci il may ayının 2-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1949-1958-cu illərdə Qubadlı rayon Q.İlyasov adına 1 saylı orta məktəbdə təhsil almışdır. 1958-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş və oranı 1963-cü idə bitirmişdir. 1963-64-cü illərdə "Kommunist" qəzetində ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1964-cü ilin aprel ayından noyabr ayına qədər Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri komitəsində müxbir işləmişdir. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuş və 1969-cu eldə namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 1969-1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsində təlimatçı, 1971-1977-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Daimi Komissiyalarla iş şöbəsində baş məsləhətçi, 1977-1986-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qəbul otağında müdir müavini, 1986-1988-ci illərdə Azərbaycan KP MK-nın Təşkilat şöbəsində təlimatçı, 1988-1989-cu illərdə Azərbaycan KP Lənkəran şəhər partiya komitəsinin i-ci katibi, 1990-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat komitəsinin məsul təşkilatçısı vəzifələrində işləmişdir.
Oktay Süleyman oğlu Rəhimov
Oktay Rəhimov 1929-cu ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1948-ci ildə Q.İlyasov adına 1 saylı orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı fərqlənmə ilə bitirmişdir. 1953-1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fəlsəfə ixtisası üzrə aspirantı olmuşdur. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Marksizm-Leninizm kafedrasında fəlsəfə üzrə baş müəllim, 1959-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi kommunizm və fəlsəfə fakültəsində baş müəllim, dossent vəzifələrində çalışıb.
1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 2 dərslik kitabının, monaqrafiyaların və bir çox elmi məqalələrin müəllifidir. 1964-1968-ci illərdə dekan müavini, 1968-1978-ci illərdə elmi kommunizm kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə "Rəşadətli əməyə görə" medalı, 1973-cü ildə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin "Fəxri fərman"ı ilə, 1972-1973-cü illərdə "Bilik" cəmiyyəti tərəfindən fəxri fərman və mükafatlara layiq görülmüşdür. Oktay müəllim həm də şerlər yazmışdır.
Görkəmli alim, filosof Oktay Rəhimov 2008-cı il dekabrın 2-də vəfat etmişdir.
Yaşar Hüseyn oğlu Rəhimov
Yaşar Rəhimov 1942-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1949-1958-cu illərdə Qubadlı rayon Q.İlyasov adına 1 saylı orta məktəbdə təhsil almışdır. 1958-cu ildə Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə qəbul olmuş və oranı 1963-cü idə bitirmişdir. Universiteti bitirdikdən sora 1963-1965-cı illərdə Qubadlı rayonunun Əyin, Cibikli, Çardaxlı kənd məktəblərində fizika müəllimi işləmişdir. 1966-cı ildə Azərbaycan Elimlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olmuş və 1968-ci ildə yarımkeçiricilər fizikası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi adına layiq görülmüşdür. Bundan sonra həmin İnstitutda baş elmi işçi və eyni zamanda Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsində dərs demişdir.
Yaşar Hüseyn oğlu Rəhimov 1995-ci ildə vəfat etmişdir
Məmmədova Sevinc Çərkəz qızı
Məmmədova Sevinc Çərkəz qızı 04.09.1977- ci ildə Qubadlı rayonunun Qubadlı şəhərində ziyalı aıləsində anadan olmuşdur. Orta təhsilinin 10 ilini Q.İlyasov adına Qubadlı şəhər 1 saylı məktəbində alıb. 1993- cü ildə Qubadlı şəhəri erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra o, orta təhsilinin son ilini Sumqayıt şəhərində bitirib. Orta təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1997- 2001- ci ildə M.F.Axundov adına Azərbaycan pedoqoji rus dili və ədəbiyyatı institutunun bakalavr pilləsində, 2001 – 2003 – cü ildə magistr pilləsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirərək elə həmin ildə Bakı Slavyan Universıtetinin aspirantura şöbəsinin Azərbaycan ədəbiyyatı bölməsinə daxil olmuşdur. Bakı Slavyan Universitetində təhsil aldığı müddətdə Universitetin ictimai – siyasi həyatında fəal iştirak etmiş, Aspirantlar Şurasının sədri olmuşdur. Dövrü mətbuatda müxtəlif məqalələrlə çıxış etmişdir. 2009 – ci ildə AMEA – ın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatında yeni yaradıcılıq meyillərinin təşəkkülü (XX əsrin 80 – 90 – cı illəri)” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Sevinc Məmmədova 1994 – cü ildən Qubadlı rayonunda pedoqoji fəaliyyətə başlamış, müxtəlif illərdə rayonun ümümtəhsil məktəblərində müəllim, təşkilatçı müavin vəzifələrində çalışmış, 2010 – ci ildə Qubadlı rayon Təhsil şöbəsində metodist işləmişdir.
S. Məmmədova 2011- ci ildən isə Qubadlı rayon İcra hakimiyyətinin Başçısı Aparatının Təhsil, səhiyyə və mədəniyyət üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir.
Məmmədova Aynurə Çingiz qızı
Məmmədova Aynurə Çingiz qızı Azərbaycan Respublikasının Qubadlı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin bakalavr pilləsini, 2004 –cü ildə isə həmin Univertsitetin “Magistratura və doktorantura” söbəsini “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildən indiyə kimi Qubadlı rayonu T. Müskanlı kənd orta məktəbində fizika müəllimi işləyir.
2007- 2010 cu illərdə Azərbaycan MEA akademik H.M.Abdullayev adına Fizika İnstitutunun dissertantı olan A. Məmmədova “Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə “Ag – Ga – S(Se) sistemlərində nanoölçülü amorf və kristallik quruluşlu fazaların yaranması, AgGaS2(Se2) nazik təbəqələrində faza çevrilmələri” mövzusunda yazdığı dissertasiyanı müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 fevral 2011 – ci il tarixli qərarı ilə ona Fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Məmmədova Aynurə Çingiz qızı 20 (iyirmi) elmi əsərin müəlifidir.
Allahverdiyeva Leyla Mədəd qızı
Leyla Mədəd qızı Allahverdiyeva 1962-ci ildə görkəmli iqtisadçı alim Mədəd Allahverdiyevin ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) fərqlənmə ilə bitirmişdir. SSRİ Dövlət Plan Komitəsinin planlaşdırma və normativlər elmi tədqiqat institutunun aspiranturasında qiyabi təhsil almış və oranı əla qiymətlərlə başa vurmuşdur.
1986-cı ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri doktorudur.
Əmək fəaliyyəti dövründə L. Allahverdiyeva Daşkənd Dövlət İqtisad universitetində professor, Q. V. Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Daşkənd filialında kafedra müdiri, Qazaxıstanın Çimkənd şəhərindəki “Miras” Universitetinin Turan Yazqan adına “İqtisadiyyat və biznes” institutunun direktoru, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Türküstan Regional elmi mərkəzinin (Qazaxıstanın Türküstan şəhərində) direktoru işləmişdir. 2011-ci ilin sentyabr ayından Qazaxıstanın Aktau şəhərindəki Ş.Y.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində “Menecment” kafedrasının müdiri işləyir.
L. M. Allahverdiyeva 100-dən artıq elmi və elmi-metodiki əsərlərin, o cümlədən dərsliklərin, dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir.
Hüseynov İnayət Məhəmməd oğlu
Hüseynov İnayət Məhəmməd oğlu 1950-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Uiversitetinə) qəbul olmuş, 1973-cü ildə ali təhsilini başa vuraraq Ümumittifaq Dövlət Layihə İnstitutunun Bakı filialında əmək fəaliyyətinə başlamışdır.
Hazırda neft sənayesi sahəsində çalışan, iqtisad elmləri üzrə fəlsəfə doktoru İnayət Hüseynov 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2010-cu ildə isə “Əməkdar mühəndis” adını almışdır. Azərbaycan Dövlət Neft Şirkətində informasiya texnologiyaları və rabitə idarəsinin rəisi kimi fəaliyyət göstərir.
Hüseynəliyev Yaşar Hüseynəli oğlu
Hüseynəliyev Yaşar Hüseynəli oğlu 1961-ci ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra müəllimlik edən Y. Hüseynəliyev 1993-cü ildə Moskva Vilayətinin Dubna şəhərindəki Nüvə Tədqiqatları institutunda dissertasiya müdafiə edərək elmlər namizədi adını almışdır.
Hazırda Y. Hüseynəliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində nəzəri fizika kafedrasında işləyir.
Səlimova Gülbahar Əbdül qızı
Səlimova Gülbahar Əbdül qızı 1957-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Orta məktəbi Qubadlı rayonunda bitirmişdir. Fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasında çalışır.
Allahverdiyev Rəfael Məmməd oğlu
Allahverdiyev Rəfael Məmməd oğlu 1948-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Orta məktəbi Qubadlı rayonunda bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Kooperasiya Universitetində işləyir.
Məhərrəmov Pərvin Fikrət oğlu
Məhərrəmov Pərvin Fikrət oğlu 1980-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetini və Aspiranturanı əla qiymətlə bitirmişdir. Tibb elmləri üzrə fəlsəfə doktorudur. Hazırda Almaniyada doktorluq işi üzərində işləyir.
Babayev Xanağa Füzuli oğlu
Babayev Xanağa Füzuli oğlu 1956-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Orta məktəbi Qubadlı rayonunun Dondarlı kəndində bitirmişdir. Biologiya üzrə fəlsəfə doktorudur. Hazırda Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda çalışır.
Bağırov Fətullah Əli oğlu
Bağırov Fətullah Əli oğlu 1930-cu ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1948-ci ildə Qubadlı rayonunda orta məktəbi bitirib bir müddət əmək fəaliyyəti ilə məşgul olandan sonra 1958-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1962-ci ildə universiteti bitirmişdir.
1965-ci ildə Qubadlı rayon partiya komitəsində təlimatçı vəzifəsinə təyin olunan F. Bağırov həmin il aspiranturaya da qəbul olmuşdur.
1969-cu uldə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır.
Azərbaycan Politexnik institutunda müəllim işləmişdir.
1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
İbadov Sabir Adil oğlu
İbadov Sabir Adil oğlu 1930-cu ildə anadan olmuşdur. 1946-cı ildə Qubadlı rayonunun Başarat 7 illik məktəbini, 1949-cu ildə isə Laçın şəhər orta məktəbini bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olmuş və 1954-cü ildə universiteti “Siyasi iqtisad” ixtisası ilə bitirmişdir. 1954-1957-ci illərdə Azərbaycan Maliyyə-kredit texnikumunda, sonra isə 1959-cu ilin noyabr ayına kimi Bakı Kooperativ Texnikumunda müəllim işləmişdir. 1959-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almışdır.
1963-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunun “Siyasi iqtisad” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir.
1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
1 sentyabr 1970-ci ildən Bakı Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasında işləmişdir. Hazırda Universitetin “Ümumi iqtisadiyyat” kafedrasının dosentidir.
Aslanov Həqiqət Cəbrayıl oğlu
Həqiqət Aslanov 1931-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1945-ci ildə Qaracallı 7 illik məktəbinin bitirdikdən sonra Muradxanlı kənd orta məktəbində orta təhsil almışdır.
1948-ci ildə Ağdam Dövlət Müəllimlər İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1950-ci ildə İmişli rayonunda orta məktəbdə müəllim, 1952-54-cü illərdə İmişli rayon Xalq Maarif şöbəsində inspektor işləmiş, 1954-cü ildə isə Azərbaycan KP İmişli Rayon Komitəsində Partiya kabinəsinin müdiri təyin edilmişdir.
1952-1955-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda qiyabi təhsil alan H. Aslanov 1955-ci ildə İmişli orta məktəbinə dərs hissə müdiri təyin edilmiş, 1957-ci ildən isə Qubadlı rayon Muradxanlı kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1961-ci ildə həmin məktəbin direktoru təyin olmuşdur.
H. Aslanov 1965-ci ildə Sumqayıta gələrək Sumqayıt Kimya-Texnologiya texnikumuna tarix müəllimi təyin edilir. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin qiyabi aspiranturasına qəbul olur. 1966-cı ildə Sumqayıt Kimya-Texnologiya texnikumunda şöbə müdiri, 1971-ci ildən isə Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialına müəllim təyin edilir.
1973-cü ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialının tərbiyə işləri üzrə prorektoru, həm də baş müəllimi, 1980-cı ildə isə Marksizm-Leninizm kafedrasının (indiki Sumqayıt Dövlət Universitetinin tarix kafedrasının) müdiri təyin edilir.
H. Aslanov 1986-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Alimin 100-lərlə elmi məqalələri və bir neçə monaqrafiyası çap edilmişdir.
Professor H. Aslanov ictimai fəaliyyətdə də uğurlar əldə etmişdir. 1962-ci ildə Qubadlı rayon Zəhmətkeş Deputatları Sovetinin deputatı, bir çox partiya və komsomol işlərində çalışmışdır. Əməyi dövlət tərəfindən dəfələrlə qiymətləndirilimiş, bir çox medal, fəxri fərmanlarla təltif olunmuşdur.
Şahmuradov İlham Əyyub oğlu
İlham Şahmuradov 1958-ci il yanvarın 1-də Qubadlı rayonunda anadan olmuşdur. 1976-cı ildə Qubadlı rayonunda Q.İlyasov adına 1 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinə qəbul olub. 1981-ci ildə universiteti bitirib. Biologiya elimləri doktorudur. AMEA Botanika İnstitutunda labaratoriya müdiridir. Çap olunmuş 55 elmi məqaləsi var. Uzun illər Pakistanda işləyib.
Heydər İmanov
Heydər İmanov 1944-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. 1953-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən H. İmanov 1963-cü ildə Bakı Texnologiya Texnikumunu qurtardıqdan sonra təhsilini davam etdirmək üçün elə həmin il Sankt-Peterburqa (o zamankı Leninqrad) getmişdir. Burada Texnologiya İnstitutunda təhsil almışdır.
H. İmanov İnstitutu bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin elmi tədqiqat birliyində işə başlamış, kiçik mühəndis vəzifəsindən direktor postuna qədər yüksəlmişdir.
1986-cı ildə Azərbaycana qayıdaraq 1992-ci ilə qədər Bakıda və Gəncədə ixtisası üzrə çalışmışdır. Gəncə Çini Qablar Zavodunun direktoru işləmiş, 1993-cü ildə yenidən Rusiyaya qayıtmış, 10 il müdafiə sənayesində çalışmışdır.
Texniki elimlər doktoru, Petrovski adına Elmlər Akademiyasının müxbir üzvüdir. 2003-cü ildən Rusiya Təhsil Akademiyasının Sankt-Peterburq Smolnı Universitetinin rektorudur. 2005-ci ildə Bakı Slavyan Unversitetində Sankt-Peterburq Mədəniyyət Mərkəzinin açılmasında yaxından iştirak etmişdir.
Aygün Əttar ( Həşimova Aygün Teyyub qızı)
Aygün Əttar (Həşimova Aygün Teyyub qızı) 1962-ci iilin aprelin 16-da Qubadlı rayonunda anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına qəbul olmuş və 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir.
Aygün Əttar 2003-cü ildə Türkiyə Respublikasında Dumlıpinar Universitetinin Ədəbiyyat fakültəsinin professoru vəzifəsinə təyin edilmişdir. 1998-2007-ci illərdə Dumlıpinar Unversitetində müasir dövr kafedrasının müdiri, 2004-2007-ci illərdə həmin Universitetin Fakültə İdarəetmə Qurumunun üzvü, 2003-2007-ci illərdə Universitetin Tarix Araşdırma Mərkəzinin rəisi, Tarix və Sosial elimlər kafedralarının müdiri olmuşdur.
2007-c lldən Unversitetlərarası Qurumun üzvü, 2008-ci ildə Giresun Universitetiinin Ədəbiyyat Fakültəsinin dekanı, 2007-ci ildən Giresun Unversitetinin prorektoru işləmiş, 2012-ci ildə isə rektor təyin edlmişdr.
Tarix elimləri doktoru, professor Aygün Əttar rus, fars və ingilis dillərini mükəmməl bilir, 8 elm sahəsində işləmək qabiliyyətindədir və 11 fənn üzrə dərs aparır. İşlədiyi dövrdə 50-yə qədər daxili və xarici jurnallarda məqalələr çap etdirmiş, bir sıra kitabları çapdan çıxmışdır.
Şirinov Kamal Fərhad oğlu
Kamal Şirinov 1930-cu ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Orta məktəbi qızıl medalla qurtararaq Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
K. Şirinov aspiranturaya qəbul olduqdan sonra təhsilini davam etdirmək üçün Moskvaya M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə gedərək, orada SSRİ EA-nın müxbir üzvü L.A.Lyusternikin rəhbərliyi ilə "Süzülmə nəzəriyyəsinin bir fəza məsələsi haqqında" elmi iş üzərində işləyir. 1955-ci ildə mayın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 200 illiyi qeyd olunduğu gün o, öz elmi işini müvəffəqiyyətlə müdafiə etmişdir.
Müdafiədən sonra L.A.Lyusternik ona Moskvada qalıb işləməyi təklif etsə də, alim Bakıya qayıdır və 1955-60-cı illərdə ADU-da baş müəllim işləyir. Daha sonra taleyini AMEA-nın Kibernetika İnstitutuna bağlayır. O, burada əvvəlcə elmi işçi, sonra isə direktor müavini işləyir. Sonralar Kamal Şirinov orada labaratoriya müdiri kimi fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi labaratoriyada xüsusi qeyri-xətti törəməli diferensial tənliklər təsvir olunan proseslərin ədədi həll alqoritimlərinin tapılması, yeraltı hidrodinamikada və xüsusilə də neft-qaz yataqlarının işlənməsi, istismarı, proqnozlaşdırılması və idarəsi proseslərinin ədədi modelləşdirilməsi və bu məqsədlə əlverişli-səmərəli həll alqoritimləri və proqram vasitələrinin yaradılması, onların tətbiq olunması yönündə bir çox səmərəli elmi-nəzəri və təcrübi işlər aparılmışdır.
Kamal müəllim eyni zamanda pedaqoji fəaliyyətini də davam etdirirdi. O, bir çox təhsil ocaqlarında mühazirələr söyləyir, seminarlar keçirdi. Neft Akademiyasının dosenti idi. Kamal Şirinov bir çox fundamental elmi nəticələrin, 80-dan yuxarı elmi əsərin və ixtiranın müəllifidir. Dəfələrlə xarici ölkələrdə - Macarıstanda, Finlandiyada, Polşada, Almaniyada, eləcə də keçmiş SSRİ məkanının bir çox şəhələrində elmi konfranslarda və simpoziumlarda iştirak etmiş, nəzəri və təcrübi biliyi ilə neçə-neçə alimimizin araya-ərsəyə gəlməsində öz töhfəsini vermişdir.
Fərəcov Bəşir Ziyad oğlu
Bəşir Fərəcov 1933-cü il may 12-də anadan olmuşdur. Natamam orta təhsilini bitirdikdən sonra 1946-49-cu illərdə Bakı Kənd Təssərüfatı Texnikumunu, 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra 1961-63-cü illərdə Moskvada Ali Partiya Məktəbində təhsil almışdır.
1949-cu ildə Qubadlı rayonunda kənd təsərrüfatı şöbəsində yer quruluşçusu kimi əmək fəaliyyətinə başlayan Bəşir Fərəcov 1956-61-ci illərdə rayon partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin 1-ci katibi, rayon partiya komitəsində siyasi maarif kabinəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri, partiya komitəsinin 3-cü və 2-ci katibi, rayon icraiyyə komitəsinin sədri kimi məsul vəzifələrdə çalışıb.
Bəşir müəllim 1972-ci ilin oktyabrında dissertasiya müdafiə etmiş və fəlsəfə elmləri üzrə alimlik dərəcəsi almışdır. O, 1975-ci ildən taleyini elmə və təhsilə bağlamış, Xankəndində yerləşən Pedoqoji İnstitutda baş müəllim kimi fəaliyyətə başlamış, orada dosent, dekan müavini və dekan işləmiş, institutun partiya təşkilatının katibi, şəhər partiya komitəsinin büro üzvü olmuşdur.
Daha sonra Bəşir müəllim M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun Sumqayıt filialında pedoqoji fəaliyyətini davam etdirmiş, 1989-cu ilin 30 dekabrında isə Azərbaycan Pedoqoji Universitetinin fəlsəfə kafedrasının dosenti, bir müddət sonra həmin kafedranın müdiri seçilmişdir.
Bəşir Fərəcov işlədiyi müddətdə "Şərəf nişanı" ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı, medallar və döş nişanları ilə təltif olunmuşdur. O, bir dərsliyin, iki monoqrafiyanın, səkkiz dərs vəsaitinin, dörd kitabın və 120-dən artıq məqalələrin, fəlsəfə və məntiqə aid altı proqramın müəllifidir.
İldırımzadə Səadət Əli qızı
Səadət İldırımzadə məşhur nasir Əli İldırımoğlunun ailəsində anadan olmuşdur. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1997-ci ilin dekabrında "Müasir Azərbaycan nəsrində mənəvi pisxoloji problemlər (1970-80-cı illər)" mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Ələkbərova İmmi İsmayıl qızı
İmmi Ələkbərova 1962-cı ildə anadan olmuşdur. 1979-cu ildə Qubadlı rayon Q.İlyasov adına orta məktəbi qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1985-ci idə cərrah ixtisası alaraq institutu bitirmişdir.
1985-86-cı illərdə 2 saylı Birləşmiş Şəhər Xəstəxanasının cərrahiyə şöbəsində həkim-interna, 1987-91-ci illərdə "İliçin Xatirəsi" və Paris Kommunası adına Xəzər Hövzə Polikilinikalarında cərrah işləmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Tbilisi şəhərində Həkimlərin Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə kursunu keçərək mama-ginekoloq ixtisasını almışdır. 1992-ci ildə 2 saylı doğum evində, 1992-1998-ci illərdə M.Qasımov adına Respublika Klinik Xəstəxanasında mama-gnekoloq işləmişdir. Həmin illərdə fasilələrlə Respublika Klinik Xəstəxanasında mama-gnekologiya şöbəsinin müdiri və baş həkimin müavini vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Ş. Ələsgərova adına 5 saylı Klinik Doğum evinin baş həkimi, 2004-2005-ci illərdə Müdafiə Nazirliyi Ordu İdman Klubunda Tibb Xidmətinin rəisi, 2005-ci ilin fevralın 20-dən Sumqayıt şəhər 2 saylı doğum evinin baş həkimi vəzifələrində işləmişdir. Birinci dərəcəli mama-gnekoloqdur.
Tibb elimləri üzrə fəlsəfə doktorudur. Bu sahədə çoxsaylı elmi məqalələrlə və tövsiyyələrlə çıxış etmişdir.
2001-ci ildə Səhiyyə Nazirliyinin fəxri fərmanı, 2003-cü ildə Beynəlxalq "Vektor" Cəmiyyətinin "Xan qızı" mükafatı ilə, 2005-ci ildə Qızıl Aypara Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
Türkiyədə, Moldovada, Gürcüstanda, Fransa da, ABŞ-da Səhiyyə Təşkilatlarının keşirdikləri beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.
Hüseynov Şahin Gürşad oğlu
Hüseynov Şahin 1962-ci ildə anadan olmuşdur. 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə pofilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib Bakı şəhərinin təcili tibb yardım xəstəxanasında həkim-interna, 1986-89-cu illərdə Sumqayıt şəhər təcili tibb yardım xəstəxanasında qəbul şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1989-1992-ci illərdə ATU-nun pediatriya fakültəsinin “Cərrahi xəstələr” kafedrasında aspirant olmuşdur. 1992-ci ilin noyabr ayında dissertasiya müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsini almışdır. 1992-ci ildən ATU-nun pediatriya fakültəsinin “Cərrahi xəstələr” kafedrasında, 2000-2004-cü illərdə Dövlətlərarası müqavilə ilə Səudiyyə Ərəbistanı Krallığında həkim-cərrah işləmişdir. 2006-2008-ci illərdə ATU-nun cərrahiyyə üzrə problem komissiyasının elmi katibi, 2006-cı ildən həm də cərrahiyyə üzrə aprobasiya komissiyasının elmi katibi olmuşdur. Hüseynov Şahin Gürşad oğlunun respublikada və xaricdə 20-dən artıq elmi məqaləsi çap olunmuşdur.
İsmayılov Şamxal İsmayıl oğlu
Şamxal İsmayılov 1936-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1954-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qəbul olaraq 1959-cu ildə oranı dağ mədən mühəndisi ixtisası üzrə bitirmişdir. 3 ilə yaxın neft sənayesi sahələrində işlədikdən sonra 1962-ci ildən Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlayır. 1964-cü ildə institutun aspiranturasına daxil olur. 1968-ci ildə dissertasiya müdafiə edərək texnika elimləri namizədi alimlik dərəcəsinə layiq görülür. 1973-cü ildə böyük elmi işçi adını alır. 1992-ci ildən ömrünün sonuna qədər institutun qazma sahəsində direktor müavini vəzifəsində işləmişdir.
1966-cı ildə Şamxal İsmayılov Beynəlxalq Eko Energetika Akademiyasının doktor-professoru kimi "Nailiyyət" diplomuna layiq görülmüşdür. Həmçinin, mətbuat günü münasibəti ilə "Vışka" qəzetinin xüsusi fərmanını almışdır.
Şamxal müəllim 3 elmi monaqrafiyanın, 100-ə yaxın elmi məqalənin və 15 ixtiranın müəllifidir. Eyni zamanda gözəl qələmə də malik idi.
Mahirə Abdulla
İxtisasca jurnalistdir. On yeddi yaşından mətbuatda, kitab nəşri sahələrində çalışır. Hazırda Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyir. Psixologiya üzrə fəlsəfə doktorudur.
Mahirə Abdulla bədii yaradıcılığa erkən başlamışdır. Müxtəlif janrlarda yazır. 17 kitab müəllifidir. Onun yaradıcılığının əsas mövzusu Vətən-millət məhəbbəti, bütöv Azərbaycan ideyası, təcavüzkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın taleyi, yurd-ocaq niskilidir.
"Əvvəl. Axır" romanı, "Ürəkkeçmə", "Erməni kölgəsi" povestlərinin, "7 ayın ovqatı" şerlər kitabının və s. müəllifidir. 2009-cu ildə "Əvvəl. Axır" romanı Mahmud Kaşgari adına Beynəlxalq Fondun "Soyqırım və erməni təcavüzü" müsabiqəsinin Xüsusi mükafatına layiq görülmüşdür.
2007-ci ildə "Ürəkkeçmə", "Erməni kölgəsi" povestləri ingilis və rus dillərində nəşr olunmuşdur.
1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Talıbov Səxavət
Səxavət Talıbov 15 iyul 1957-cı ildə Qubadlı rayonunun Çardaxlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib SSRİ cihazqayirma nazirliyinin Sumqayıt şəhərindəki Neftkimya Elmi Tədqiqat Layihə institunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1984-1988-ci illər ərzində həmin institutun aspiranturasında Texnoloji Proseslərin Avtomatik İdarə edilməsi ixtisası üzrə təhsil almışdır. 1990-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildə Avtomatik idarəetmə sistemləri sahəsində SSRİ Ali Attestasiya Komissiyasından Baş elmi işçi diplomunu almışdır.
S. Talıbov 2003-2007 ci illərdə DSMF ilə BMT-nin İnkişaf proqramının birgə Layihəsi olan "Azərbaycan Respublikası DSMF-nin Potensialının Gücləndirilməsi" layihəsində layihə köməkçisi vəzifəsində, 1995–1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş elmi işçi, labarotoriya müdiri, 1979 - 1995-ci illərdə "NIPINEFTEKHIMAVTOMAT" Elmi İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, sektor müdiri və labarotoriya müdiri vəzifələrində çalışmışdır.
S. Talıbov həm də Pedaqoji fəaliyyətlə məşğul olaraq 1982-1990–cı illlərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsində, 1996-ci ildən Xəzər Universitetində kompüter elmləri ixtisası üzrə müxtəlif ixtisas kursları oxuyur.
Talibov S.Q. informatika, riyazi modelləşdirmə və hesablama riyaziyyatı sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Optimal idarəetmə məsələlərinin ədədi həlli sahəsində bir çox alqoritmlərin və tətbiqi proqramlar paketinin işlənib hazırlanmasında aparıcı mütəxəsislərdən biri olmuşdur. 40-a yaxın elmi məqaləsi vardır, o cümlədən 1 ixtira müəllifidir.
Quliyev Fərəməz Şamil oğlu
Fərəməz Quliyev 1930-cu ildə Qubadlı rayonunun Xocahan kəndində anadan olmuşdur. Orta təhsili başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna qəbul olmuş, 1954-cü ildə oranı bitirərək Rusiyanın Qroznı vilayətində cərrah həkim kimi fəaliyyətə başlamışdır. 1958-ci ildə Sankt-Peterburqda, 1961-ci ildə isə Hərbi Akademiyada Y.S. Kolesnikovun rəhbərlik etdiyi kafedrada torokal cərrahiyyə kursunda təkmilləşmə təhsili alıb. 1965-ci ildə Sankt-Peterburqda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. O, 1957-1967-ci illərdə Vərəm Elmi-Tədqiqat İnstitutunda cərrah, elmi işçi, 1968-1974-cü illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə və sonra fizioterepiya kafedrasının assisenti vəzifələrində çalışıb. 1974-1977-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş və eyni zamanda Vərəm Elmi Tədqiqat İnstittunda cərrahiyyə şöbəsinin elmi rəhbəri olmuşdur. Sovet hakimiyyət dövründə bacarıqlı və təcrübəli həkim kimi, o, iki dəfə Əlcəzairə ezam olunaraq 1971-1974-cü və 1980-1983-cü illərdə orada cərrah vəzifəsində çalışıb, eyni zamanda Əlcəzairdə işləyən Sovet və digər xarici ölkə mütəxəssislərinin fəaliyyətinə rəhbərlik etmiş, ştantdankənar konsul olmuşdur. Xidməti işində qazandığı müstəsna nailiyyətlərinə və uğurlarına gözə Fərəməz həkim SSRİ Xarici İşlər Nazirliyinin, Azərbaycan və Əlcəzair Səhiyyə Nazirliklərinin Fəxri Fərmanları ilə, habelə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Fərəməz Quliyev 3 tibb kitabın, 3 metodik dərs vəsaitinin, bir ixtiranın, çap olunmuş 70 elmi işin (üçü fransız dilində olmaqla) müəllifidir.
Mirkişili Tahir
Tahir Mirkişili 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Bir müddət Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. 1999-cu ildə Ultra şirkətini qurmuş və hal-hazırda da həmin şirkətin prezidentidir. Bu şirkətin həyata keçirdiyi layihələrin əksəriyyəti “Regionda ilk dəfə” kateqoriyaya aiddir. Daim təkmilləşmək, treyninq almaq, yaradıcı olmaq, idarəetmədə ənənəvi üsullardan uzaqlaşaraq, beynəlxalq biznes prinsiplərini tətbiq etmək, şaquli yox, üfiqi idarəetmə formasını tətbiq etmək kimi prinsiplərin tətbiqi ULTRA –nı digər şirkətlərdən tam fərqləndirir. Bu şirkət regionun ən böyük İT şirkəti olub-Qafqazda ilk noutbuk istehsalçısı, regionun ilk ictimai simsiz zonaların, Universitet proqramlarının yaradıcısı, 6 Dünya Premyerasının, elektron sənəd dövriyyəsinin təşkilatçısı, Elektron Təhsil sisteminin qurucusu, Avropanin ən böyük Planetraiumçusu, Elektron Muzeylər, elektron imzalar, Elektron Maliyyələr, Elektron Sığortalar və s. layihələrin hazırlanmasında yaxından iştirak edir.
Tahir Mirkişili 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. İqtisadi İnkişaf Nazirliyində çalışır.
Həsənov İlman İman oğlu
İlman İman oğlu Həsənov 1974 - cü il yanvar ayının 28-də Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş, 1992- ci ildə orta məktəbi, 2000-ci ildə Azərbaycan Texniki Universitetinin “Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı” ixtisası üzrə bakalavr, 2002-ci ildə isə magistr pilləsini bitirmişdir.
2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakültəsinin «Maşınqayırma və material emalı» kafedrasının aspiranturasına daxil olmuş, 2005-ci ildə oranı bitirmişdir.
2007-ci ildə dissertasiya işini müdafiə edərək, texnika elimləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Onun elmi məqalələri həm Respublikamızda, həm də xarici ölkələlərdə dərc edilmişdir. İndiyə qədər 15 elmi məqalə, 3 dərs vəsaiti, 2 metodiki göstəriş və 2 patentin müəllifidir.
2008-ci ildə «Neft-qaz istehsalı və emalı texnikası» kafedrasında baş laborant, 2009 - cu ildə «Maşınqayırma və material emalı» kafedrasında assisent, 2010- cu ildən isə Neft - Mexanika fakültəsinin dekan müavini vəzifəsində işləyir
Məhərrəmov Eldar Sayuz oğlu
Məhərrəmov Eldar Sayuz oğlu 12 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. 1976-cı ildə Q. İlyasov adina Qubadlı şəhər orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universiteti) Tətbiqi Riyaziyyat fakültəsinə qəbul olub.
1981-ci ildə universiteti bitirərək 1997-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda ardicil olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalişmışdır.
1989-cı ildə dissertasiya müdafiə edərək neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Texnika elmləri namizədi alimlik dərəcəsi almişdır. 1997 – 1999-cu illərdə Rusiyanın Lukoyl neft sirkətinə məxsus “Şəfəq” sirkətində baş direktorun müavini və birinci müavini vəzifələrində çalişmışdır.
2000-ci ildən beynəlxalq neft-qaz servis şirkəti olan Şlümberje şirkətində məsləhət xidmətləri departamentinin Xəzər və Mərkəzi Asiya regionu üzrə marketinq meneceri vəzifəsində çalışir.
30-dan artiq elmi məqalənin müəllifi, Azərbaycanda və xaricdə keçirilən bir çox elmi konfrans və simpoziumların iştirakçısıdır.
1994-cü ildə beynəlxalq İNTAS elm fondunun 2 illik qrantını almaqla bu qrantı alan ilk Azərbaycanlı olmuşdur.
Mehdiyeva Şəfiqə Məhəmməd qızı
Mehdiyeva Şəfiqə 1955-ci il martın 27-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirərək Azərbaycan Pedaqoji Universitetinin fizika fakültəsinə qəbul olmuş və 1976-cı ildə oranı bitirmişdir. 1976-86-cı illərdə Bakıda 68 saylı peşə məktəbində müəllim, 1986-cı ildən isə Azərbaycan Texniki Universitetin fizika kafedrasında əvvəlcə laborant, sonra isə müəllim işləyir. Şəfiqə xanım 2007-ci ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Xələfov Osman Paşa oğlu
Osman Xələfov 1923-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Boynəkər kənd yeddillik məktəbinin müəllimi kimi başlayıb sonra həmin məktəbə direktor təyin olunur. Böyük Vətən müharibəsi başlayanda Çərəli-Boynəkər Sovetliyinin katibi vəzifəsinə təyin olunur. Müharibə başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olur. 1950-ci ildə universiteti bitirir və Qubadlı rayon Dondarlı kənd orta məktəbinə tarix müəllimi göndərilir.
Az müddət sonra yenidən Bakıya qayıdır və Tarix İnstitutunda ştatdankənar təbliğatçı işləməyə baçlayır. 1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsində təlimatçı, bir müddət sonra həmin şöbənin müdiri təyin edilir. 1969-71-ci illərdə o, Azərbaycan KP Bakının Oktyabr rayonunda II katib vəzifəsində işləyir.
Osman Xələfov işləməklə yanaşı elmi axtarışlar ilə də məşğul olur. 1965-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. Azərbaycan Xalq Təsərüffatı İnstitunda müəllim işləməyə başlayır. Ömrünün sonuna qədər orada işləyir.
1996 –cı ildə vəfat etmişdir.
Hüseynov Eldar Kamran oğlu
Eldar Hüseynov 1950-ci ildə Kamran Hüseynovun ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonar N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Əla qiymətlərlə oxuduğu üçün Moskvaya təhsilini davam etdirməyə göndərilən E. Hüseynov institutu müvəffəqiyyətlə bitirərək, aspiranturaya qəbul olunmuşdur. Eldar Hüseynov bədxassəli şişlərin yeni mualicə üsulu sahəsində dissertasiya müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Eldar Hüseynov rentgen-endovakulyar sahəsinin tədqiqatıçısı kimi yüksək ixtisaslı diaqnostik, həm də müalicə edən bir mütəxəssis kimi tanınır. Moskvada qara ciyərin cərrahiyyəsi şöbəsində böyük elmi işçi vəzifəsində işləyir.
Abdullayev Cahanbaxış Abış oğlu
Cahanbaxış Abış oğlu Abdullayev 1900-cü ildə Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. 1915-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olan C. Abdullayev oranı bitirdikdən sonra müxtəlif sahələrdə, Qubadlıda rayon maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 1925-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Şurasına məsul vəzifəyə dəvət olunur. 1927-ci ildə isə Toxucular İttifaqı Mərkəzi Komitəsi mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir.
30 yaşında Xalq Maliyyə Komissarlığı vergi idarəsinin rəisi, daha sonar Əmanət Kassaları İdarəsinin rəisi təyin olunur. Abdullayevə həm də Bakı Yeyinti Ticarəti İdarəsinin direktorluğu tapşırılır. 1944-46-cı illərdə ən çətin və mürəkkəb bir vaxtda SSRİ-nin İrandakı Ticarət nümayəndəliyində çalışmış, rəis müavini vəzifəsini yerinə yetirmişdir. 1946-cı ildə Vətənə qayıdır. Azərbaycan SSR maliyyə nazirinin birinci müavini təyin olunur.
C. Abdullayev Azərittifaqın birinci müavini və sədr müavini, Bakı şəhər ticarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Abdullayev Kamal Canbaxış oğlu
Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ildə anadan olmuşdur. Onun müsiqiyə həvəsi o qədər böyük olub ki, hələ 7 yaşında olarkən onu Üzeyir bəyin yanına aparıblar. Üzeyir bəy onu skripka müəllimi olan M.V.Reytixin sinifində skripka ixtisası üzrə dərs keçməyə göndərib. Bir neçə ildən sonra Kamal violada çalmaq üzrə A.A.Qrossmanın sinfində təhsilini davam etdirir.
Sonra K. Abdullayev dirijorluq sənətinə yiyələnməyə başlayır və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Konservatoriyasını da dirijorluq ixtisası üzrə bitirir.
K.Abdullayev uzun illər Akademik Opera və Balet teatrında baş dirijor vəzifəsində çalışaraq, bir çox tamaşaların musiqi rəhbəri və dirijoru olmuşdur. 1960-cı ildə K.Abdullayev Donetsk Opera və Balet teatrına baş dirijor kimi dəvət olunur. Burada bir çox səhnə əsərlərinə, o cümlədən M.Musorqskinin “Boris Qodunov” və S.Prokofyevin “Monastırda nigah” operalarına müvəffəqiyyətlə dirijorluq edir.
1962-ci ildə K.Abdullayev Moskvaya- Stanislavski və Nemiroviç-Dançenko adına Akademik musiqili teatrına baş dirijor vəzifələrinə dəvət olunur. S.Prokofyevin “Monastırda nigah” operasının lent yazısı ilə o, Beynəlxalq qızıl medala layiq görülür.
Azərbaycan musiqisində böyük rolu olmuş, görkəmli dirijor, xalq artisti, professor Kamal Canbaxış oğlu Abdullayev uzun illər qürbətdə yaşamasına baxmayaraq, həmişə doğma xalqına, Azərbaycan musiqisinə möhkəm bağlı olmuş, daimi musiqiçilərimizlə yaradıcılıq əlaqəsi saxlamışdır.
Kamal Canbaxış oğlu Abdullayev 1997-ci ildə vəfat etmişdir.
Abdullayev Azər Canbaxış oğlu
Azər Canbaxış oğlu Abdullayev 1929-cu il fevral ayının 25-də anadan olmuşdur. 1952-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, 1960-cı ildə aspiranturanı fərqlənmə ilə bitirmişdir. 1951-ci ildə Berlində keçirilən demokratik gənclər və tələbələrin III Ümumdünya festivalında beynəlxalq müsabiqələr laureatı (II mükafat) olmuşdur. Sənətşünaslıq namizədi, qoboy və kamera-ansamblı sinfinin professoru idi.
1959-cu ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çalışır. Onun yetirmələrinin (kamera-ansamblı və ixtisas sinfi üzrə) sayı 40-dan artıqdır. Onların 4-ü Zaqafqaziya müsabiqəsi laureatıdır. «Qoboy ifaçılığının təcrübə və nəzəriyyəsi» kitabının, eləcə də 50-dən artıq elmi-metodiki işlərin müəllifidir.
Rauf Canbaxış oğlu Abdullayev
Dirijor Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Üzeyir Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsını (1959) və Lеninqrаd (indiki Sankt-Peterburq) Dövlət Kоnsеrvаtоriyаsını dirijоrluq üzrə (1965) bitirmişdir.
1965-84 illərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оpеrа və Bаlеt Tеаtrının bаş dirijоru, 70-ci illərdə Müаsir Musiqi Kаmеrа Оrkеstrinin və BаKаRа аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü. Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-94 illərdə Аnkаrа Dövlət Оpеrа və Bаlеt Tеаtrının bədii rəhbəri və bаş dirijоru, bеynəlхаlq əhəmiyyətli musiqi fеstivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur.
R. Abdullayev bir çох ölkələrdə (Rusiyа, Аlmаniyа, Hоllаndiyа, İsvеçrə, Frаnsа, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kоllеktivlərə dirijоrluг еtmişdir. Repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Professor, Azərbaycanın xalq artisti, Dövlət mükafatları laureatıdır, "Şöhrət" ordeninə layiq görülmüşdür.
Quliyev Sadiq Əhməd oğlu
Sadiq Quliyev 01 aprel 1949-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olmuşdur. Orta məktəbi Qubadlı rayonun Xanlıq kəndində bitirmiş, 1968-1976-cü illərdə BDU-nun Kimya fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra 1978-1982-ci illərdə SSRİ EA, Moskva, A.N.Frumkin adına Elektrokimya İnstitutunda məqsədli aspiranturanını bitirdikdən sonra Kimya elmləri Namizədi dərəcəsinin müdafiə etmiş, 1982 – 85 - ci illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki M. Nağıyev adına Kataliz və Qeyri Üzvü Kimya İnstitutu) elmi işçi kimi çalışmışdır.
1985-87 –SSRİ EA, A.N. Frumkin adına Elektrokimya İnstitutunda doktoranturanı bitirmiş, 1987-1998-ci illərdə –Azərbaycan EA Qeyri üzvi və Fiziki Kimya İnstitutunda elmi əməkdaş, 1994-95 İstanbul Texnik Ünveristetində dəvətli elm adamı kimi çalışmışdır. 2004-cü ildə Kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1998-2005 Feniş Teknik Ürünler AŞ ( Feniş Alüminyum Senayesi/Türkiyə ) Elektrokimyəvi proseslər və səth prosesləri istehsal və tədqiqat bölümü rəhbəri vəzifəsində çalışmışdır.
2006-ildən hal-hazıra kimi Vestel Müdafiə Sənayesi /Türkiyə - Hidrogün texnalogiyaları və Yanacaq elementləri Elmi- texniki tədqiqat bölümündə tədqiqatçı professor olaraq fəaliyyətini davam etdirir.
Kimya, Fizikikimya və Elektrokimya sahələri üzrə beynəlxalq konfransalarda 100-qədər məqalə və tezislərilə çıxış etmiş və 1 kitabı çap edilmişdir.
1994-cü ildən Nyu-York Akademiyasının, 2001-ci ildən Beynəlxalq Elektrokimya cəmiyyətinin (ISE). 2007-ci ildən isə Beynəlxalq hidrogen dərnəyinin(ICHET) üzvüdür.
Əhmədov İsmayıl Qaraş oğlu
Əhmədov İsmayıl Qaraş oğlu- 1941-ci ildə Qubadlı rayonunun Qiyaslı kəndində anadan olub. Pedaqoji elmlər üzrə fəlsəfə doktorudur. Hal-hazirda Gəncə Dövlət Pedoqoji Universitetinin kafedra müdiri işləyir.Təhsil Nazirliyinin qrifilə tədris üçün 4 kitabın və 36 məqalənin müəllifidir. Pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
GENERALLAR
Arif Nəzər oğlu Heydərov
Arif Nəzər oğlu Heydərov 28.06.1926- cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1942- ci ildə başlamış, “Əzizbəyoneft” trestində çilingər işləmişdir. 1943- cü ildə xüsusi təhsil məktəbinə oxumağa göndərilmiş, 1944- 1945 ci illərdə dünya müharibənin iştirakçısı olmuş, Berlinə hucum əməliyatında iştirak etmişdir.
1945-1947- ci illərdə müttəfiq qoşunların heyətində Polşa və Almaniyada xidmət etmişdir. Bakı Dövlət Univrsitetinin tarix fakültəsini bitirmiş, alman, rus, türk və fars dillərini mükəmməl bilmişdir. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəzlik Komitəsinin kəşfiyyat şöbəsində işləmişdir. 1970-1978-ci illərdə Azərbaycan Daxili İşlər Naziri olmuşdur.
Arif Heydərov “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenəri və bir çox xarici ölkə medalları ilə təltif edilmişdir.
Azərbaycan Ali Sovetinin deputatı, Daxili İşlər naziri, general -leytinat Arif Nəzər oğlu Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilmişdir.
Valeh Əyyub oğlu Bərşadlı
Baleh Bərşadlı Azərbaycana bir çox elm və dövlət xadimi bəxş etmiş Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya göz açmıdır. 14 yaşında könüllü hərbi xidmətə getmişdir.
18 yaşında iki hərbi təhsil ocağını ( Bakı Zenit Artileriyası Məktəbini və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriya Məktəbini) bitirən Baleh Bərşadlı, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.
Baleh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində qulluq etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (ADR-də yerləşən Sovet Qoşun Birləmələrinin) birinin komandan müavinliyinə qədər parlaq yol keçmiş bir şəxsdir.
Baleh Bərşadlı Müstəqil Azərbaycanın ilk müdafiə naziri (1992-ci ildə) və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş Baş Qərargah Rəisi olmuşdur.
General indi haqq dünyasındadır.
Tahir Yunus oğlu Əliyev
Tahir Əliyev Qubadlı rayonunun yetişdirdiyi beş generaldan biridir. Əslən Cılfır kəndindən olan Tahirin uşaqlığı Yevlax şəhərində keçirmişdir. Orta məktəbi Gorusun Şurnuxu kəndində almışdır. 1971-1972-ci illərdə Mingəçevir şəhərində poltexnik texnikumda oxumuşdur. 1975-ci ildə Rusiya Federasiyasının Kemerova vilayət daxili işlər orqanlarında işə düzəlmiş, sonralar orta milis məktəbində, Omsk şəhər Ali Milis Məktəbində və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil almışdır.
Tahir Əliyev 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilmişdir. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilmiş, 1992-ci il 24 fevralda respublika Müdafiə Naziri, 21 gün sonra, yəni 1992-ci ilin martın 17-də isə Daxili İşlər Naziri təyin olunmuşdur. İki aydan sonra sərəncama göndərilən 38 yaşlı general 1993-cü ilin ikinci yarısindan 1995-ci ilin yanvarına kimi Respublika Gömrük Komitəsinin sədri vəzifəsində işləmişdir.
Tahir Əliyev hazırda ehtiyatda olan generaldır.
Hüseyn Abbasqulu oğlu Quliyev
Hüseyn Quliyev 1939-cu ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Bakıya gəlmiş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmaq istəsə də, qəbul oluna bilməmiş və Lvova gedərək orada Ali Hərbi Məktəbə qəbul olmuşdur. Hərbi məktəbi bitirdikdən sonra diplomatiya təhsili almış, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, İran səfirliyində 1-ci müavin, Türkiyə Cümhuriyyətində konsul köməkçisi işləmişdir.
Hüseyn Quliyev keçən əsrin 70-ci illərinin sonu 80-cı illərinin əvvəllərində SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəis işləmişdir. Göstərdiyi xidmətlərə görə ona general-mayor rütbəsi verilmişdir.
Hüseyn Quliyev 1985-ci il iyun ayının 11-də Moskva yaxınlığında qəzaya duşərək həlak oldu. Moskvanın “Novokuznetsk” qəbirstanlığında dəfn olunub.
Nizaməddin Baba oğlu Həmidov
Həmidov Nizaməddin Baba oğlu 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. 1958- 1969-cu illərdə Qubadlı rayon Dondarlı kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş və 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Təhsil almaqla yanaşı 1970-74-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır.
N. Həmidov 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir.
1977-ci ildə Azərbaycan daxili işlər orqanlarında xidmətə qəbul olunan N. Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini, 1990-92-ci illərdə DİN-in Profilaktika İdarəsində baş inspektor və bölmə rəisi vəzifələrində çalışmışdır.
1992-ci ildən DİN Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili, həmin ilin iyun ayından Sabunçu Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili və iqtisdi sahədə cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir.
N. Həmidov 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir.
1999-2004-cü illərdə Bakı şəhər Baş Polis İdarəsində inspektor, baş inspektor, xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili və maliyyə-kredit sistemində cinayətkarlıqla mübarizə şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2004-cü ildə MTN-də idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2005-ci ildə idarə rəisi vəzifəsinə yüksəlmişdir. 2007-ci ildən isə Baş İdarə rəisi vəzifəsində xidmətini davam etdirir.
N. Həmidov xidmət dövründə 1978-ci ildə milis leytenantı, 1981-ci ildə milis baş leytenantı, 1984-cü ildə milis kapitanı, 1990-cı ildə milis mayoru, 1995-ci ildə polis polkovnik-leytenantı, 2004-cü ildə polkovnik rütbələrinə və Azərbaycan Respublikası Prezidentinin 27 mart 2012-ci il tarixli sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvaffiq sərəncamları ilə 2005-ci və 2009-cu illərdə “Hərbi xidmətlərə görə” medalı, 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni, 2008-ci ildə “Vətən uğrunda” medalı, 2010-cu ildə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Təhməzov Nizami İsa oğlu
Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1969-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon və Azərbaycan Respublika prokurorluğunda müstəntiq kimi başlamışdır. Şahbuz, Neftçala, Lənkəran və Bakı şəhərinin Xəzər (keçmiş Əzizbəyov) rayonlarında baş müstəntiq işləmişdir.
1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşımışdır.
N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olmuşdur.
N. Təhməzovun xidmətləri dəfələrlə qiymətləndirilmişdir. 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunan Təhməzov SSRİ baş prokurorunun və Azərbaycan Respublika prokurorunun əmri ilə mükafatlandırılmış, iş təcrübəsi yayılmışdır.
1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general –mayoru rütbəsi verilmişdir.
Bərxudarov Mais Şükür oğlu
Bərxudarov Mais Şükür oğlu – 1976-cı il tarixində Qubadlı rayonun Dəmirçilər kəndində anadan olub. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər. 1998-ci ildə baş leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. O, bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür. 2012-ci ildə polkovnik Mais Bərxudarov "Vətən uğrunda" medalı ilə təltif edilir Aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarov bu gün Azərbaycanın son 22 illik tarixində ilk DÖYÜŞ GENERALIDIR…
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 noyabr 2022-ci ildə “general-leytenant” ali hərbi rütbəsi verilib.
SOVETLƏR DÖNƏMİNDƏ YÜKSƏK AD VƏ TƏLTİFİ OLAN QUBADLILAR
Sovetlər dönmində Qubadlı rayonundan olan onlarla şəxs xalq təsərrüfatının müxtəlif sahələrində, eləcə də, təhsil, mədəniyyət və s. sahələrdə çalışaraq yüksək fəxri adlara və təltiflərə layiq görülmüşdür.
SOSİALİST ƏMƏYİ QƏHRƏMANLARI
Mənsum Gülməmməd oğlu Əsgərov
Mənsum Əsgərov 1908-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsinin Qəzyan kəndində anadan olmuşdur. 1926-cı ildə fəhlə-gənclər məktəbini bitirmiş və həmin il də Şuşa Pedaqoji məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir. 1930-cu ildə texnikumu bitirərək Qubadlı rayonunda kənd məktəblərində və savadartırma kurslarında müəllimlik etmişdir.
M. Əsgərov 1939-cu ildə hərbi xidmətə çağırılmış, 1939-cu il Finlandiya və 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. 1944-cü ildə xəstəliyi ilə əlaqədar ordudan tərxis olunmuş, müalicə olunduqdan sonra 1946-cı ildə Qubadlı rayonundakı “Telman” kolxozunda qoyunçuluq fermasının müdiri təyin edilmişdir.
1949-cu ildə əldə etdiyi nailiyyətlərə görə Mənsum Əsgərova “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir.
M. Əsgərov 1951-1953-cü illərdə “Telman” kolxozunun sədri, 1953-1958-ci illərdə meşə nəzarətçisi, 1958-1960-cı illərdə Ovçular ittifaqının müfəttişi, 1960-1971-ci illərdə yenidən “Telman” kolxozunda qoyunçuluq fermasının müdiri, 1971-1978-ci illərdə Respublika Arıçılıq idarəsi Qubadlı rayon şöbəsində inspektor, 1978-1991-ci illərdə “Telman” kolxozunda sədrin müavini işləmişdir. Dəfələrlə rayon sovetinin deputatı, Azərbaycan KP qurultaylarının nümayəndəsi seçilmişdir.
1993-cü ildə Qubadlı rayonu ermənilər tərəfindən işğal olunandan sonra məcburi köçkün kimi Abşeron rayonunun Xırdalan qəsəbəsində müvəqqəti məskunlaşan M. Əsgərov 1994-cü ildə vəfat etmişdir.
M. Əsgərov xeyirxah insan idi. O, 1950-1970-ci illərdə onlarla gəncin təhsil almasına yardımçı olmuşdur.
Mənsum Gülməmməd oğlu Əsgərov həm də gözəl ailə başçısı olmuşdur. O, 7 oğul və 3 qız atası idi.
Qəmbərov Məmməd Mütəllim oğlu
Qəmbərov Məmməd Mütəllim oğlu 15 fevral 1926-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. İlk təhsilini kənddə aldıqdan sonra Bakı şəhərinə gəlir. Əmək fəaliyyətinə 1941-ci ildə başlamışdır. Neftçi olmuşdur. Səngəçal Dəniz Qazma İşləri İdarəsində buruq ustası işləmişdir. Yüksək dövlət orden və medalları ilə təltif edilmişdir (2 dəfə “Lenin” ordeni və medallar almışdır). 1974-cü ildə “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatını almışdır.
Həsənova Çiçək Məmmədəli qızı
Həsənova Çiçək Məmmədəli qızı 1914-cü ildə Qubadlı rayonunun Zilanlı kəndində anadan olmuşdur. 1936-1970-ci illərdə Qubadlı rayonunun “Oktyabr” və “Kalinin” kolxozlarında kolxozçu, manqabaşçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1948-ci ildə “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.
Mehdiyev Şəfaət Məmməd oğlu
Mehdiyev Şəfaət Məmməd oğlu 1912-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1932-1977-ci illərdə Qubadlı və Zəngilan rayonlarında toxum-nəzarət laboratoriyasının müdiri, Zəngilan rayon MTS-də baş aqronom, direktor, torpaq şöbəsinin müdiri, Azərbaycan SSR kənd təsərrüfatı nazirliyində texniki bitkilər idarəsinin rəisi və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş, “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür. “Şərəf nişanı” ordeni və bir sıra digər medallarla təltif edilmişdir.
İsbənd Cəbrayıl qızı Əliquliyeva
Sosialist Əməyi Qəhrəmanı İsbənd Cəbrayıl qızı Əliquliyeva 1909-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.
Əmək fəaliyyətinə 1932-ci ilin yanvar ayında doğma kəndindəki Nizami adına kolxozda kolxozçu kimi başlamış, 1941-ci ilin yanvar ayına kimi həmin kolxozda kolxozçu olmuşdur.
1941-ci ilin yanvar ayından 1960-cı ilin dekabr ayına qədər əvvəl Nizami adına kolxozda, sonradan isə “Azərbaycan” kolxozunda manqa başçısı kimi fəaliyyət göstərmişdir.
1960-cı ilin dekabrından 1965-ci ilin mart ayına kimi yenə də Qubadlı rayonundakı “Pravda” kolxozunda, sonra isə 1965-ci ilin may ayına qədər Mehdi Hüseynzadə adına kolxozda kolxozçu işləmişdir.
1965-ci ilin may ayından etibarən İsbənd Əliquliyeva səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş və fiziki əməklə məşğul ola bilmədiyi üçün kolxoz üzvlüyündən çıxmışdır.
İsbənd Cəbrayıl qızı Əliquliyeva azsavadlı idi. O, 1962-ci ildə öz həmkəndlisi Süleymanov Əli Abdulla oğlu ilə ailə qurmuşdur.
1952-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur.
1947-ci ildə pambıqçı İ. Əliquliyeva əmək cəbhəsində fədakarlıq nümayiş etdirərək becərdiyi 3,5 hektar sahədə yüksək məhsuldarlığa nail olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli Fərmanı ilə əldə etdiyi nəticələrə görə İsbənd Cəbrayıl qızı Əliquliyevaya “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə ən yüksək ad - “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir.
Ömrünün ahıl çağlarında erməni işğalçıları tərəfindən doğma yurdu işğal edilən İsbənd Cəbrayıl qızı Əliquliyeva məcburi köçkün ömrü yaşamış, 1996-cı il may ayının 17-də Bakı şəhərində doğma yurd həsrəti ilə dünyasını dəyişmişdir.
Əsəd İbrahim oğlu Məmmədəliyеv
Əsəd İbrahim oğlu Məmmədəliyеv 1922-ci ildə Qubadlı rayonunun Qubadlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 1932-ci ildə Qubadlı kəndindəki M. F. Axundov adına orta məktəbin birinci sinfinə gedən Ə. Məmmədəliyev 1941-ci il 26 dekabr tarixində həmin məktəbin onuncu sinfində təhsilini yarımçıq qoyub cəbhəyə getmişdir. 1943-cü ilin may ayında ağır yaralanaraq uzun müddət müalicə olunmuş, sonra fəhlə batalyonuna göndərilmiş, nəhayət, 1944-cü il iyul ayında ordudan tərxis olunmuşdur.
10 avqust 1944-cü ildən 1953-cü ilə kimi Qubadlı rayon Komsomol komitəsində, Maliyyə şöbəsində, rabitə şöbəsində müxtəlif vəzifələrdə işləmiş, kolxoz təsərrüfatında çalışmışdır.
Ə. Məmmədəliyev 1953-cü ildən taleyini Sumqayıt şəhəri ilə bağlamışdır. Burada Bakı Boru Prokat zavodunda fəhlə kimi işə başlayan Ə. Məmmədəliyev 1954-cü ildən ömrünün sonuna qədər Sumqayıt Alüminum zavodunda işləmişdir. Zavodun elektrik sexində briqadir işləyərkən plan və öhdəliklərin vaxından əvvəl yerinə yetirilməsinə nail olmuşdur.
Əsəd Məmmədəliyev işlədiyi müddətdə yüksək hökümət təltiflərinə layiq görülmüşdür. Isə ona 2-ci “Lenin” ordeni və “Oraq və çəkic” medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür. 1970-ci ildə “Lenin” yubiley medalı, 1971-ci ildə “Oktyabr inqilabı” ordeni almışdır.
Bundan əlavə Ə. Məmmədəliyev dəfələrlə Azərbaycan SSR Ali sovetinin, Sumqayıt şəhər Partiya Komitəsinin fəxri fərmanlarına layiq görülmüş, uzun illər şəhər sovetinin deputatı olmuşdur.
Sumqayıtın Fəxri sakini, “Sosialist Əməyi Qəhrəmanı” Əsəd Məmmədəliyev 1990-cı ildə vəfat etmişdir.
SOVETLƏR DÖNƏMİNDƏ DİGƏR YÜKSƏK ADLARLA
TƏLTİF OLUNANLAR
1. Bəhram Nəsib oğlu Xudadatov – “Azərbaycan SSR-in Əməkdar müəllimi”, Fərcan kəndində 1923-cü ildə tikilmiş məktəbin direktoru işləmişdir.
2. Abasquliyev Oruc Hüseyn oğlu - Qubadlı rayonunun Çardaxlı kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar müəllimi”
3. Həsənov Hüsrət Alı – Qubadlı rayonunun Tarovlu kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar müəllimi”
4. Kərimov Nüşrəvan - Qubadlı rayonunun Aşağı Xocamsaxlı kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar müəllimi” adına, “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenlərinə, “Şərəf” nişanına layiq görülmüşdür. “Molla Nəsirəddin” jurnalı ilə əməkdaşlıq etmişdir.
5. İsmayılov Əlif Qulu oğlu - Qubadlı rayonunun Yuxarı Mollu kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar müəllimi”
6. Dadaşov İdris Əli oğlu - Qubadlı rayonunun Tatar kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar inşaatçısı”, “Qırmızı Əmək Bayrağı” ordenli, Dövlət mükafatı
laureatı, Sumqayıt şəhərinin fəxri vətəndaşı
7. Məhərrəmov İsa Həsən oğlu - Qubadlı rayonunun Yuxarı Mollu kəndindəndir. “Azərbaycan SSR-in Əməkdar aqronomu”
8. Cabbarov İmran Əbdülhüseyn oğlu - Qubadlı rayonunun Zilanlı kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
9. Cabbarov Bahadur Heydər oğlu - Qubadlı rayonunun Zilanlı kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
10. Eyvazova Bəyaz Xanlar qızı - Qubadlı rayonunun Zilanlı kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
11. Fərəcov Əzət Fazil qızı - Qubadlı rayonunun Mahruzlu kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
12. Behbudova Püstə Abbas qızı - Qubadlı rayonunun Mahruzlu kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
13. Məhərrəmov Qurban Məhərrəm o.- Qubadlı rayonunun Çaytumas kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
14. Məmmədov Süleyman İman oğlu - Qubadlı rayonunun Çaytumas kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
15. Hüseynquliyev Əliş Hüseynqulu o.- Qubadlı rayonunun Yuxarı Mollu kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
16. Şalikova Mülayim Ağamalı qızı - Qubadlı rayonunun Qarakişilər kəndindəndir. 2 dəfə “Lenin” ordeni ilə təltif edilmişdir.
17. Şirinova Gülab - Qubadlı rayonunun Hal kəndindəndir. “Lenin” ordeni ilə təltif edilmişdir.
18. Paşayev Mirkişi - Qubadlı rayonunun Həmzəli kəndindəndir. 2 dəfə “Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdir.
19. Mikayılov Qadir - Qubadlı rayonunun Həmzəli kəndindəndir. “Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdir.
20. Hacıyev Qurban Hümbət oğlu - Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. “Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdir.
21. Eminov Cəlal - Qubadlı rayonunun Mahmudlu kəndindəndir. “Lenin” ordeni və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
22. Salmanov Əli Məmiş oğlu - Qubadlı rayonunun Xələc kəndindəndir. “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
23. Əhmədova Səriyyə Süleyman qızı – Qubadlı rayonunun Əfəndilər kəndindəndir. 10 mart 1982-ci ildə “Şərəf” nişanına layiq görülmüşdür
24. Məmmədov Nəsib Həbib oğlu - Qubadlı rayonunun Qarağac kəndindəndir. “Oktyabr inqilabı” ordeni ilə təltif edilmişdir
MÜSTƏQİL AZƏRBAYCANIN YÜKSƏK ADLARINA, ORDEN VƏ MEDALLARINA LAYİQ GÖRÜLƏN QUBADLILAR
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI
ƏLIYEV ƏLIYAR YUSIF OĞLU
Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1957-ci ildə orta məktəbi bitirib, Azərbaycan dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir.
Ə. Əliyev1980-ci idə hərbi xidmətə getmiş, 1982-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıtmış, bir müddət Qubadlı şəhər orta məktəbində müəllim işləmiş, "Məhsul" kənd könüllü idman cəmiyyətində məşqçi olmuşdur. Az vaxt içərisində onun yaxşı işini nəzərə alıb Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədri seçirlər. Əliyar respublikanın adlı-sanlı idmançılarından sayılırdı.Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Bilavasitə Əliyarın rəhbərliyi ilə yetişmiş 8 nəfər idmançı respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də müharibə təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə tabor kəşfiyyat bölməsinin komandiri, sonra təchizat üzrə taborun rəisi təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır.
Əliyar Əliyev düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
Ermənilərin Başarat kəndi, Topağac yüksəkliyinə hücumunun dəf edilməsində iştirak etmişdir. Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də ın iki kilometrliyində olub. Həmin gün Laçın rayonunun "Şurumbaşı yüksəkliyi" uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olur.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə Əliyev Əliyar Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir. Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor, Qəzyan kənd tam orta məktəbi və Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Mirzəyev Kərəm Ərşad oğlu
Kərəm Mirzəyev 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulmuşdur. Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1983-cü ildə təhsilini başa vurmuş, 1983-85-ci illərdə Sovet Ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ilə qədər Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başlamışdır. DİN gənc polis zabitini Kalininqrad Ali Hüquq Akademiyasına göndərir.
Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Vətənin başını qara buludlar alanda Kərəm Mirzəyev də əlinə silah alaraq vətəninin müdafiəsinə qalxdı. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarmışdır. “Lələzar” əməliyyatında da Kərəmin böyük xidmətləri olmuşdur. 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndində iki gün davam edən şiddətli döyüş nəticəsində Kərəm döyüş meydanında yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayon Xanlıq kəndində dəfn edilmişdir.
Xanlıq kənd 1 saylı tam orta məktəbi onun adını daşıyır. Hazırda bu məktəb Binəqədi rayonunda fəaliyyət göstərir.
Əliyev Vasili Əhməd oğlu
Əliyev Vasili Əhməd oğlu 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1976-cı ildə doğma kəndlərində orta təhsilini başa vurmuş, 1977-ci ildə rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Daxili qoşunlarda xidmət V.Əliyevin polis peşəsinə həvəsini daha da gücləndirdi. Ordudan tərxis olunaraq, mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon DİŞ-ə polis nəfəri kimi işə qəbul olundu. Əla xidmətinə görə DİN tərəfindən “Polis əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
1988-ci ildən başlayaraq V.Əliyev mütəmadi olaraq döyüş meydanlarında əhalinin təhlükəsizliyinin təmin olunmasında xidmət göstərir. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığında qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin də xidmətləri olmuşdur.
1992-ci il 19 oktyabrda Qaraqaya yüksəkliyi uğrunda yenidən döyüş başladı. Qeyri-bərabər döyüşdə qəhrəmanımız xüsusi rəşədat nümayiş etdirdi. Düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Özü isə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-ci il tarixli 599 saylı fərmanı ilə Əliyev Vasili Əhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir. Qubadlı rayon mədəniyyət evi və Diləli-Müskanlı kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır.
Ağayev Bəylər Tapdıq oğlu
Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılmışdır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və bölmə komandiri təyin edilir.
Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşagı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il... Avqustun 6-sı... Erməni vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər. Bu döyüşdə o erməni faşistlərinin canlı qüvvəsini və hərbi texnikasını məhv edərək qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ağayev Bəylər Tapdıq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qarağaclı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Qaracallı kənd tam orta məktəbi onun adını daşıyır.
Əliyev Ələkbər Həsən oğlu
Əliyev Ələkbər 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra iki il sovet ordusuda hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən sonra Qubadlı rayon Kimya birliyində çalışır. Bir müddət sonra doğma kəndinə qayıdır və sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.
Erməni vandalizmi Ələkbəri bir an da rahat buraxmırdı. Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı. O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. Ələkbər özünün yaratdığı özünümüdafiə dəstəsi ilə Laçının Türklər, Səfiyən, Suarası kəndlərində vuruşub. 1992-ci il 7 avqustda Suarası kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Əliyev Ələkbər Həsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xətai rayonundakı 204 saylı tam orta məktəb onun adını daşıyır.
Atakişiyev Aslan Qabil oğlu
Aslan Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş 1970-ci ildə məktəbi bitirmişdir. 1972-74- cü illərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır.
Qarabağ hadisələri başlayanda müəllim işləyən Aslan Atakişiyev erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vandalizmi gördükdə qəlbi intiqam hissi ilə alovlanır. 1992-ci ildə öz doğma peşəsindən ayrılıb Milli Ordu sıralarına yazılır, leytenant rütbəsi ilə komandir müavini təyin olunur. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi.
Aslan Atakişiyev Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir. 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən döyüşdə düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sıxır.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qubadlı rayonundakı Muradxanlı kənd tam orta məktəbi onun adını daşıyır.
Məmmədov Aqil Səməd oğlu
Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. İlk təhsilini 1984-cü ildə Qubadlı rayon 2 saylı natamam orta məktəbində almış, sonra 126 saylı Xınalıq texniki peşə məktəbində davam etdirmişdir.
Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıdan Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur.
O, dəfələrlə cəsur kəşfiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı.
1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən amansız döyüşdə ağır yaralanır. Çoxlu qan itirdiyindən Aqilin həyatını xilas etmək mümkün olmur və o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məmmədov Aqil Səməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qubadlıda və Gəncədə adına küçə var.
Kərimov Kazımağa Mövsüm oğlu
Kazımağa Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində doğulmuşdur. Qubadlı rayonunda orta məktəbi bitirdikdən sonra, rayonda nəşr edilən "Avanqard" qəzetində yığıcı işləmişdir. 1970-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra təyinatla "Azərbaycan məktəbi" jurnalına göndərilir. Sonra Goranboy rayon Qızılhacılı kəndində Aqrar Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur. 1991-ci il Goranboy özünümüdafiə batalyonu yarananda ona komandir müavini təyin olunur. Qaraçinar, Meşəli, Erkəc və digər kəndlərdə keçirilən əməliyyatlarda rəşadətlə vuruşdu. Döyüşlərin birində 15 iyun 1992-ci ildə aldığı güllə yarasından həlak oldu.
Evli idi. Bir oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-cü il tarixli 6 saylı fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.
Həmidov Şükür Nəriman oğlu
Həmidov Şükür Nəriman oğlu-1975-ci ildə Qubadlı rayonunun, Armudlu kəndində anadan olmuşdur. Şükür Həmidov Qubadlı rayonunun Başarat kənd orta məktəbini 1990-cı oldə bitirmişdir. 1990-1993-cü ilərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə hərbi təhsil alıb. 1993-cü ildə ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olmuş və həmin məktəbi 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirmişdir. Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illik (1991-2001) Yubiley medalı”, 25 iyun 2010-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə II dərəcəli” medalı və 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illik (1918-2013) Yubileyi” medalı ilə təltif edilmişdir. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Müdafiə nazirinin əmri ilə polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. 22.10.2020-ci il tarixdə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 23.10.2020-ci il tarixdə Bakı şəhərində, 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Dəfndə Azərbaycan Respublikasının müdafiə naziri və digər hökumət adamları iştirak etmişdir. Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək baş sağlığı vermişdir.
"VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ"
Həmidov Şükür Nəriman oğlu
Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun, Armudlu kəndində anadan olmuşdur. Şükür Həmidov Qubadlı rayonunun Başarat kənd orta məktəbini 1990-cı ildə bitirmişdir. 1990-1993-cü ilərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə hərbi təhsil alıb. 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olmuş və həmin məktəbi 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirmişdir. Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illik (1991-2001) Yubiley medalı”, 25 iyun 2010-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə görə II dərəcəli” medalı və 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illik (1918-2013) Yubiley” medalı ilə təltif edilmişdir. Aprel ayının əvvəlində “Lələ təpə” yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Müdafiə nazirinin əmri ilə polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
22.10.2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Dəfndə Azərbaycan Respublikasının müdafiə naziri və digər hökumət nümayəndələri iştirak etmişdir. Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək baş sağlığı vermişdir.Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.Ailəlidir iki övladı var.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnikHəmidov Şükür Nəriman oğlu (ölümündən sonra) “Zəfər ordeni” ilə təltif olunmuşdur.
Qasımov Faiq Qaçay oğlu
Qasımov Faiq Qaçay oğlu10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1981-ci ildə hazırda qardaşı Şəhid Həsən Qorxmazınadını daşıyan Qayalı kənd tamorta məktəbinin 1-ci sinfinə getmişdir və 1991-ci ildə həmin məktəbi bitirmişdir.
Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib , hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub.1995-ci ildən 2009-cu ilədək NMR-da cəbhə bölgəsində müxtəlif vəzifələrdə xidmət etmişdir.2009-cu ildən 2012-ci ilədək Baləkən rayonundakı “N” saylı hərbi hissədə xidmət etmişdir.Sonradan öz istəyi və təkidi ilə təyinatı Füzuli istiqamətinə verilmişdir.
2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda döyüşdə fəal iştirak edənQasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görəölkə başçısıİlham Əliyev tərəfindən ”Azərbaycan Bayrağı”ordeni ilə təltif edilmişdir .
Qüsursuz xidmətə görə 1-ci dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley, Azərbaycan Respubilikası Silahlı Qüvvələrinin 100 illik yubiley, hərbi xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli, qüsursuz xidmətə görə 2-ci dərəcəli , Azərbaycan Respubilikası Silahlı Qüvvələrinin 90-illik yubiley və qüsursuz xidmətə görə 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.Həmçinin Azərbaycan Respublikasının müharibə veteranı və Azərbaycan Respubilikasının Silahlı Qüvvələri veteranı olmuşdur.
Faiq Qaçay oğlu Qasımov 2020-ci ilsentyabrın27-də Ohanyan səddini ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək qəhramancasına şəhid olmuşdur.Ailəlidir 2 övladı var.
Bakı şəhər 2-ci Fəxri xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnikleytenantQasımov Faiq Qaçay oğluna ( ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adıverilmişdir.
Ağayev Vüqar Əhməd oğlu
Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur.1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir.1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş,1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır.Qusar rayonu “N”saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda “N”saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır.2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Ailəlidir iki övladı var.
Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğlu(ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir.
Alıyev Elçin Bayram oğlu
Qubadlı şəhər sakini Mayor Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982- ci ildə Qubadlı rayonunda 1 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1992 -ci ildə həmin məktəbin məzunu olmuşdur. 1992 -ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 1993-cü ildə Ali Hərbi məktəbə yerdəyişmə edib. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artelleriya fakültəsinin 1-ci kursuna qəbul olub. 1997-ci ildə Taktiki Yerüstü Artelleriya Komandiri və Artelleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasları alaraq bitirib. 1997-2005-ci illərdə “N” saylı hərbi hissədə Artelleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artelleriya rəisinin köməkçisi, 2010-2011- ci illərdə “N” saylı hərbi hissədə Artelleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015 yanvar - 2017 aprel tarixində isə “N” saylı hərbi hissədə Artelleriya bölməsinin rəisinin baş köməkçisi vəzifəsində xidmət edib. 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında öndə gedən igidlərimizdən biri olmuşdur.
2017-ci il aprel ayından öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
Təqaüdə çıxmasına baxmayaraq 01 oktyabr 2020-ci ildə “N” saylı hərbi hissədən könüllü olaraq müharibəyə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzuliyə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.
Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdi. 7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alır. 1 gün yaralı vəziyyətdə döyüşür. 8 noyabr 2020- ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmışdır. Ailəlidir 3 övladı var.
Bakı şəhər 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məhərrəmov Ülvü Tahir oğlu
Qubadlı rayon Sarıyataq kənd sakini Məhərrəmov Ülvü Tahir oğlu 05 iyul 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.2003-cü ildə Qubadlı rayonunun Mahruzlu kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərərk Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və 2015-ci ildə həmin məktəbibitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyasına qəbul olmuş və 2019-cu ildə akademiyanı bitirərək leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabr ayından isə bölük komandiri vəzifəsinə təyin olunmuşdur.
Vətən müharibəsi başladıqda bir neçə rayonun alınmasında iştrak edir. Füzuli rayon istiqamətindəki ağır döyüşlərin birində öz yaralı əsgərini xilas etmək istəyib.Ona "getmə tək uşaqsan sənə bir şey olar" desələr də,o "bura döyüşməyə ölməyə gəlmişik" deyib və əsgərini xilas etməyə getmiş və orda qəhrəmancasına şəhid olmuşdur.Subay idi.
Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Allahverdiyev Vüsal Tahir oğlu
Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olub. 1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş,2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.Daha sonra təhsilini Qubadlı rayon 2 saylı tam orta məktəbdə davam etdirmişvə 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Kooperasiya universitetinin maliyyə və kredit fakultəsinə daxil olub və həmin universiteti bitirib.
2010- 2011-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb. Daha sonra “Kontakt Home” mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışıb.
2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı”MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləyib. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxıb.
01.10.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək Vətən müharibəsində iştrak etmişdir. Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olub və 4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək yaralıları və şəhidlərimizi döyüş mövqeyindən çıxarmağa müvəffəq olub. Fizuli rayonunun Seyidəhmədli və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları Vüsal barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa o işdən niyə qorxmalıyıq” .
30.10.2020-ci ildə Xocavənd istiqamətində üzbəüz döyüşdə güllə yarası alaraq şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunub.
Ailədə bir qardaş, bir bacı idilər. Subay idi.
Mustafayev Rüfət Zöhrab oğlu
Qubadlı rayon Saray kənd sakini Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2002-ci ildə Sumqayıt şəhər 18 saylı tam orta məktəbdə 1-ci sinfinə getmiş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə həmin universiteti bitirmişdir. 2019-cu ilin oktyabr ayının 23-də hərbi xidmətə çağrılmışdır. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı üçün Tərtər rayonuna gəlmiş Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 12.10.2020-ci iltarixdə Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Ailənin tək övladı olan Mustafayev Rüfət Zöhrab oğlu subay idi.
Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Həsənzadə Məhəmmədəli Hörmət oğlu
Qubadlı rayon Qilican kənd sakini Həsənzadə Məhəmmədəli Hörmət oğlu 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Həsənzadə Məhəmmədəli Hörmət oğlu 2005-ci ildə Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Q.Məmmədov adına Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbinin1-ci sinfinə getmiş və orta təhsilini bu məktəbdə bitirmişdir.Oxuduğu 11 illik tədris müəssisəsində istər müəllim,istərsə də şagird kollektivinin böyük rəğbətini və hörmətini qazanmışdır.
Həsənzadə Məhəmmədəli Hörmət oğlu 2016-cı ildə Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakültəsinə daxil olmuş, 2020-ci ildə isə universiteti bitirmişdir.
2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il27 sentyabr “Vətən Müharibəsi”başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu,daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür.2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdəqəhrəmancasına şəhid olmuşdur.Subay idi.
Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
İsgəndərov İlkin Camal oğlu
Qubadlı Şəhər sakini İsgəndərov İlkin Camal oğlu 18 mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olub.2005-ci ildə Qubadlı rayonu Mehman Ağayev adına Kavdadıq kənd tam orta məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra 24 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır.
01 oktyabr 2019-cu ildə hərbi xidməti bitirmişdir. 21 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək Vətən müharibəsində iştrak etmişdir.
Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmişdir.25 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.
Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Təltifi olan şəhidlər
(Milli Qəhrəmanlardan başqa)
S/s Soyadı, adı, atasının adı Anadan olduğu tarix, yer Həlak olduğu tarix və yer Təltifi Əbədiləşdirmə
1 Hüseynov Balakişi Rəhman oğlu 11 mart 1968, Qubadlı, Dəmirçilər 24 yanvar 1994-cü il, Ağdam, Güllücə “Azərbaycan Bayrağı” ordeni Dəmirçilər kənd tam orta məktəbi
2 Həsənquliyev İrşad Cəfər oğlu 3 avqust 1961, Qubadlı, Çardaxlı 30 iyun 1992, Qybadlı “Azərbaycan Bayrağı” ordeni (1994-cü ildə)
3 Qasımov Həsənqulu Qaçay oğlu 9 iyun 1969, Qubadlı, Qayalı 10 dekabr 1992, Qubadlı “Azərbaycan Bayrağı” ordeni (1994-cü ildə) Mədəniyyət evi
Qayalı kənd tam orta məktəbi
4 Quliyev Hafiz Xansuvar oğlu 29 avqust 1968, Qubadlı, Çaytumas 16 sentyabr 1993, Laçın döyüşündə yaralanıb “Azərbaycan Bayrağı” ordeni (1994-cü ildə)
5 Əliyev Mübariz Əbdül oğlu 11 dekabr 1964, Qubadlı, Çərəli 4 yanvar 1994, Ağdam, Güllücə “Azərbaycan Bayrağı” ordeni (25.06.2012-ci ildə)
6 Əhmədov Mahir Humay oğlu 28 aprel 1970, Qubadlı, Əyin 20 oktyabr 1992,
Qubadlı, Əyin “Vətən uğrunda” medalı (30.06.06) Əyin kənd tam orta məktəbi
7 Mehdiyev Bəhmən Mehdi oğlu 07 may 1961, Qubadlı, Göyərcik “Vətən uğrunda” medalı (30.06.06) Qubadlı şəhər 2 saylı tam orta məktəb
8 Mehdiyev Əbülfəz Bəbir oğlu 1965, Qubadlı, Tarovlu 30 iyun 1992, Qubadlı “Vətən uğrunda” medalı (25.06.08) Rayon Uşaq musiqi məktəbi
9 Məmmədov İsa İsgəndər oğlu 1966, A. Mollu 11.02.1994, “Hərbi xidmətlərə görə” medalı (09.10.1994) A. Mollu kənd tam orta məktəbi
Fəxri ad alan, təltifi olan şəxslər
“Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlar
1. İsaqov Malik Xızır oğlu - Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2013-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar
1. Ələsgərov Əli Həşim oğlu - Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
2. Məmmədov Çərkəz Ağaşirin oğlu - Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2011-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
3. Əliyev Nüşrəvan Cəlal oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
4. Abbasov Vahib Hürriyyət oğlu - Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
5. Fərhadov Gəray Fərhad oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
6. Hümbətov Samir Hümbət oğlu - Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2012-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
7. Əliyev Razim Yusif oğlu - Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
8. Kazımov Rafiq Ramazan oğlu - Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
9. Ağayev Cəlal Məhəmməd oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
10. Quliyev Ramiz Yunis oğlu - Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
11. Abbasov Natiq Vahib oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
12. Cabbarov Telman İmran oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
13. Abdullayev Novruz Hüseyn oğlu - Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
14. Məmmədov Mehman Rza oğlu - Azərbaycan Respublikası Prezidentinin 24iyun 2024-cü il tarixli sərəncamı ilə təltif edilmişdir.
“Əməkdar Müəllim” fəxri adı alanlar
1. Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Qubadlı rayon Təhsil şöbəsinin müdiri işləyərkən təltif edilmişdir.
2. İsmayılov Sabir Səfərəli oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xocahan kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
3. Həsənov Yadigar Həsən oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Dondarlı kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
4. Sevdimalıyev Sevi İsmayıl oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Fərcan kənd tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
5. Orucov Həbib Əbdülkərim oğlu - Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xanlıq kənd 1 saylı tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
6. Bayramova Əminə Mədəd qızı - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Qubadlı şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi işləyərkən təltif edilmişdir.
7. Kərimova Çimnaz Əli qızı - Azərbaycan Respublikası Prezidentinin 05 mart 2012-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Mərdanlı kənd tam orta məktəbinin direktoru işləyərkən təltif edilmişdir.
8. Həsənova Şamama Atakişi qızı- Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli sərəncamı ilə Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyinin direktoru işləyərkən təltif edilmişdir.
9. Əsədov Ədalət İxtiyar oğlu - Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
10. Şirinov Məhəmməd Bəşir oğlu- Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
11. Salmanov Çingiz İsa oğlu - Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Çardaxlı kənd tam orta məktəbinin direktoru işləyərkən təltif edilmişdir.
12. Məmmədovova Sevil Əkbər qızı - Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Çaytumas kənd məktəb - liseyin azərbaycan dili və ədəbiyyat müəllimi işləyərkən təltif edilmişdir.
“Əməkdar incəsənət xadimi” fəxri adı olanlar
Fəxrəddin Hüseynov - Qubadlı rayon Mədəniyyət şöbəsi, xanəndə
“Tərəqqi” medalı ilə təltif olunanlar
1. Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
2. Əsədov Nüşrəvan Əbdüləli oğlu - Azərbaycan Respublikası
Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
3. Quliyev İnqilab İsa oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
4. Məhərrəmov Lətif Fərhad oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
5. Əsədov Hüseyn Qulam oğlu - Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
6. Hüseynov İnayət Məhəmməd oğlu - Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2009-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
7. Əsədov Ədalət İxtiyar oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
8. Quliyev Yusif Şahsuvar oğlu - Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2011-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
9. Mirkişili Tahir Famil oğlu - Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2011-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
10. Cəfərov Xanış Fərzalı oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
11. İsmayılov Dağbəyi Mirzəxan oğlu- Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2005-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 21 iyul 2010-cu il tarixli sərəncamla ona “Əməkdar jurnalist” adı verilmişdir.
12. Əhmədov İsmayıl Qaraş oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
13. Həmidov Siracəddin Baba oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2010-cu il tarixli sərəncamı ilə təltif edilmişdir.
14. Əhmədov Kamil Həsənxan oğlu - Azərbaycan Respublikası Prezidentinin 01oktyabr 2012-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
15. Allahverdiyeva Qəndili Cəfərqulu qızı - Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli sərəncamı ilə təltif edilmişdir.
16. Hümbətəliyev Hümbət Umud oğlu - Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə təltif edilmişdir.
17. İsmayılov Rafiq Hüseyn oğlu - Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
18. Əliyev Sahib İbrahim oğlu- Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
19.Mikayılov Qadir Kazım oğlu -Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir.
20.İmanova Yeğanə Allahverən qızı - Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir
21. Haxverdiyev Allahverdi Sərxan oğlu- Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir
22.Hüseynova Sədaqət Qulu qızı- Azərbaycan Respublikası Prezidentinin 01 mart 2018 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir
23.Məmmədov Yavər Allahverdi oğlu- Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2018 -ci il tarixli sərəncamı ilə təltif edilmişdir
24.Rüstəmov Valeh İsfəndiyar oğlu- Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2020-ci il tarixli sərəncamı ilə təltif edilmişdir
25.Məmmədov Rəhim Oqtay oğlu- Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli sərəncamı ilə təltif edilmişdir
25.Ağayev İsa Məhəmməd oğlu- Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli sərəncamı ilə təltif edilmişdir
Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilənlər
1. Muradov Murad Əhməd oğlu - Qubadlı rayonunun Dəmirçilər kəndindəndir. Azərbaycan Prezidentinin 20 iyun 1994-cü il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
2. Quliyev Rafiq Tofiq oğlu - Qubadlı rayonunun Qubadlı şəhərindəndir. Azərbaycan Prezidentinin 20 iyun 1994-cü il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
3. Bərxudarov Mais Şükür oğlu - Qubadlı rayonunun Dəmirçilər kəndindəndir. Azərbaycan Prezidentinin 24 iyun 1998-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
4. Əhmədov Nizami Viliş oğlu - Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
5. Fətəliyeva Mirvari Mətləb qızı- Qubadlı rayonunun Xanlıq kəndindəndir. Azərbaycan Respublikası Prezidentinin 02 iyun 2016 -ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
6. İsaqov Malik Xizir oğlu - Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
7.Həsənov Əvəz Maşallah oğlu - Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.